Month: January 2020

  • В Нагорном Карабахе умер армянский солдат

    На оккупированных территориях Азербайджана – в Нагорном Карабахе умер армянский солдат.

    Факт подтвердил секретарь Минобороны Армении Арцрун Ованнисян, передает news.am.

    Он отметил, что призванный на службу из Армавира солдат умер от пулевого ранения на полигоне.

  • İzmirdə zəlzələ yeddi bala çatarsa…

    Türkiyədə “Türk Mühendis ve Mimar Odaları Birliyi”nin nəzdində olan “İnşaat Mühendisləri Odası”nın İzmir şöbəsi zəlzələ ilə bağlı hesabat açıqlayıb.

    “Huriyyet.com”un məlumatına görə, Seferhisar və Balçova ərazisində yerləşən binalarda araşdırma aparılıb.

    Araşdırmalara əsasən, zəlzələnin gücü yeddi bala çatarsa, İzmirdə yerləşən 670 min binadan 70 mininin dağılacağı, 30 min insanın isə həlak olacağı bildirilib.

    Şöbə rəhbəri Gürkan Ərdoğan zəlzələyə qarşı tədbirlər görülərsə itki sayının azalacağını deyib:

    “Şəhərin bütün ərazisi ilə bağlı məlumatımız yoxdur. Qəza vəziyyətində olan binalar qeydiyyata alınmalıdır. Vətəndaş yaşadığı binanın nə dərəcədə riskli olub-olmadığını bilməlidir. İnsan itkisi bu gündən sabaha azaldıla bilər. Əsas odur ki, bu barədə qərarlı olaq”.

  • Goranboyda azyaşlını avtomobil vuraraq öldürüb

    Goranboy rayonunda azyaşlını avtomobil vurub.

    Report-un məlumatına görə, 2015-ci il təvəllüdlü Ayaz Əvəz oğlu Salehov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Появились подробности в связи убийством 16-летней девушки мужем в Масаллы

    Убийство 16 -летней жительницы села Гасанли Масаллинского района Гамбаровой Фатимы Маис гызы вызвало большой резонанс в обществе.

    Cenubxeberleri.com распространил некоторые подробности в связи с инцидентом.

    Согласно информации, отец Ф.Гамбаровой – Ибрет Гамбаров житель поселка Аркиван. Хотя он состоял в официальном браке с другой женщиной, у него были неофициальные отношения с матерью Фатимы. Спустя год они разошлись.

    После расставания, мать Фатимы вышла замуж за мужчину, проживающего в Баку , и оставила дочь со своей матерью.

    Фатима Гамбарова училась в средней школе села Гасанли. По словам преподавателей, девушка была очень спокойной и воспитанной.

    В октябре прошлого года по настоянию матери Ф.Гамбарова оставила школу. В качестве причины было приведено, что семья переезжает в Россию, где проживает дедушка (по линии матери – Ред.) Фатимы.

    Вопрос был обсужден на педагогическом совете 1 ноября 2019 года и учитывая семейные обстоятельства, она была освобождена из школы.

    Спустя два месяца, 5 января в одном из ресторанов Масаллы состоялась «девичья свадьба» 16-летней Фатимы Гамбаровой и 19-летнего Имана Мамедова, а 10 января в селе Чахырлы прошла «мужская свадьба».

    Кроме этого сообщается, что 19-летний парень не служил в армии из-за маленького роста.

    По словам жителей села, Иман Мамедов был тихим, спокойным. Его дядя (по линии отца – Ред.) являлся главой религиозной общины в селе.

    Как рассказали соседи, в день убийства в селе ходили слухи, что девушка впала в кому из-за высокой температуры. Ее отвезли в Масаллинскую центральную больницу, однако по дороге состояние девушки ухудшилось.

    Иман Мамедов – старший ребенок в семье, у него две младшие сестры. Отец Имана продает запчасти для машин на станции «Текле» в Масаллы. Мать – медицинский работник.

    Отметим, что Иман Мамедов был задержан в качестве подозреваемого в убийстве своей супруги Фатимы Гамбаровой. На допросе он признался в содеянном преступлении.

  • Gəncə aeroportu Koronavirusa görə gücləndirilmiş iş rejiminə keçdi

    Gəncə Beynalxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hava limanının səhiyyə məntəqəsində xüsusi izolyator otağı yaradılıb. Burada xüsusi dərman pereparatları, həmçinin həkim briqadası ayrılıb.

    Həmçinin aeroportun keçid məntəqəsində də lazımı tədbirlər görülüb. Belə ki, təyyarədən enən sərnişinlər termovizir aparatı ilə yoxlanılır.

  • Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri iki gün nələri müzakirə ediblər? – AÇIQLAMA

    Cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.

    Bu barədə XİN Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Bildirilib ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub:

    “Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.

    Bu xüsusda, Nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar”, – deyə XİN Mətbuat xidməti idarəsinin məlumatında qeyd edilib.//oxu.az

  • İran İraqdan 5 milyard dollarını ala bilmir

    Vaşinqton 7 avqust 2018-ci ildə İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiyalar tətbiq edib.

    Buna görə də İranın ixrac etdiyi təbii qaz və elektrik enerjisinə görə İraqdan alacağı beş milyard dollar (təxminən, səkkiz milyard AZN – red.) İraq Mərkəzi Bankında qalıb.

    Bu barədə rəsmi İRNA agentliyinə danışan İran Neft Məhsulları İxracatçıları Birliyinin sözcüsü Həmid Hüseyni bildirib.

    İran və İraq arasındakı qarşılıqlı ticarət dövriyyəsinin son aylarda İraqdakı hadisələrə görə kəskin azaldığını deyən Hüseyni, buna baxmayraq 10 ayda səkkiz milyard dollarlıq (təxminən, 13.6 milyard AZN – red.) mal ixrac etdiklərini deyib.

    Qeyd edək ki, İran Mərkəzi Bankının da sanksiyalara məruz qalmasına görə beynəlxalq ticarətdə çətinliklərlə üzləşib.

  • Məzahir Pənahovdan XƏBƏRDARLIQ

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov xəbərdarlıqla çıxış edib.

    M.Pənahov deyib ki, müəyyən insanlar sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.

    “Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq”, – deyə M.Pənahov əlavə edib.

    O bildirib ki, hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər.

    “Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.

    Xatırladaq ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

  • “Dəfn pulu” nə qədərdir və kimlərə verilir? – Tələb olunan sənədlər

    Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanda dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılıb.

    2019-cu il aprelin 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müavinət 300 manat məbləğində müəyyənləşdirilib.

    Dəfn üçün müavinət aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:

    •dövlət qulluqçularına ömürlük müavinət;
    •yaşa görə müavinət;
    •əlilliyə görə müavinət;
    •sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
    •ailə başçısını itirməyə görə müavinət.

    Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

    Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir: 600 manat (minimum əmək pensiyası 200 AZN-dir).

    Digər bir halda sosial müavinət alan şəxs vəfat etdikdə isə dəfn üçün birdəfəlik sosial müavinət təyin olunur. Onun miqdrası isə 300 AZN-dir.

    Sığortaolunan şəxs (işləyən) vəfat etdikdə isə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət çalışdığı yer tərəfindən ödənilir.

    Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

    Tələb olunan sənədlər:
    •Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
    •Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
    •Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

  • DİM-dən xarici dil imtahanları ilə bağlı narazılıqlara CAVAB

    Dövlət İmtahan Mərkəzi doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanlarından sonra namizədlərin narazılığına münasibət bildirib.

    DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahanın keçirilməsi ilə əlaqədar DİM-də Apellyasiya Komissiyası yaradılıb:

    “Komissiyaya bu günlər ərzində 42 müraciət daxil olub və hər kəsə müvafiq izahatlar verilib. Nəticələr elan edildikdən sonra da üç gün ərzində namizədlər komissiyaya müraciət edə bilər. Burada hər kəs dinlənilir və hər məsələyə dair izahat verilir”.

    Qeyd edək ki, yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilib.

    İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən, test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.

    İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

    İmtahanlarından sonra namizədlər DİM-dən narazılıq edib. Onlar bildirib ki, DİM çox haqsız, qanun-qayda pozuntuları şəklində doktoranturaya xarici dildən qəbul imtahanı keçirib. İmtahan strukturu çox gec açıqlanıb.