Month: January 2020

  • ABŞ virusa yoluxan çinlilərdən təcrübə üçün istifadə etməyə hazırlaşır

    ABŞ sınaqdan keçməmiş preparatları koronavirusa yoluxmuş çinlilər üzərində sınaqdan keçirməyə qərar verib. Bu barədə “The Wall Street Journal” xəbər yayıb.

    Bildirilir ki, ABŞ-ın “AbbVie” və “Johnson&Johnson” şirkətləri effektivliyini sınamaq üçün Çinə vaksinlər göndərib. Bundan başqa, şirkətlər tərəfindən HİV infeksiyası ilə mübarizə üçün hazırlanmış preparatlar çatdırıb.

    Başqa bir şirkət “Gilead Sciences” Çində sözügedən şirkətlərə qoşularaq hazırlanma mərhələsində olan virus əleyhinə preparatı tədqiq etmək istəyib.

    Hələ ki, bu dərmanların koronavirusla mübarizədə effektivliyi sübut olunmayıb.

    “The Wall Street Journal” vurğulayıb ki, “2019-nCoV” virusu ilə mübarizə üçün hələ ki dünyada vaksin yoxdur. Bu səbəbdən Çində həkimlər koronavirusun yayılmasının qarşısını almaq ümidilə dərmanların təsdiqlənmə proseduru olmadan istifadəsi məsələsinə baxırlar.

    Nəşrin məlumatına görə, bir neçə əczaçı şirkət virus əleyhinə vaksinlərin yaradılması üzərində işləyirlər, ancaq onları insanlar üzərində sınamaq bir neçə aydan sonra mümkün olacaq.

    Xatırladaq ki, koronavirus qurbanlarının sayı hər gün sürətlə artır. Son məlumatlara görə, artıq 132 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Dünən isə ölənlərin sayı 107 nəfər göstərilmişdi.

  • Bakıda kişi sürücüləri tələyə salan qadın tutulub

    Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) gətirilib.

    Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

    43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

    Araşdırmalar davam etdirilir.

  • Çin istehsalı olan məhsullar təhlükəlidirmi? – VİDEO

    Azərbayacanda Çində istehsal olunan məhsullar kifayət qədərdir. Median.Az oxu.az-a istinadən xəbər verir ki, ölkəmizə Çindən həm qida, həm də geyim məhsulları gəlir.

    “Sədərək” Ticarət Mərkəzindəki satıcılar bildirir ki, oradakı malların hamısı Çindən gəlib.
    Demək olar ki, paytaxtın ən böyük ticarət mərkəzlərində satılan məhsulların çoxu Çin istehsalıdır.

    Nəzərə alsaq ki, koronavirusun yayıldığı ölkələrin siyahısı hər gün daha da artır, deməli, biz də bu bəlaya hazır olmalıyıq.

    Bazardakı alıcılar bildirir ki, onlar rahat alış-veriş edir.
    Çindən ölkəmizə elektron ticarət vasitəsilə də kifayət qədər məhsul sifariş olunur. Son günlərsə poçt göndərişlərinə məhdudiyyət məsələsi gündəmə gəlib.

    “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Mehman Balabəyovun sözlərinə görə, “Azərpoçt” vasitəsilə daşınması həyata keçirilən beynəlxalq poçt göndərişləri yalnız avia nəqliyyət vastəsilə ölkəmizə daxil olur.

    “Beynəlxalq poçt göndərişləri gömrük baxışından keçdikdən sonra Poçt Daşıma Mərkəzinə daxil olur və ölkə üzrə təyinat məntəqələrinə çatdırılır. Hazırda beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən çatdırılmasında hər hansı məhdudiyyət qoyulmayıb” – deyə M.Balabəyov bildirib.

    Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, son illər daha çox tələbat yaranan zəncəfil Azərbaycana ancaq Çindən gəlir.

    E.Hüseynov qeyd edib ki, “ekzotik meyvələrin əksəriyyətinin, məsələn, avokado və manqonun da Çindən gətirildiyi istisna deyil. Çindən alınan bütün qida məhsullarının qaynar suda yuyulması məsləhətdir. Elə Çin istehsalı olan geyimləri də istifadədən əvvəl yaxşıca ütüləmək lazımdır”.

  • Bakıda nənə iki azyaşlı nəvəsini öldürəndən sonra intihar edib – FOTO – YENİLƏNİB-1

    Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda baş vermiş qətllə bağlı birgə məlumat yayıb.

    Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

    Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.

    Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

    İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

    Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    ***

    Bakıda dəhşətli qətl törədilib.

    APA-nın xəbərinə görə, Nizami rayonu, Rüstəmov 74 ünvanında qadın iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

    Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir.

  • Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, məlumatda qeyd olunur ki, 29.01.2020-ci il tarixdə kütləvi İnformasiya vasitələrində Masallı rayon Həsənli kənd sakini yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızının 2 həftə öncə Xoşçobanlı kənd sakini ilə evləndiyi, yetkinlik yaşına çatmayanın ölməsi ilə bağlı məlumat öz əksini tapıb. Faktla bağlı cinayət işi açılıb.

    Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquq mühafizə orqanlarına və yerli icra hakimiyyəti orqanına sorğu ilə müraciət edilib.

    Araşdırmalar göstərir ki, uşaq nikahı hallarında məişət zorakılığının baş vermə riski daha yüksək olur. Bununla əlaqədar olaraq, Komitə bir daha xatırladır ki, ölkə qanunvericiliyində yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsi, uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün yaş həddi qanunvericiliklə 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

    Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti nəzərdə tutur.

    Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.

    Qeyd edək ki, Masallı rayonu Xoşçobanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərova 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən qətlə yetirilib.

  • В Бакметрополитене поручено контролировать ситуацию в связи с коронавирусом

    «При необходимости не исключается принятие соответствующих мер, проведение профилактических работ в связи с коронавирусом «2019-nCoV».

    Как передает Median.Az, об этом АПА сообщили в ЗАО «Бакинский метрополитен».

    Было также отмечено, что в ЗАО «Бакинский метрополитен» даны соответствующие поручения соответствующим структурным единицам в связи с контролем текущей ситуации, просвещением рабочего персонала.

    ЗАО «Бакинский метрополитен», обращаясь к пассажирам, рекомендует соблюдать санитарно-гигиенические нормы в метрополитене, соблюдать чистоту на станциях и в поездах, в частности, не выбрасывать продукты питания на пол, не приклеивать жвачки и подобные активные и устойчивые вирусоносители к стенам, дверям, стеклянным рамам, сиденьям, ручкам и не допускать других подобных ситуаций.

  • Rübabə Muradovanın xatirəsi yad olunacaq

    Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq.

    Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

    Gecədə R.Muradova haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

  • Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib

    Koronavirus (2019-nCoV) virusunun Çində yayılması xəbəri fonunda Bakı Beynəlxalq Dəniz Limanında (Bakı limanı) sanitar nəzarət gücləndirilib.

    Bakı limanından verilən məlumata görə, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür.

    Məlumata əsasən, limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım maşını fəaliyyət göstərir.

  • Умерла самая старая женщина в мире

    В Таджикистане на 127 году жизни умерла самая старая женщина в стране – Фотима Мирзокулова.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает администрация Аштского района.

    В паспорте женщины указано, что она родилась 13 марта 1893 года. Она дважды была замужем и родила восьмерых детей. У долгожительницы осталось более 200 внуков, правнуков и праправнуков, сообщает Sputnik Таджикистан.

    Британский таблоид Daily Mail пишет, что Фотима Мирзокулова была старейшей женщиной в мире, если дата рождения в ее паспорте соответствует действительности. Однако о других документах, подтверждающих ее возраст, не сообщается.

  • Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib

    Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib.

    Median.Az “Report”a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində döğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.
    8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib.

    Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.