Month: January 2020

  • Şirvanda ərlə arvad dəm qazından zəhərlənib – YENİLƏNİB

    Şirvanda dəm qazından zəhərlənmə hadisəsi şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

    APA-nın məlumatına görə, Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

    Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.

    APA-nın məlumatına görə, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Həkimlərin səyinə baxmayaraq, A.Süleymanov dünyasını dəyişib. Onun həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.

  • В США коронавирус впервые передался от человека к человеку

    Шестой случай нового коронавируса зарегистрирован в США, впервые произошла передача вируса от человека к человеку, сообщило американское санитарное ведомство – Центр по контролю и профилактике заболеваний, передает РИА Новости.

    От жительницы Чикаго, штат Иллинойс, вирус передался человеку, который жил с женщиной в одном доме.

    В конце декабря 2019 года китайские власти сообщили о вспышке пневмонии неизвестного происхождения в городе Ухань. Первые заболевшие имели отношение к рынку морепродуктов. Эксперты предварительно установили, что возбудителем заболевания стал новый тип коронавируса – 2019-nCoV. По последним данным, общее число заболевших пневмонией, вызванной новым типом коронавируса, в Китае достигло 7711 человек, из них 170 скончались.

    За пределами материкового Китая случаи заражения зафиксированы в Гонконге, Макао, на Тайване, в Таиланде, Японии, Южной Корее, США, Канаде, Вьетнаме, Сингапуре, Непале, Франции, Австралии, Малайзии, Германии, Финляндии.

  • Rövnəq Abdullayev Vladimir Zelenski ilə görüşdü

    Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

    Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, tərəflər Ukraynanın qaz nəqli sənayesinə investisiya qoymaq imkanlarını müzakirə ediblər.

    Ukrayna prezidenti qeyd edib ki, Ukrayna hakimiyyəti SOCAR-la neft və qaz təchizatı sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

    Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini də vurğulayıb.

    Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirak ediblər.

  • Koronavirusun yayılacağı öncədən bilinirdi? — 1 ay öncə üzə çıxarılan ŞİFRƏ – VİDEO

    Türkiyəli strateq Ertan Özyiğitin 13 dekabr 2019-cu ildə verdiyi proqnozlar hazırda Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biridir.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, onun yayımladığı videonun indi gündəmə gəlməsinə səbəb olan xüsusi məqam dünyanı cənginə alacaq virusun yayılacağını öncədən söyləməsi olub.

    O, bunu hansısa öncədəngörmə ilə deyil, məşhur “The Economist” jurnalının 2020-ci il üçün xüsusi nömrəsinin üz qabığındakı şifrələrini taparaq söyləyib.

    Ertan Özyiğit qlobal virusun yayılacağı barədə şifrəni öncədən tapmaqdan başqa, texnologiyanın gələcək həyatımızdakı rolu, dünya hakimiyyəti uğrunda mübarizə, qlobal müharibələr və bir çox mövzu barədə jurnalın üz qabığında yerləşdirilmiş şifrələri şərh edib.


    Digər məsələlərə videoda baxmağı tövsiyə edirik. Biz isə hazırda koronavirusun sürətlə yayıldığını nəzərə alaraq Ertan Özyiğitin qlobal virusun yayılacağı barədə dediklərini təqdim edirik:

    Yuxarıda təqdim edilən jurnalın üz qabığı fotosunda gözə ilk çarpan şey nədir? Əlbəttə ki, “2020”. İndi isə Ertan Özyiğitin bu barədə şərhinə diqqət yetirək:
    “Mən bu üz qabığında 2020-ci ildə kütləvi virusun dünyanı təhdid edəcəyini görürəm. 20 20 niyə ayrıdır? Ezoterizmdə 20 20 bir hadisənin və ya vəziyyətin axrasındakı həqiqətin tamamilə görüldüyünü bilmək üçün istifadə edilir. Bundan başqa, 20 20 qüsursuz görən göz üçün də işlədir. Yəni, “iyirmidə iyirmi görürsən” deyərlər. Burada “The Economist” jurnalı göstərdiklərinin baş verdiyinə də işarə vurub.


    İndi isə qırmızı və yaşıl rənglərin nə mənaya gəlməsinə diqqət yetirək. Rəng korluğundan əziyyət çəkənlər qırmızı və yaşıl rəngi adətən sarıya yaxın və solğun rəngdə görürlər. Sarı rəng isə simvolizmdə xəstəliyi xarakterizə edir. Məsələn, hansısa bir gəmidə epidemiya varsa, gəmiyə sarı bayraq taxılır. Bu, gəmidə karantin olduğunu bildirmək üçündür.

    Jurnalın üz qabığındakı şifrəni tapdıqdan sonra 2020-ci ildə dünyada karantinə alınacaq dərəcədə kütləvi epidemiyanın yayılacağını düşünürəm”.

    Xüsusilə bir daha qeyd edirəm ki, türkiyəli strateqin bu videosu 13 dekabr 2019-cu ildə, yəni koronavirusun yayılmasından öncə hazırlanıb. “The Economist” jurnalının 2020-ci il nömrəsi isə 2019-cu ilin noyabrında yayınlanıb.

    Ertan Özyiğit də şərhində bir məqama diqqət çəkir ki, dünya hakimiyyəti uğrunda mübarizə fonunda kütləvi epidemiyalar, qlobal müharibələr, iqtisadi və siyasi dəyişikliklər heç də təsadüfi deyil.

  • Владимир Зеленский провел переговоры с Ровнагом Абдуллаевым

    Президент Украины Владимир Зеленский провел встречу с президентом Государственной компании Азербайджана (SOCAR) Ровнагом Абдуллаевым, в ходе которой глава государства отметил, что украинская власть будет способствовать реализации совместных с компанией SOCAR проектов в сферах поставки нефти и газа, передает Интерфакс Украина.

    «Стороны обсудили возможности инвестирования в газотранспортную отрасль Украины. Владимир Зеленский отметил важность реализации договоренностей о работе компании SOCAR в Украине, которые были достигнуты во время его визита в Азербайджан в декабре прошлого года», – сообщает пресс-служба президента Украины в четверг вечером.

    Во встрече также приняли участие вице-президент SOCAR Эльшад Насиров и руководитель представительства SOCAR в Украине Эльчин Мамедов.

  • Fatimə bu evdə öldürülüb: Qonşular deyir ki… – VİDEO

    Yanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

    Aydın olub ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

    Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

    Ailə yaxınlarından aldığımız ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib. Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

    Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boyununun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

    “Xezerxeber”in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Bakıda sevgilisini öldürən kişi intihara cəhd etdi – VİDEO

    2019-cu il iyunun 7-i saat 12 radələrində 8-ci polis bölməsinin əməkdaşları Səbail rayonu Arif İsmayılov küçəsi, 22 ünvanında üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkar ediblər.

    Baku.Tv xəbər verir ki, araşdırma zamanı öldürülən şəxsin 38 yaşlı Kəmalə Mikayılova olduğu məlum olub.

    Həmin ərəfədə bölməyə “Neftçi Qurban” küçəsində bir nəfərin intihar etmək istəməsi haqda da məlumat verilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları Fərhad Abuşov adlı şəxsin tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəməsinin şahidi olublar.

    O, fikrindən daşınıb və yerə düşüb. Bölməyə aparılan Fərhad Abuşov təxminən bir saat əvvəl sevdiyi qadını bıçaqladığını etiraf edib. Dindirilmə zamanı Fərhad 2004-cü ildə xalası qızı Aynurə ilə evləndiyini və bu nikahdan üç övladının olduğunu deyib.

    O, Ağsu rayonun Rəhimli kəndində qeydiyyatda olsa da, Bakıda Səbail rayonunda kirayədə yaşayıb. 2016-cı ilin yanvar ayında sosial şəbəkədə Kəmalə Mikayılova ilə tanış olub. Sonra bir-birinə telefon nömrələrini verərək yazışmağa başlayıblar. Kəmalə ona ailəli və üç övladı olduğunu deyib. Qadın Fərhadın şəkillərini görəndən sonra ondan xoşu gəldiyini və bir müddət sonra sevdiyini deyib. Tanış olandan 15 gün sonra Bayıl qəsəbəsində görüşüb, Masazır qəsəbəsində yerləşən otelə gediblər.

    2018-ci ilin yay aylarında Fərhad rayonda olarkən yoldaşı onun telefonunda Kəmalənin şəkillərini görür və aralarında söz-söhbət yaranır. Bundan sonra Kəmalənin də ailə üzvləri onların münasibətlərindən xəbər tutur, telefonunu əlindən alırlar. Sevgilililərin görüşü üç ay mümkün olmasa da, daha sonra gizli görüşməyi bacarıblar.

    Fərhad yoldaşı Aynurə ilə boşandıqdan sonra, mayın 31-də sevgilisi ilə görüşür. Bu zaman o, Kəmaləyə artıq ailəsinin dağıldığını və onunla evlənmək istədiyini bildirir. Lakin Kəmalə ərinin onu bağışladığını, uşaqlarına görə boşana bilməyəcəyini deyir.

    İyunun 7-i səhər saat 8 radələrində yenə də söhbət etmək üçün Kəmalənin yaşadığı Bayıl qəsəbəsinə gedən Fərhad, Kəmalə evdən çıxdıqdan sonra ona yaxınlaşır. Birlikdə işıq yarımstansiyasının yanına gəlirlər. Kəmalə Fərhada ayrılmaq lazım olduğunu, ərinin qısa müddətə Rusiyadan gələcəyini bildirir.

    Fərhad isə Kəmalədən nə üçün onu aldatdığını, ona görə ailəsinin dağıldığını və qohumları içində rüsvay olduğunu deyəndə, Kəmalə yenidən təkidlə ayrılmalı olduğunu qeyd edir. Bundan əsəbiləşən Fərhad üzərindəkı bıçaqla Kəmalənin döş qəfəsinə və kürək nahiyəsinə dəfələrlə zərbələr endirir. Kəmalə qışqıraraq yola tərəf qaçanda Fərhad hadisə yerindən uzaqlaşaraq “Bayıl Bazarı” istiqamətinə gedir. Sevgilisinin öldüyünü düşünür və yeni tikilinin qaldırıcı kranına çıxıb özünü ordan atmaq istəyir.

    Zərərçəkmişin qardaşı Kamil Heydərov ifadəsində Kəmalənin yoldaşının işləri ilə əlaqədar bir ildir ki, Rusiyanın müxtəlif vilayətlərində olduğunu deyir. Fərhad Abuşovu da elə son bir ildə tanıyıb. Fərhad hansısa vasitə ilə onların qardaşı Elşadın tikinti-təmir ustalarından ibarət işçi qrupuna işə düzəlib. Elşadın da bacısı ilə Fərhad arasında olan münasibətlərindən xəbəri olmayıb.

    2018-ci ilin mayında Kəmalə qardaşı Elşada əvvəllər münasibətdə olduğu Fərhadın ondan əl çəkmədiyini, hədə-qorxu gələrək görüşməyə məcbur etdiyini bildirir. Bundan sonra Elşad bacısı Kəmaləni Fərhadla görüşməyə qoymur, Fərhadla da danışıb, bu məsələyə artıq son qoymağı tələb edir. Lakin Fərhad əməlindən əl çəkmir, Kəmalə ilə çəkdirdiyi şəkilləri onlara və Kəmalənin ərinə göndərməyə başlayır.

    Bu məsələ ilə əlaqədar Kəmalənin qardaşı Qaradağ Rayon Polis İdarəsinə müraciət edir. Hadisədən bir ay əvvəl Fərhadla görüşüb, Kəmalədən əl çəkməsini və ailəsini dağıtmamasını bildirir. Lakin Fərhad iyunun 7-də Kəmaləni bıçaqlayaq öldürür.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Abuşov 13 il müddətinə azadlıqdan məhrum olunub.

  • Şəhərin meri məktəbi yandıran azyaşlının müdafiəsinə qalxdı: “Bir səhvə görə…” – FOTO

    Rusiyanın Krasnodar şəhərində dördüncü sinif şagirdi oxuduğu məktəbdə yanğın törədib.

    “Yuqopolis” agentliyi məlumat verir ki, araşdırma zamanı yanğının 10 yaşlı şagird tərəfindən törədildiyi məlum olub.

    Küçədən tapdığı alışqanla ehtiyatsız davranan azyaşlı asılqanda olan gödəkçələrdən birini yandırıb. Cəzalandırılacağından qorxan məktəbli hadisə haqda məlumat verməyib. Yanğının əhatə dairəsi böyüyəndən sonra məktəbin siqnalizasiya sistemi işə düşüb.

    524 şagird və 60 müəllim məktəbdən təxliyə edilib. Xəsarət alan olmasa da, bəzi şagirdlərin gödəkçələri yanaraq yararsız hala düşüb.

    Hadisə ilə əlaqədar cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Krasnodar şəhərinin meri yanğını törətməkdə günahlandırılan azyaşlının müdafiəsinə qalxaraq, dəyən maddi zərəri ödəməyə hazır olduğunu bildirib.

    Mer bir səhvə görə 10 yaşlı uşağı mühakimə etməyi səhv olduğu qənaətindədir.

  • В Ширване супруги отравились угарным газом: одного из них спасти не удалось

    В городе Ширван два человека отравились угарным газом, передает АПА.

    В Ширванскую городскую больницу в тяжелом состоянии поступили 42-летний Асим Сулейманов и его супруга.

    Несмотря на усилия врачей спасти мужчину не удалось.

    Женщина помещена в реанимацию.

  • Azərbaycandan Gürcüstana gedən çinli turistlərdə koronavirus aşkar edilməyib — YENİLƏNİB

    Tbilisidə 24 yaşlı Çin vətəndaşı kəskin respirator xəstəlik simptomları ilə xəstəxanaya yerləşdirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, o, digər xəstələrdən izolyasiya olunub və müvafiq araşdırmalar aparılır.

    Pasiyent yüksək temperatur və boğazında ağrılarla xəstəxanaya müraciət edib.

    Klinikadan bildirilib ki, pasiyent Çində işləyir və Gürcüstana Azərbaycandan gəlib.

    ***

    Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirus aşkar edilməyib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

    Onun sözlərinə görə, müayinə zamanı hər iki uşaqda “A” tipli qrip virusu aşkarlanıb.

    Qeyd edək ki, Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir