“Yuventus”dan Ronalduya yeni müqavilə təklifi

Turinin “Yuventus” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldunun müqavilə müddətini uzatmaq istəyir.

“Corriere dello Sport”un məlumatına görə, dekabrın 29-da Ronaldunun meneceri Jorje Mendeş Turin klubunun nümayəndələri ilə müzakirə aparıb.

Yeni müqaviləyə həmçinin qarşılıqlı razılaşma əsasında 2022-ci ildə başa çatacaq anlaşmanın daha bir il artırılması ehtimalı ilə bağlı bənd də əlavə oluna bilər.

Yeni razılaşma ilə Ronaldunun maaşı əvvəlki səviyyədə qalacaq – illik 35 milyon avro.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *