Month: January 2020

  • Daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alındı

    Birləşmiş Ərəb Əmirliyində koronavirusa yoluxan bir nəfər xəstəxanaya yerləşdirilib.

    “RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən məlumat yayıb.

    “Koronavirusa yoluxan ilk xəstə qeydiyyata alınıb. Hazırda xəstənin vəziyyəti stabildir və o, həkim nəzarətindədir”, – deyə məlumatda bildirilir.

    Nazirlik koronavirusun kimə və haradan yoluxduğunu açıqlamayıb.

    Qeyd edək ki, artıq bir neçə ölkədə aşkar olunan koronavirus ilk dəfə Çində yayılıb. Çində koronavirusa yoluxan xəstələrin ümumi sayı 5974 nəfərə çatıb, 132 nəfər isə ölüb.

  • Koronavirusla bağlı Bakıda bu xəstəxanalarda xüsusi palatalar ayrılacaq – SİYAHI

    Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb.

    Bu barədə Oxu.Az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, xəstəxanalar aşağıdakılardır:

    – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri Institutu

    – 1 saylı Kliniki Tibbi Mərkəz(KTM)

    – 7 saylı Uşaq infeksion xəstəxanası.

  • Синоптики обещают завтра теплую погоду

    30 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков. Утром местами туман. Юго-западный ветер во второй половине дня сменится северо-западным.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 3-6, днем – 12-14, в Баку ночью – 4-6, днем – 12-14 градусов тепла.

    Атмосферное давление составит 759 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В регионах Азербайджана преимущественно без осадков. Ночью и утром местами туман. Ветер западный, временами порывистый.

    Ночью температура воздуха от 1 градуса мороза до 3 градусов тепла, днем – 11-16 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 30 января на Абшеронском полуострове будут преобладать стабильные погодные условия, что благоприятно для метеочувствительных людей.

  • Yaz havası: 16 dərəcə isti olacaq

    Azərbaycanda yanvarın 30-na müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Nur-Sultandan Bakıya uçan təyyarə geri qayıtdı

    “Air Astana” şirkətinə məxsus “Embraer Е190-Е2” təyyarəsi Nur-Sultandan Bakıya uça bilməyib.

    Kaztag.kz xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb:

    “Hava gəmisi yanvarın 24-də texniki səbəblərdən – qanadlarının buzlaşmasının qarşısını alan sistemdə yaranan nasazlıq və Bakı hava limanında texniki dəstəyin olmaması səbəbindən geri qayıdıb.

    Eniş ştat rejimində həyata keçirilib. Təyyarənin geri qayıtmasının koronavirusla bağlılığı yoxdur”.

  • Koronavirusdan belə qorunmaq olar – TÖVSİYƏLƏR

    Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı koronavirus ilə bağlı əhaliyə tövsiyyə xarakterli məlumatda qeyd olunub.

    Tövsiyələr aşağıdakılardır:

    Özünüzü və başqalarını xəstəlikdən qoruyun

    – Əllərinizi yuyun

    – öskürdükdən və asqırdıqdan sonra

    – xəstələrə qulluq edərkən

    – yemək hazırlayərkən, əvvəl və sonra

    – yeməkdən əvvəl

    – tualet istifadəsindən sonra

    – əllər vizual olaraq çirkli göründükdə

    – heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

    Əllərinizi yuyun

    – Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun

    – Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

    Başqalarını xəstələnmədən qoruyun

    – Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

    – İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

    – Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

    Özünüzü xəstələnməkdən qoruyun

    Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

    Qida təhlükəsizliyini tətbiq edin

    Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin

    Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun

    Xəstə və ölü heyvanlar yeyilməməlidir

    Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər

    Heyvan bazarlarında alış-veriş?

    Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

    Gözlərə, burun və ya ağzınıza toxunmayın

    Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin

    Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

    Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin

    Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin

    İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın

    Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

    Koronavirus infeksiyası riskini azaldın:

    Ət məhsullarını və yumurtanı tam bişirin

    Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

  • Годовалый малыш отравился наркотиками

    В Санкт- Петербурге в больницу в тяжелом состоянии был госпитализирован годовалый мальчик, который съел оставленный родителями на подоконнике гашиш.

    Как сообщил изданию “Невские новости” источник в правоохранительных органах, малыш нашел на подоконнике камнеобразное вещество растительного происхождения, которое было оставлено родителями, и съел его.

    Отмечается, что семья полная и не состоит на учете, мать работает помощником воспитателя, а отец – мастер по дереву в одной из петербургских компаний.

    Полиция проводит проверку по факту случившегося, возбуждено административное производство по ст. 6.9 КоАП РФ (Потребление наркотических средств или психотропных веществ без назначения врача).

  • Bir yaşlı uşaq narkotik maddədən zəhərləndi

    Rusiyanın Snakt-Peterburq şəhərində azyaşlı narkotik maddədən zəhərlənib.

    Bu barədə “Nevskie Novosti” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

    Bildirilir ki, bir yaş altı aylıq uşaq pəncərənin kənarına qoyulan xaş-xaş tərkibli narkotik maddəni yeyib.

    Bundan sonra vəziyyəti ağırlaşan azyaşlı xəstəxanaya çatdırılıb.

    Faktla bağlı “Narkotik vasitələrin və ya psixotrop maddələrin həkim təyinatı olmadan istifadəsi” maddəsi ilə inzibati iş açılıb.

    Hazırda hadisənin təfərrüatı araşdırılır.

  • Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” – VİDEO

    Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsinin sakinlərini evlərindən çıxarmaq istəyirlər.

    Bu barədə sakinlərin oxu.az-ın redaksiyasına ünvanladıqları şikayətdə qeyd olunub.

    Şikayətdə bildirilir ki, ərazidə keçən ilə qədər məcburi köçkünlər də yaşayıb:

    “Keçən ilin fevral ayında bu ərazidə yaşayan məcburi köçkünlər yeni evlərlə təmin olunublar. Onlar köçdükdən sonra isə bizim buradan çıxmağımızı tələb edirlər. Hazırda ərazidə 13 ailə var. 150-dən çox sakin 30 ildir ki, acınacaqlı şəraitdə yaşayır. Yaşadığımız ev də deyil, yararsız vəziyyətdə olan “barak”lardır.

    Lakin bizim getməyə yerimiz, başqa ev almağa pulumuz yoxdur. Sumqayıt Şəhər Ali Məhkəməsi bizim ərazidən çıxmağımız barədə qərar verib. Aidiyyəti orqanlara müraciət edirik, şikayətimizə baxılmır. Neçə dəfə bu ərazilərdə evlər yandırılıb. Təhlükə ilə üz-üzə yaşayırıq. Bizə kömək edin”.

    Aidiyyəti qurumların nümayəndələri sakinlərə burada qanunsuz yaşadıqlarını deyiblər:

    “Biz burada necə qanunsuz yaşayırıq ki, hər il bizi qeydiyyata alırlar. Seçkilərdə iştirak etmişik. Ərazidə qaz yoxdur. Digər kommunal ödənişlərimizi isə daim ödəmişik. İndi deyirlər ki, qanunsuz yaşayırsınız, buradan çıxın. Biz bilmirik hara gedək, harada yaşayaq?”

    Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Hər iki qurum sözügedən ərazinin oların balansında olmadığını və buna görə məsələyə münasibət bildirməyəcəklərini qeyd ediblər.

    Sakinlər isə hələ də harada yaşayacaqları ilə bağlı suala cavab axtarırlar.

  • Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlandı – STATİSTİKA

    “Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

    Bunu Report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

    E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən, müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

    DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər, əsasən, Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır:

    “Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.