Month: January 2020

  • Azərbaycanda rüşvətə görə həbs edilən hakim məhkəməyə müraciət etdi

    Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov barəsində olan hökmdən kassasiya şikayəti verib.

    Median.Az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən sabiq hakim barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.

    Məhkəmə iclasının vaxtı açıqlanmayıb.

    Qeyd edək ki, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilən Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

    Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

    Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İsmayılov 2 il 6 ay, Ş.Allahverdiyev və M.Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. M.Yaqubov isə məhkəmə zalında həbs olunub. Şəki Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.//oxu.az

  • В Баку бабушка убила внуков, а затем повесилась – ФОТО

    В Баку в Низаминском районе в доме по адресу: улица Рустамова, 74 произошло чудовищное убийство, сообщает Median.Az со ссылкой на АПА.

    Сообщается, что женщина совершила суицид после того, как убила двух малолетних внуков.

    На место происшествия прибыла бригада скорой помощи. Врачи констатировали смерть трех человек.

    Отмечается, что женщина зарезала внуков ножом.

  • Masallıda boğularaq öldürülən 16 yaşlı gəlinin toyu ilə bağlı təfərrüat: “Bizi dinləmədi…”

    Masalıda 16 yaşlı Fatimə Qəmbərovanın toyundan sonra ölümünün bəzi təfərrüatları məlum olub.

    Rayonun Həsənli kənd sakinlərindən “Qaynarinfo”ya verilən məlumata görə, qız toyundan 17 gün sonra ölüb:

    “Qızın nikah üçün yaşı çatmırdı. Bununla bağlı hər iki valideyni icra nümayəndəliyinə çağırdıq və söhbət etdik. Onlara başa saldıq ki, bu, qanunvericiliyə ziddir. Dedik ki, səbr edin, qız yetkinlik yaşına çatsın. Lakin tərəflərdən heç biri bizi dinləmədi. Biz də məcbur olub hüquq-mühafizə orqanlarına məlumat verdik. İndi də eşitdik ki, qız ölüb. Bu saat gəlinin meyiti ekspertizaya verilib. Bir neçə saata səbəbi də bilinəcək”.

    Qeyd edək ki, Masallı rayonunun Həsənli kənd sakini olan Fatimə Qəmbərova naməlum şəraitdə dünyasını dəyişib. Onun iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirildiyi bildirilir.

    Artıq qızın qətlə yetirildiyi məlum olub. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, 2003-cü il təvəllüdlü F.Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.

  • Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü

    Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Digər YNH-si saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib.

    Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.

    Başqa bir yol-nəqliyyat hadisəsi yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində baş verib.

    Nazirliyin məlumatında qeyd edilir ki, Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Hər üç hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//Baku.ws

  • Masallıda qətlə yetirilən qızın əri tutuldu – RƏSMİ AÇIQLAMA

    Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən birgə məlumatına görə, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.

    Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.//Baku.ws

  • 16 yaşlı qızı 2 həftə əvvəl evləndiyi 19 yaşlı əri boğaraq öldürüb – RƏSMİ

    Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən AZXEBER.COM-a daxil olan birgə məlumatda bildirilir ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

    Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Ağciyər İnstitutunda daha bir ölüm qeydə alındı

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) daha bir ölüm hadisəsi baş verib.

    Median.Az oxu.az- a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Nəsirova Səbinə Heydər qızı yanvar ayının 27-də xəstəxanada vəfat edib.

    Məlumata görə, S.Nəsirova ötən il dekabr ayının 12-də olduqca ağır, kaxektik vəziyyətdə xəstəxanaya daxil olub. O, ilkin olaraq “ağciyərlərin infiltrativ vərəmi” şübhəsi ilə ikinci Reanimasiya Şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində vərəm xəstəliyi inkar edilib.

    Məlum olub ki, xəstə S.Nəsirova “İnsanın İmmun Çatışmazlığı Virusu İnfeksiyası, dördüncü klinik mərhələ, İnterstisial pnevmaniya, oral kandidoz” diaqnozu ilə dekabr ayının 19-da birinci Reanimasiya Şöbəsinə köçürülüb və müvafiq müalicə aparılıb.

    Reanimatoloq, pulmonoloq və QİÇS-lə Mübarizə mərkəzinin həkiminin nəzarəti altında intensiv müalicə tədbilərinə baxmayaraq, xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və xəstənin bioloji ölümü gerçəkləşib.

  • Saxta sənədlə qeydiyyata düşən azərbaycanlı məsuliyyətə cəlb edildi

    Rusiyanın Lipetsk vilayətində azərbaycanlı saxta sənədlə qeydiyyata düşüb.

    Lipetskmedia.ru-nun vilayət prokurorluğuna əsasən verdiyi xəbərə görə, azərbaycanlı yerli sakinin evinə saxta sənədlə qeydiyyata alınıb.

    Xəbərdə bildirilir ki, keçən ilin may ayında vilayət prokurorluğuna müraciət edən azərbaycanlı yerli sakinə məxsus mənzili yaşayış ünvanı kimi göstərib.

    Araşdırma zamanı məlum olub ki, azərbaycanlı həmin evdə saxta sənədlə qeydiyyata düşüb.

    Azərbaycanlı evinə qeydiyyata düşdüyü şəxslə bağlanan üç illik müqaviləni təqdim edib.

    Halbuki ev sahibi olan ana və iki yeniyetmə qızı bu müqavilədən xəbərləri olmadıqlarını və evi heç kimə vermədiklərini deyiblər.

    Faktla bağlı “Qəsdən saxta sənəddən istifadə” maddəsi ilə cinayət işi açılıb. Hadisənin səbəbləri və əlaqəli şəxslər müəyyənləşdirilir.

  • По факту смерти 16-летней невестки возбуждено уголовное дело – ОБНОВЛЕНО + ФОТО

    По факту смерти 16-летней девушки Прокуратурой Масаллинского района возбуждено уголовное дело по статье 120.1 (Умышленное убийство) Уголовного кодекса АР.

    * * * * *

    Ранний брак в Масаллинском районе закончился трагедией.

    29 января в селе Хошчобанлы при неизвестных обстоятельствах скончалась 16-летняя невестка.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах района.

    По полученным данным, две недели назад жительница села Гасанли Гамбарова Фатима Маис гызы 2003 года рождения вышла замуж за жителя Хошчобанлы. Сообщается, что новоиспеченному мужу 19 лет.

    В настоящее время тело Ф.Гамбаровой находится в морге. Причина смерти пока не установлена.

    Однако предварительный допрос близких родственников девушки показал, что она страдала легочным заболеванием, предположительно, бронхиальной астмой.

    Известно, что разрешение на этот ранний брак выдала Исполнительная власть Масаллинского района, куда обратились родственники молодоженов. При этом состояние здоровья девушки никто не учел.

    Расследование по факту ведет районная прокуратура.

  • Elza yas mərasimində seçki təbliğatı apardı, ara qarışdı – VİDEO

    Müğənni Elza Seyidcahanın namizəd olduğu Siyəzəndə yas yerlərində iştirak edərkən seçki təbliğatı aparması ilə bağlı videogörüntü yayılıb.

    Yenisabah.az xəbər verir ki, iddialara görə, Əməkdar artist yas mərasimlərində iştirak edərək səs toplamaq üçün çıxışlar edib.

    O, məclisdə qadınlarla danışaraq səs toplamağa çalışıb.

    Sözügedən görüntülər sosial şəbəkədə yayılandan sonra isə ara qarışıb və sərt fikirlər səslənib.

    İstifadəçilər onun bu hərəkətini “hörmətsizlik” adlandıraraq qınayanlar olub. İstifadəçilərdən biri videoya “Bozbaş kasasından çıxan deputat”, – deyə şərh yazıb.

    Həmin görüntüləri təqdim edirik: