Month: January 2020

  • Bakıda 2 avtobus toqquşdu – çox sayda yaralı var – YENİLƏNİB

    Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb.

    Agentlikdən verilən xəbərə görə, yanvarın 30-da Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    İlkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilinin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilinin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub.

    Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib.

    Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb. Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır.
    Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır.

    Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək.

    * * * * *

    Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, 85 və 211 marşrut xətti üzrə hərəkət edən iki avtobus toqquşub. Nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

  • Rusiyada qanunsuz miqrasiya ilə məşğul olan azərbaycanlı tutuldu

    Rusiyanın Belqorod vilayətində miqrantların qeydiyyatı ilə məşğul olan cinayətkar dəstənin üzvləri tutulub.

    Sm-news.ru-nun xəbərinə görə, cinayətkarlar “miqrasiya xidmətləri” göstərərək Rusiyada yaşamaq icazəsi olmayan Ukrayna və Özbəkistan vətəndaşlarına sərhəddi keçməyə kömək ediblər.

    Xəbərdə bildirilib ki, onlar bunun üçün MDB dövlətinin vətəndaşlarından pul və pasportlarının surətini istəyiblər.

    Daha sonra Rusiyanın sərhədlərini keçmək üçün lazım olan miqrasiya kartları üzərində lazımi qeydlər aparıblar.

    Hadisəni törətməkdə şübhəli bilinən bir Azərbaycan və iki Rusiya vətəndaşı məsuliyyətə cəlb olunub. Onlar qrup şəklində qanunsuz miqrasiyanın təşkilində ittiham edilirlər.

  • Türkiyə bu gün bir daha sarsıldı: Antalya silkələndi

    Türkiyənin Antalya bölgəsinin Kaş rayonunda zəlzələ baş verib.

    Bu barədə Türkiyə mətbuatı Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadən informasiya yayıb.

    Məlumata görə, qeydə alınan zəlzələ 4.2 bal gücündə olub. Zəlzələ yerin 7.1 kilometr dərinliyində baş verib.

  • Сафару Мехтиеву присвоено звание генерал-полковника таможенной службы

    30 января Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета (ГТК).

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, председателю ГТК Сафару Мехтиеву присвоено высшее специальное звание в таможенных органах – генерал-полковника таможенной службы.

    Первому заместителю председателя госкомитета Исмаилу Гусейнову и председателю ГТК Нахчыванской Автономной Республики Саххату Хабиббейли присвоено звание генерал-лейтенанта таможенной службы; начальникам Главного таможенного управления по акцизным товарам и Главного таможенного управления на воздушном транспорте Гасану Эйюбову и Бахрузу Гулиеву – звания генерал-майоров, а начальнику Управления медицинской службы ГТК Азербайджана Джейхуну Мамедову – звание генерал-майора медицинской службы.

  • İlham Əliyev Səfər Mehdiyevin rütbəsini artırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamın mətnini AZƏRTAC dərc edib.

    Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

  • İlham Əliyev bu şəxslərə ali xüsusi rütbələr verdi – SİYAHI

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb:

    Sərəncama əsasən, aşağıda adları çəkilən şəxslərə xüsusi rütbələr verilib:

    1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

    2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin:

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.

    3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

    Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

    4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru.

  • Moskvada təyyarə təcili eniş etdi: Sərnişin özünü partlatmaq istəyib

    Moskvanın Domodedova aeroportunda “S7” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

    Bu barədə BAZA “Telegram” kanalı xəbər yayıb.

    İlkin məlumatlara görə, pilotlar sərnişinlərdən birinin özünü və bütün təyyarəni partlatmaq istədiyini bildirib.

    Təyyarə Rusiyanın Simferopol şəhərindən Moskvaya uçurmuş.

  • Azərbaycandan Gürcüstana gedən turistlər xəstəxanaya yerləşdirildi – Yüksək qızdırmaları olub

    Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib.

    APA xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadze məlumat verib.

    O bildirib ki, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.

    P. İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar.

    O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.

    Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.

  • Четверо азербайджанских студентов прибыли из Китая в Азербайджан

    Находившиеся в Китае четверо азербайджанских студентов были доставлены на родину вчера, 29 января.

    Как передает Report, об этом заявил пресс-секретарь Министерства здравоохранения Парвиз Абубекиров.

    Он отметил, что в Международном аэропорту Гейдар Алиев студенты прошли через специальный коридор, выделенный для этих целей Госпогранслужбой и Госкомтаможни во избежание контакта с другими лицами.

    “Затем они были доставлены в закрытое медучреждение. Их родителям объяснили, что какие-либо признаки заболевания у студентов не обнаружены. Такие меры применяются в связи с тем, что Всемирная организация здравоохранения определила инкубационный период коронавируса – 14 дней.

    В медучреждении созданы все условия. Если в течение 14 дней каких-либо изменений в состоянии здоровья студентов не будет, то их отпустят домой”, – сказал П.Абубекиров.

  • Çindən dörd tələbə Azərbaycana gətirildi

    Dünən Çindən 4 azərbaycanlı tələbə gecə saaatlarında Azərbaycaba gətirilib”.

    Bu barədə REAL TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

    O bildirib ki, həmin tələbələrin başqa şəxslərlə ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi tərəfindən ayrılan xüsusi keçiddən keçirilərək ölkəyə buraxıblar:

    “Daha sonra həmin tələbələr tibb müəssisələtindən birində ayrılan qapalı palataya aparılıb.

    Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”.