Month: January 2020

  • Bu aviaşirkət Avropaya uçuşları dayandırdı

    “Ural Hava Yolları” şirkəti bir sıra Avropa ölkələrinə və Yaponiyaya uçuşları dayandırıb.

    “RİA Novosti”nin aviaşirkətin mətbuat xidmətinə əsasən yaydığı xəbərə görə, şirkət uçuşları koronovirus epidemiyası səbəbindən təxirə salıb.

    Buna, eyni zamanda, ÇXR və Rusiya Federal Turizm Agentliyinin səlahiyyətliləri tərəfindən çinli və rusiyalı turistlərin səfərlərinə məhdudiyyət qoyulması da səbəb olub.

    Bildirilir ki, bu qərar Çindən çox sayda mütəşəkkil turist qrupunun yerləşdiyi Yekaterinburqdan Münhenə, Parisə, Romaya, Vladivostokdan Saporroya uçan reyslərə təsir göstərəcək.

    Şirkət Avropaya bilet alan sərnişinlərdən alternativ reyslərdən istifadə etmələrini və ya gecikmədən və cərimə edilmədən bilet pullarının qaytarılmasını təklif edib.

  • Əli Əsədovdan yeni TƏYİNATLAR

    Baş nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.

    APA-nın məlumatına görə, Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstü Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.

    Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb – RƏSMİ

    “Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”.

    Bunu “report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir.
    Buna baxmayaraq Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib”.

    Mütəxəssis vətəndaşlara müraciət edərək bildirib ki, virusun əlamətləri qripin klinikasına oxşardır: “İlk növbədə əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır.

    Əgər ətrafda xəstə şəxs varsa, ondan kənar gəzmək məsləhətdir. Çöldən gələndə əllərin sabunla yuyulmasıı, spirtlə silinməsi mütləqdir.

    Eyni zamanda kimsə özündə virusun hər hansı əlamətini aşkar edərsə, dərhal həkimə müraciət etməlidir”.

  • Builki qəbul imtahanlarında ballar necə hesablanacaq? – DİM açıqladı

    Dövlət İmtahan Mərkəzi bu il keçiriləcək qəbul və buraxılış imtahanlarında balların hansı formada hesablanacağını açıqlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, balların hesablanma qaydası bu il də ötən il olduğu kimi olacaq. Hesablanma qaydasında heç bir dəyişikliyin olunması nəzərdə tutulmayıb.

    Qeyd edək ki, http://dim.gov.az/upload/iblock/920/920f9468bef8c5eeae9c659eab432beb.pdf?fbclid=IwAR3FwhL5w547TV0AoShF7TzW3uAeh8SFGnkhDjgIo4_sxF3LIe1xBqyxI9k linkində I, II, III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası ilə tanış olmaq mümkündür.

  • “WhatsApp” fevralın 1-dən bu telefonlarda işləməyəcək

    “Windows Phone” ilə vidalaşdıqdan sonra “WhatsApp” messenceri bu əməliyyat sistemlərinin köhnə versiyaları ilə yanaşı “iOS 7” və “Android 2.3.7” ilə işləyən mobil cihazlara dəstəyi dayandıracaq.

    Dəyişikliklər 1 fevral 2020-ci ildən qüvvəyə minəcək.

    Qeyd edək ki, bəlli tarixdən “WhatsApp” tətbiqində köhnə mesajlara baxmaq da mümkün olmayacaq.

    Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır

  • Facebook признался, что собирает данные пользователей вне соцсети

    Facebook получает информацию о пользователях социальной сети не только на своем сайте, но и на сторонних.

    Как передает телеканал “Звезда”, об этом говорится в официальном сообщении компании.

    Отмечается, что данные собираются даже в том случае, если человек не заходит в свой аккаунт. В компании объяснили, что это делается для показа таргетированной рекламы, помощи организациям и персонализации контента.

    29 января Facebook решила сделать эту функцию добровольной. Разработчики добавили в приложение раздел “действия вне Facebook”, где можно удалить данные, собранные за пределами соцсети.

  • “Instagram”dakı fırıldaqçılardan ehtiyatlı olun! – VİDEO

    Sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara xüsusi internet xidmətləri göstərən səhifələri görürük.

    Onların göstərdiyi “xidmətlər” içərisində ən məşhurları isə parolların oğurlanması, səhifələrin izləyicilərinin artırılması və şəxsi məktubların izlənməsidir.

    Məsələ ilə bağlı dünən Daxili İşlər Nazirliyi də istifadəçilərə müraciət edərək vətəndaşların sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verən, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxardan, hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslərə inanmamağa və heç bir ödəniş etməməyə çağırıb.

    Azərbaycan Milli İnternet Forumunun rəhbəri Osman Gündüz isə hesab edir ki, fərdi informasiyaların qorunması ilə bağlı qanunvericilik sərtləşdirilməlidir.

    Ekspert mütəmadi olaraq maarifləndirici videoçarxların sosial şəbəkələrdə çoxalmasının vacib olduğu bildirir. Ancaq ilk olaraq vətəndaş özü bu kimi hallara qarşı diqqətli olmalı, bu tip fırıldaqçılara inanmamalıdır.

    Hər halda bu xidmətlərin özləri də qanunla qadağandır. Bundan əlavə kiber dünyada baş verən cinayətlərlə bağlı ixtisaslaşmış məhkəmənin olması arzuolunandır.

  • Болгария планирует получать газ из Азербайджана

    Болгария планирует получать газ из Азербайджана по газопроводу TANAP.

    Как передает “Московский комсомолец”, об этом заявила министр энергетики республики Теменужка Петкова.

    По ее словам, страна намерена искать альтернативные источники природного газа, на сегодняшний день почти в полном объеме получаемого из России. В перспективе из других источников предполагается получать половину от общего объема этого топлива.

    Как отмечается, идея о замещении российского газа прозвучала в ходе встречи Петковой с заместителем министра энергетики США Марком Менезесом и другими представителями Соединенных штатов Америки.

    Министр отметила, что Болгария и США имеют широкое поле сотрудничества в области сжиженного природного газа. Также планируется получать газ из Азербайджана по газопроводу TANAP.

  • Bolqarıstan Azərbaycandan qaz nəqlini planlaşdırır

    Bolqarıstan TANAP (Trans-Anadolu Boru Kəməri) boru kəməri vasitəsilə Azərbaycandan qaz nəqlini planlaşdırır.

    Mk.ru-nun məlumatına görə, bu barədə respublikanın energetika naziri Temenujka Petkova bəyan edib.

    Onun sözlərinə görə, ölkə hazırda istehlak etdiyi qazın demək olar ki, hamısını Rusiyadan alır, bu səbəbdən təbii qazın alternativ mənbələrini axtarmaq niyyətindədir. Ümumilikdə, bu yanacağın ümumi həcminin yarısını digər mənbələrdən alınması nəzərdə tutulur.

    Qeyd edilir ki, bu fikirləri Petkova ABŞ energetika nazirinin müavini Mark Menezes və Birləşmiş Ştatların digər nümayəndələri ilə görüşündə səsləndirilib.

    Bolqar nazir bildirib ki, Bolqarıstan və ABŞ mayeləşdirilmiş təbii qaz sahəsində geniş əməkdaşlıq edir. Həmçinin, TANAP qaz boru kəməri vasitəsilə Azərbaycandan qaz nəqli planlaşdırılır.

  • В ОАЭ зарегистрирован первый случай заболевания коронавирусом

    В Объединенных Арабских Эмиратах (ОАЭ) зарегистрирован первый случай заболевания новым коронавирусом.

    Как передает РИА Новости, об этом говорится в сообщении министерства здравоохранения, распространенном Эмиратским агентством новостей.

    “Первый случай заболевания коронавирусом зарегистрирован в ОАЭ. Состояние здоровья заболевшего стабильное, он находится под медицинским наблюдением”, – отметили в минздраве.

    В министерстве не уточнили, где и у кого именно обнаружен коронавирус.

    Коронавирус начал распространятся в Китае. Случаи заболевания зарегистрированы уже во многих других странах. Общее число заболевших пневмонией, вызванной новым коронавирусом в Китае, достигло 5 тыс. 974 человек, 132 скончались.