Month: January 2020

  • “Facebook” istifadəçilərinin sayı açıqlandı

    “Facebook” sosial şəbəkəsinə mütəmadi daxil olan insanların sayı il ərzində 8 faiz artaraq 2,5 milyarda çatıb.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, qeyd edilən göstərici ayda ən azı bir dəfə sosial şəbəkəyə daxil olanların sayını əks etdirir.

    Şirkətin qiymətləndirməsinə görə, ötən ilin dekabrında 1,66 milyard insan gündə ən azı bir dəfə “Facebook”dan istifadə edib. Bu göstəricinin illik artımı 9 faiz təşkil edib.
    Bildirilir ki, ötən il “Facebook” şirkətinin mədaxili 2018-ci illə müqayisədə 27 faiz artaraq 70,697 milyard dollara bərabər olub. Hesabat dövründə şirkətin xalis gəliri, əksinə, 16 faiz – 22,112 milyard dollardan 18,485 milyard dollaradək azalıb. Eyni zamanda reklam gəlirləri 27 faiz – 55,013 milyard dollardan 69,655 milyard dollaradək yüksəlib.

    Xatırladaq ki, “Facebook” şirkəti 4 fevral 2004-cü ildə Harvard Universitetində təhsil alan Mark Sukerberq və onun üç tələbə yoldaşı tərəfindən yaradılıb. Eyniadlı sosial şəbəkə dünyanın aparıcı sosial şəbəkələrindəndir.

  • Şəkidə 1-ci qrup əlili evində qətlə yetirdilər

    Şəkidə qətl törədən şəxs tutulub

    Median.Az xəbər verir ki, bu barədə Şəki rayon Prokurorluğundan APA-ya məlumat verilib. Məlumata görə, yanvarın 29-u saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub. Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

    Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O. Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hadisə ilə bağlı əlavə məlumat veriləcək.//ölkə.az

  • Китайские туристы отказываются возвращаться домой из Норвегии из-за боязни заразиться коронавирусом

    Вспышка коронавируса в Китае стала причиной того, что часть китайских туристов отказывается возвращаться домой из Норвегии.

    Как сообщает АЗЕРТАДЖ со ссылкой на норвежские СМИ, группа китайцев, обеспокоенных возможным заражением вирусом, связались с государственными органами Норвегии для того, чтобы отложить поездку домой.

    В интервью журналистам туристы из Китая заявили, что в связи со сложившейся ситуацией, их возвращение на родину опасно для их жизни и здоровья. В связи с этим группа туристов обратилась к миграционному ведомству Норвегии с тем, чтобы получить разрешение на дальнейшее пребывание в Норвегии.

    Группа туристов ссылается на то, что Министерство иностранных дел Норвегии на данный момент рекомендует своим гражданам не ехать в провинцию Хубэй и в остальную часть Китая из-за возможности заражения вирусом.

    Однако норвежское миграционное ведомство в ответ на запрос туристов заявило, что вспышка коронавируса не означает, что китайцы, находящиеся в Норвегии с разными визами, могут продлевать их. Помимо этого, в ведомстве указали, что китайские путешественники в Норвегии сами несут ответственность за возвращение в Китай в установленные сроки.

    Тем не менее, теперь китайские туристы намерены обратиться в суд для оспаривания решения миграционного ведомства.

  • İranda koronavirusa yoluxmaqda şübhəli bilinən 2 çin vətəndaşı nəzarətə götürülüb

    Təbrizdə koronavirusa yoluxmaqda şübhəli bilinən iki çin vətəndaşı karantinə alınıb.

    APA-nın Tehran bürosunun məlumatına görə, koronavirusa yoluxmaqda şübhəli bilinən iki qadın çin vətəndaşı Təbrizdə Sina adına xəstəxanada karantinə alınıb.

    36 və 37 yaşlı çinli qadınlar 5 gün öncə Azərbaycana səfər edib və ötən gün Astaradan İran ərazisinə keçərək Təbrizə gəliblər.

  • В Азербайджане учреждены новые специальности на уровне магистратуры

    Кабинет министров Азербайджана внес поправки в «Классификацию некоторых специальностей на уровне магистратуры».

    Постановление об этом подписал премьер-министр Али Асадов, сообщает Trend со ссылкой на Кабмин.

    Согласно постановлению, добавлены новые специальности: в группу естественных наук – «Безопасность государственных информационных систем и цифровое правительство», в группу технических и технологических специальностей – «Нанотехнология в нефтегазовой добыче», «Искусственный интеллект», «Дистанционное наблюдение», в группу специальностей по здравоохранению, благосостоянию и услугам – «Обеспечение качества лекарственных препаратов».

  • Magistraturada Sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb

    Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik yeni ixtisas yaradılması ilə bağlıdır.

    Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisası “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na əlavə edilib.

  • Goranboyda 6 yaşlı oğlanı maşın vurub

    Goranboyda 6 yaşlı oğlanı maşın vurub öldürüb.

    “Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy şəhəri ərazisində baş verib.

    Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Ayaz Salehovu vurub.

    Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Геранбое автомобиль насмерть сбил ребенка

    В Геранбое автомобиль насмерть сбил ребенка

    Автомобиль марки «ВАЗ-2106» сбил Аяза Авез оглу Салахова, 2014 г.р, передает Report.

    Мальчик скончался по дороге в больницу.

    По факту ведется расследование.

  • Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edilib – QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.  

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

    Qərara əsasən, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi aşağıdakı redaksiyada verilib. 

    Şuranın sədri 

    Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

    Şuranın sədrinin müavini 

    Dilqəm Tağıyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

    Şuranın məsul katibi 

    Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü   

    Şuranın üzvləri: 

    İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik 

    İbrahim Quliyev – Azərbaycan..Milli..Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik 

    Nərgiz Paşayeva – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

    Rasim Əliquliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

    Arif Paşayev – Milli Aviasiya Akademiyasının rektoru, akademik 

    Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik 

    İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik 

    Fuad Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik 

    Əhliman Əmiraslanov – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik 

    Rəfail Mirzəyev – Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini 

    Rahim Əliyev – Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini 

    Rauf Hacıyev – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru 

    Sevinc Həsənova – Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini 

    Firudin Qurbanov – Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru 

    Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü 

    Elçin Zeynalov – Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru 

    Elmir Vəlizadə – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini 

    Rövşən Əhmədov – Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri 

    İqbal Babayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, generalmayor, texnika elmləri doktoru 

    Heydər Piriyev – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant 

    Ceyhun Salmanov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini 

    Balarəhim Quliyev – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini 

    Rövşən Rüstəmov – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini. 

    Nazirlər Kabinetinin digər qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb. 

  • Ədalət Şükürovdan ittihamlara cavab: “Qayda pozmuşamsa, cəriməmi də ödəmişəm” – ÖZƏL

    Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin haqqında səsləndirdiyi ittihamlara cavab verib.

    Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşının suallarını cavabandıran Əməkdar artist məsələyə bu cür münasibət bildirib:

    “Yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozmağım şəxsən mənim üçün normal bir haldır. Gündə 200-300 dəfə qaydanı pozmamışam ki, BNA bunu bu dərəcədə şişirdərək təqdim edir. Başqalarına baxanda buna “şükür” demək olar. Qaydanı pozmuşamsa, gedib vaxtında da cəriməmi ödəmişəm. Cəriməni ödəməkdən yayınıb, heç yerə qaçmamışam. Qaydanı pozmuşam, taxsırkaram, cəriməni də ödəmişəm.

    BNA-nın rəhbərliyinə mənim heç bir etirazım yoxdur. 11 dəfə yol hərəkət qaydalarını pozmağımın da videoda toxunduğum mövzuya heç bir dəxli yoxdur. BNA ilə də heç bir şəxsi qərəzim ola bilməz. Yeri gəlmişkən, onu da bildirim ki, BNA-da mənim çox sayda yaxın dostlarım çalışır.

    Sadəcə BNA işçiləri yolunu “20 yanvar” dairəsindən salsınlar. Görsünlər ki, orada necə özbaşınalıqlar baş verir. O dairə çox pis vəziyyətdədir. BNA diqqətini ora ayırsın”.

    Qeyd edək ki, “İnstagram” hesabından video yayımlayaraq BNA-nı tənqid edən Ədalət Şükürova qurumun rəsmisi Mais Ağayev cavab vermiş, Əməkdar artisti 11 dəfə qaydanı pozmaqda ittiham etmişdi.