Month: January 2020

  • Google закрыл свои офисы в Китае

    Компания Google продлила за пределы отмечающихся праздников (Китайского Нового года) закрытие своих офисов в КНР на фоне вспышки коронавируса.

    Как передает РИА Новости, об этом сообщило интернет-издание Verge со ссылкой на представителя компании.

    Представитель Google пояснил порталу, что таким образом соблюдаются инструкции правительства КНР. Сотрудникам Google, которые выезжают из Китая по какой-либо надобности, а также сотрудникам, чьи родственники недавно приехали из Китая, предписывается работать из дома не менее 14 дней.

    Помимо четырех офисов в континентальном Китае, будут закрыты представительства в Гонконге и Тайване.

    Ранее Apple и Facebook ограничили поездки своих сотрудников в Китай. Американские авиакомпании United и American начали отменять регулярные рейсы в КНР из-за падения спроса.

  • “Google” şirkəti Çindəki ofislərini bağladı

    “Google” şirkəti Çində yerləşən ofislərini koronavirusla əlaqədar bağlayıb.

    Xəbəri “Verge” agentliyi şirkətin nümayəndələrinə istinadən yayıb.

    Şirkət nümayəndəsi bunun səbəbini Çin hökumətinin təlimatlarına əməl etmələri ilə izah edib.

    “Google” şirkətinin Çində çalışan əməkdaşlarına və bu ölkədən gələn qohumları ilə əlaqəsi olan işçilərinə azı 14 gün evdən işləmək haqda göstəriş verilib. “Google” Çində yerləşən dörd ofisindən başqa, Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacaq.

    Xatırladaq ki, bundan əvvəl “Apple” və “Facebook” şirkəti Çinə səfər edən əməkdaşlarının sayını məhdudlaşdırıb.

  • Убийство детей в Баку: бабушка души не чаяла во внуках – ДЕТАЛИ

    Стали известны некоторые детали двойного убийства, сопряженного с суицидом и совершенного в Низаминском районе Баку 29 января.

    Как передаёт Median.Az, о них oxu.az сообщили источники в правоохранительных органах.

    Отметим, что в среду в 18:00 поступила информация об обнаружении тел шестилетней Алсу Пикуло, двухлетнего Марата Пикуло и их бабушки Нины Ивановны Аллахвердиевой (1963 г.р.) в одной из квартир дома№ 24 на улице Рустамова.

    Осмотревшие место преступления члены следственно-оперативной группы пришли к выводу, что женщина задушила внуков при помощи веревки, после чего покончила с собой.

    По факту в Прокуратуре города Баку возбуждено уголовное дело по статьям 120.2.7 и 120.2.9 УК АР.

    Между тем стало известно, что Нина Аллахвердиева проживала с семьей своей дочери Лилии Пикуло и присматривала за внуками.

    Установлено, что трагедия произошла днем.Во время беседы с правоохранителями Л.Пикуло заявила, что, находясь на работе, она периодически пыталась дозвониться до матери, чтобы узнать, все ли дома в порядке. После нескольких безрезультатных попыток женщина забеспокоилась и поспешила домой, где перед ее глазами предстала страшная картина.

    Мать Пикуло повесилась на двери, а тела аккуратно одетых детей были уложены рядом в детской кроватке.

    Соседи положительно охарактеризовали семью Л.Пикуло. Более того, они отметили, что Н.Аллахвердиева была порядочной и аккуратной женщиной. По их словам, она очень любила своих внуков.

    Предполагается, что причиной совершения преступления стало психическое расстройство Н. Аллахвердиевой. Другим мотивом следствие на данный момент не располагает.

  • Nənənin nəvələrini və özünü öldürməsinin təfərrüatı: Səliqəli geyindirilmiş uşaqların meyitlərini…

    Yanvarın 29-da Bakının Nizami rayonunda iki azyaşlının öldürülməsi və daha sonra uşaqların nənəsinin intiharı ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

    Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verilib.

    Qeyd edək ki, ötən gün 18:00 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 24 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunub.

    Hadisə yerinə baxış keçirən istintaq-əməliyyat qrupunun üzvləri qadının nəvələrini iplə boğaraq, daha sonra isə intihar etdiyi qənaətinə gəliblər.

    Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

    Bundan əlavə məlum olub ki, N.Allahverdiyeva qızı Lilii Pikulonun ailəsi ilə yaşayıb və nəvələrinə baxıb.

    Faciə günorta saatlarında baş verib. L.Pikulo hüquq-mühafizə orqanları ilə söhbət əsnasında bildirib ki, işdə olan vaxt evdə hər şeyin qaydasında olduğunu öyrənmək məqsədi ilə anasına zəng edib. Bir neçə uğursuz cəhddən sonra narahat olan qadın evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb.

    Anası özünü mənzilin qapısından asıb. Səliqə ilə geyindirilmiş uşaqların meyitləri isə uşaq çarpayısının yanına uzadılıb.

    Qonşular L.Pikulonun ailəsini müsbət xarakterizə ediblər. N.Allahverdiyevanın isə sakit və adekvat qadın olduğunu, nəvələrini çox istədiyini qeyd ediblər.

    Güman edilir ki, cinayətin törədilməsinə səbəb N.Allahverdiyevanın psixi pozğunluğunun olmasıdır. Hazırda istintaq digər motivlərə sahib deyil.

  • Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü

    Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, xəstələrin hər ikisi ağciyərin obstruktiv xəstəlikləri diaqnozundan vəfat edib.

    Onlardan biri 1957-ci il təvəllüdlü kişidir. Digər xəstənin isə 1941-ci il təvəllüdlü olduğu bildirilib.

    TƏBİB iki nəfərin ölüm faktını Oxu.Az-a təsdiqləyib.

  • Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək

    Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

    BŞTİ-nin təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edə bilərlər.

    Olimpiada zamanı şagirdlərə xas olan riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur.

    İki mərhələdən ibarət olan olimpiadanın hər mərhələsində 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq.

    Olimpiadanın ilk mərhələsi fevralda ümumi təhsil müəssisələri tərəfindən keçiriləcək.

    Olimpiadanın final mərhələsi BŞTİ-nin təşkilatçılığı ilə apreldə təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək.

    Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə I, II və III yerlərin qaliblərinə diplom, fərqlənən iştirakçılara isə Tərifnamə təqdim olunacaq.

  • Граждан Азербайджана эвакуируют из Кита – ВИДЕО

    В связи с эпидемией коронавируса Турция отправляет в китайский Ухань военно-транспортный самолет для эвакуации оставшихся там граждан.

    Информацию об этом распространило агентство “Анадолу”.

    Сообщается, что грузовой самолет Airbus A-400M Koca Yusuf (“Коджа Юсуф”) вылетит с аэродрома Этимесгут.

    На борту самолета также будут находиться шесть врачей.

    Все доставленные из Китая граждане (34 гражданина Турции, 7 – Азербайджана, 7- Грузии и 1 – Албании) на две недели будут помещены в карантин в особых отделениях турецких больниц для контроля за наличием опасного вируса.

  • Çindəki Azərbaycan vətəndaşları təxliyyə edilir – VİDEO

    Türkiyə Çinin Vuhan şəhərində karantində qalan vətəndaşların təxliyyəsi üçün təyyarə göndərir.

    Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

    Bildirilir ki, “Koca Yusuf” adlı yük təyyarəsi Etimesgut Hərbi Havalimanından yola salınır.

    Qeyd edək ki, təxliyyə edilənlər arasında Azərbaycanın yeddi vətəndaşı da var. Onlar Türkiyəyə gətirildikdən sonra 14 gün müddətində karantində saxlanılacaq.

  • ДТП в Саатлы, пострадали четыре сотрудника полиции

    В Саатлинском районе Азербайджана произошло дорожно-транспортное происшествие.

    Об этом говорится в сообщении пресс-службы Министерства внутренних дел.

    Отмечается, что 29 января примерно в 23:00 Jeep-Wrangler, за рулем которого находился житель Баку Джавид Багиров, врезался в автомобиль марки Fiat Doblo, принадлежащий Саатлинскому районному управлению полиции .

    В результате аварии пострадали находившиеся в служебной машине четверо полицейских. Они доставлены в Республиканский госпиталь имени А.Гейдарова.

    В ходе расследования было установлено, что водитель Jeep-Wrangler находился в состоянии алкогольного опьянения.

  • Saatlıda ağır qəza: Dörd polis yaralandı

    Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.

    Nəticədə, xidməti avtomobildə olan dörd nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.

    Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.