Month: January 2020

  • Masallıda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub – TƏCİLİ

    Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub.

    Bu barədə “report”a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
    Bildirilib ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Hazırda araşdırma aparılır.

  • Hərəkət məhdudiyyətli seçicilər üçün panduslar quraşdırılacaq

    2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır.

    Bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib.
    Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:

    “Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.

  • Bakı metrosu koronavirus təhlükəsinə hazırdır? – RƏSMİ AÇIQLAMA

    Zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

    Bu barədə “Bakı Metropoliteni” QSC Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

    Bildirilib ki, “Bakı Metropoliten”i şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil. Lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

    Eyni zamanda qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

    Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur.

    Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.

    Fürsətdən istifadə edərək, “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir.

    Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlığının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin, metropolitendə təmizliyin qorunması baxımından vacibdir.

  • Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər – Putinə müraciət olunub

    Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

    Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

    Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

    “Bu çox yaxşı və mühüm təşəbbüsdür. Çünki Həzi Aslanov təkcə Azərbaycanın yox, həm də Rusiyanın qəhrəmanıdır. Onun Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq bu gün də məmnuniyyətlə xatırlanır.

    Ona görə də hesab edirik ki, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi vacibdir. Moskvada mütləq onun adına küçə verilməlidir. Bundan əlavə müraciətdə Həzi Aslanovun adının orta məktəbə, xiyabana verilməsi də qeyd olunub”, – deyə o qeyd edib.

    Əli Kazımov isə APA-ya açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada yeni inşa olunan metro stansiyalardan birinə Həzi Aslanovun adının verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub:

    “Əlimizdən gələni edəcəyik ki, Qələbənin 75 illiyi ərəfəsində Moskvada Həzi Aslanovun xatirəsi əbədiləşdirilsin”.

  • Baş Nazirdən şübhəli kreditlərlə bağlı SƏRƏNCAM

    Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

    Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

    Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

  • Azərbaycanda iki həftə əvvəl gəlin köçən 16 yaşlı qız qəflətən öldü

    Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

    Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

    Masallı Rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

    Vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.

    Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

  • Azərbaycanda nə qədər şəxs müavinət və təqaüd alır? – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib.

    Nazirlikdən verilən məlumata görə, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.

    Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.

    2019-cu ildə yeni təqaüd növləri də təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.

    Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayının 5 dəfəyə yaxın artmasına səbəb olub.

  • İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır

    Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivində yolların pis vəziyyətdə olduğu barədə xəbər vermişdik. Sakinlərdən redaksiyamıza daxil olan şikayətdə yollarda çətinliklə hərəkət etdikləri bildirilirdi.

    Məsələ ilə bağlı Oxu.Az Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı suallara cavab almağa çalışıb.

    Əvvəlcə onu qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunan əlaqə nömrələrindən yalnız biri işləyir. Həmin nömrədə isə bir neçə dəfə zəng etdikdən sonra, nəhayət, telefonlarımıza cavab verən tapıldı.

    Zəngə cavab verən xanım sualımıza cavab olaraq bildirdi ki, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində yaşayan sakinlərin probleminə baxılması üçün sakinlər rəsmi qaydada İcra Hakimiyyətinə ərizə ilə müraciət etməlidir:

    “Suraxanı rayonu ərazisində təmirə ehtiyac olan yollarda mərhələli şəkildə işlər görülür. Sakinlər ərizə ilə müraciət etsələr, rəhbərlik tərəfindən rəsmi şəkildə cavablandırılacaq”.

    Müsahibimiz məsələyə daha ətraflı cavab verilməsi üçün bizi İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova yönləndirəcəyini bildirdi. Lakin sonra zənglərimizə cavab ala bilmədik.

    Xatırladaq ki, rayonun Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində 20 ilə yaxındır yollar pis vəziyyətdədir. Sakinlər iddia edir ki, yollarda palçıqdan addım atmaq mümkün deyil.

  • В Таджикистане произошло землетрясение

    Землетрясение магнитудой 5,0 было зафиксировано в Таджикистане в 14:10 по местному времени.

    Как передает РИА Новости, об этом сообщила пресс-секретарь комитета по чрезвычайным ситуациям страны Умеда Юсуфи.

    “Эпицентр подземного толчка находился в 160 километрах северо-восточнее города Душанбе, на территории Сангворского района. Магнитуда в эпицентре составила 5,0, а в городе Душанбе – 3,0”, – сказала Юсуфи.

    По ее словам, в результате землетрясения разрушения на территории Таджикистана зафиксированы не были.

  • Tacikistanda beş bal gücündə zəlzələ olub

    Tacikistanda zəlzələ baş verib.

    Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umed Yusifi ölkə ərazisində beş bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.

    “RİA Novosti” Komitənin mətbuatla əlaqələr xidmətinin rəhbərinə istinadən xəbər verir ki, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.

    Yeraltı təkanlar nəticəsində ölkə ərazisində dağıntıların olmadığı bildirilir.