Month: January 2020

  • Rusiyada mağazaya basqın edən azərbaycanlı tutuldu

    Rusiyanın Sankt-Peterburq vilayətinin Kolpino şəhərində mağazaya basqın edən azərbaycanlı saxlanılıb.

    Nova.today-in xəbərinə görə, 26 yaşlı azərbaycanlı Prosveşeniye prospektində yerləşən mağazaya bıçaqla hücum edib.

    Bununla bağlı mağazanın sahibi Vıborqski rayonunun polis idarəsinə müraciət edib.

    Onun dediyinə görə, mağazasına bıçaqla hücum edən şəxs kassadan 10 min rubl (273 AZN) götürərək gedib.

    Hadisəni törədən Azərbaycan vətəndaşı saxlanılıb.

    Faktla bağlı “quldurluq” maddəsi ilə cinayət işi açılıb.

  • Rusiyada öldürülən deputat və arvadının qatili intihar etdi

    Rusiyanın Rostov vilayətində mənzillərində ölü tapılan deputat Andrey Alabuşev və arvadı Olqa Alabuşevanın qatili məlum olub.

    REN TV-nin xəbərinə görə, onun meyitini deputatın mənzilindən tapıblar.

    İlkin ehtimala görə, o intihar edib.

    Xatırladaq ki, Andrey Alabuşev Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru olub.

    Yaşadıqları mənzildə dünən onun və arvadının üzərində çoxsaylı kəsik yaraları olan meyiti aşkar edilib. Onların qarət məqsədilə öldürüldükləri barədə xəbər yayılmışdı.

  • Kobe Brayantın və qızının öldüyü helikopterin yeni görüntüləri yayıldı: Üç meyit tapılıb – FOTO

    ABŞ-n əfsanəvi basketbolçusu Kobe Brayantın və qızının öldüyü helikopterin yeni görüntüləri yayılıb.

    Sondakika.com-un xəbərinə görə, doqquz nəfərin öldüyü deyilən qəzada yalnız üç nəfərin meyiti tapılıb.

    Digər altı nəfərin meyitlərinin axtarılması davam edir.

    Tapılan meyitlərin K.Brayant və qızına aid olub-olmadığı hələlik məlum deyil.

    Qeyd edilir ki, K.Brayant və arvadı Vanessa arasında eyni təyyarədə uçmamaq haqqında razılıq olub.

  • Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi – FOTO

    Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı döyüşçü Nəriman Abbasovla görüşdən imtina edib.

    Median.Az xəbər verir ki, bununla bağlı Nəriman Abbasov şəxsi “Instagram” hesabında məlumat verib:

    “Rusiyalı döyüşçü Eduard Vartanyan qorxdu və mənimlə görüşdən imtina etdi. O, özü çağırış etmişdi və mən dərhal razılıq verdim. Rəsmi danışıqlar zamanı o, geri çəkildiyini bildirdi. Çempionluq titulunu qorumaq üçün başqa namizədi gözləyirəm”.

    Qeyd edək ki, Nəriman Abbasov “Fight Nights” çempion titulunu qorumaq üçün Moskvada erməni Eduard Vartanyanla üz-üzə gəlməli idi.//oxu.az

  • Abid Şərifov əsas fəaliyyətini açıqladı

    Baş nazirin keçmiş müavini Abid Şərifov istirahət etməyə üstünlük verir.

    Bu barədə A.Şərifov oxu.az-a açıqlamasında bildirib.

    O deyib ki, səhhəti normaldır və hər şey qaydasındadır.

    “Zəng edib maraqlandığınız üçün çox sağ olun. Hər şey yaxşıdır. Hazırda istirahət edirəm”,-deyə A.Şərifov əlavə edib.

    Qeyd edək ki, A.Şərifov 20 iyul 1995-cü ildən 21 aprel 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

  • Скончался бывший министр иностранных дел Азербайджана

    Скончался бывший министр иностранных дел Азербайджана Тофик Гасымов.

    Как сообщает Report, экс-министр умер в возрасте 82 лет в Швейцарии.

    Отметим, что Т.Гасымов родился в 1938 году в Агстафинском районе. В 1992-1993 годах он возглавлял внешнеполитическое ведомство Азербайджана.

    В последующие годы Т.Гасымов вместе с семьей жил в швейцарском городе Люцерн.

  • Azərbaycanın keçmiş xarici işlər naziri vəfat etdi

    Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib.

    Report-un xəbərinə görə, o, 82 yaşında İsveçrədə həyatını itirib.

    Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

    Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

  • Абид Шарифов рассказал, чем он сейчас занимается

    Бывший заместитель премьер-министра Азербайджана Абид Шарифов сейчас предпочитает отдыхать.

    Об этом oxu.az сообщил сам экс-вице-премьер.

    По словам А.Шарифова, он чувствует себя хорошо.

    “Спасибо большое, что позвонили и поинтересовались мной. Все хорошо. В настоящее время я отдыхаю”, – сказал он.

    Отметим, что с 21 апреля 1995 года по 21 апреля 2018 года А.Шарифов занимал должность заместителя премьер-министра Азербайджана.

  • Alimlər açıqladı: Çini daha bir bəla gözləyir

    Alimlər Çini daha bir bəlanın gözlədiyi barədə proqnoz veriblər.

    Belə ki, elm adamlarının beynəlxalq qrupu iqlim dəyişikliyi nəticəsində yaranan yüksək temperaturun ölümcül dalğalarının Çin kimi sıx əhalisi olan ölkələrdə daha təhlükəli olacağını bəyan edib.

    Bu barədə “MedicalXpress” xəbər yayıb.

    Mütəxəssislər 1961-ci ildən 2018-ci ilə qədər Çin ərazisində 2400 yerli stansiyalardan gündəlik temperaturla bağlı 50 milyon qeydi analiz ediblər. Tədqiqatlar göstərib ki, 2018-ci ildə Çinin şimal-şərqində çoxlu sayda insanın ölümü ilə nəticələnən təhlükəli gecə istiliyi əhəmiyyətli dərəcədə artıb.

    Bundan əlavə, gündüz ekstremal yüksək temperatur və daşqınlarla nəticələnən leysan yağışlar daha tez-tez baş verəcək. O da vurğulanıb ki, sənaye dövründən əvvəlki vaxta nisbətdə fövqəladə leysanlar 1,5 dəfə artıb, mütəmadi güclü yağışlar isə 47 faiz azalıb.

    Bildirilir ki, gecələr yüksək temperatur istilik vurmalarına gətirib çıxarır. Açıq havada işləyənlər, yaşlılar və gənclər, həmçinin, müxtəlif xəstəlikləri olanlar risk qrupuna daxildir.

    Qeyd edək ki, Çin hazırda ölümcül koronavirusun “əsarətindədir”. Son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub. Ölkənin 25 şəhərində karantin elan olunub. Bir sıra ölkələrlə aviarabitə dayandırılıb.

  • Elazığ zəlzələsinin şahidi olan azərbaycanlı: “Düşündüm ki, binadan çıxa bilməyəcəyəm” – FOTO/VİDEO

    Səhər imtahanım vardı. Axşam evdə gəzə-gəzə sualları oxuyurdum. Qəfil bina silkələndi. Əvvəl elə bildim yorğunluqdan başım gicəllənir. Amma sonra binanın silkələnməsindən divana yıxıldım. Bir anda qışqırıq səsləri eşitməyə başladım. Yıxıldığım yerdən qalxıb, evdən çıxmaq istəyirdim ki, daha bir təkan məni yerə yıxdı. Bütün şəhərin işıqları söndü. Binadan çıxa bilməyəcəyimi düşündüm.

    Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin zəlzələ baş vermiş Elazığ vilayətindən təxliyyə edilən, Fırat Universitetinin Məktəbəqədər təhsil fakültəsinin üçüncü kurs tələbəsi Günel Binnətli deyib.

    Onun sözlərinə görə, hadisə baş verən zaman bina o qədər güclü silkələnib ki, oradan çıxa bilməyəcəyini düşünüb:

    “Axşam saat 9-a qalardı. Növbəti gün imtahanım vardı. Evdə gəzə-gəzə sualları oxuyurdum. Bir anda bina silkələndi və mən divana yıxıldım. Yenidən qalxmaq istəyəndə daha bir təkan baş verdi və mən yıxıldığım yerdən qalxa bilmədim.

    Heç bir neçə saniyə keçmədi ki, bütün şəhərin işıqları söndü. Qaranlıqda o qorxu və təlaşla yerdən qalxmağa çalışdım. Çətinliklə də olasa telefonumu və evin açarını tapıb, binadan çıxdım. Mən binadan çıxanda pilləkən boyunca divarlar çatlamağa başladı. Orada yaralı insanlar vardı, özümü toplayıb onlara kömək etdim. Birlikdə binadan çıxdıq”.

    G.Binnətli deyir ki, Prezident İlham Əliyevin Turkiyənin Elazığ vilayətində təhsil alan tələbələrin təhlükəsiz təxliyyəsi üçün tapşırıq verdiyini eşidəndə çox sevinib:

    “Binadan çıxdıqdan sonra Türkiyə höküməti bizi yaxınlıqdakı idman komplekslərinə apardı. İnsanlara adyal, isti yeməklər, çay verdilər. Səhərə qədər zəlzələ davam etdi. Bizim evin yanındakı bina uçdu. Mən səhər yenidən evə girib pulumu, xarici pasportumu götürmək istədim. Həmin an yenidən 4-5 bal gücündə zəlzələ oldu.

    O an düşündüm ki, bir dəfə Allah qorudu, bu dəfə deyəsən, çıxa bilməyəcəyəm. Qorxudan ayaqlarım tutuldu. Bədənim əsməyə başladı. Amma tez tərpənib binadan çıxa bildim. Sonra təhlükəsizlik üçün heç kimi binaya buraxmadılar.

    Bizə deyəndə ki, Prezidentimiz İlham Əliyev azərbaycanlı tələbələrin ərazidən təxliyə edilməsi üçün tapşırıq verib, çox sevindik. Dərhal atama zəng etdim, məlumat verdim. Bizi sağ-salamat Bakıya gətirdilər. Bəzi tələbələr isə gəlmək istəmədiklərini deyib, öz istəkləri ilə orada qaldılar.

    Bu gün öz evimdəyəm. Amma gecə səhərə qədər zəlzələ anını görüb, qorxu içərisində yuxudan oyanmışam. Heç kimin bir də o cür dəhşəti yaşamasını istəmərəm”.

    Onu da qeyd edək ki, G.Binnətli Türkiyədə həm də əlil uşaqlar, daun və autizm sindromlu uşaqların tədrisi ilə də bağlı təhsil alıb.