Month: January 2020

  • В Баку 50-летний мужчина попал в больницу после избиения

    В Сабунчинском районе столицы произошло избиение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент произошел в поселке Пиршаги.

    Так, Исмаилов Эльчин Шириндил оглу, 1970 года рождения на почве конфликта был избит неизвестными лицами.

    Пострадавший с тяжелыми травмами госпитализирован в городскую больницу №3.

    По факту в Сабунчинском районном управлении полиции проводится расследование.

  • Bakıda 50 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

    Paytaxtın Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

    Hadisə Pirşağı qəsəbəsi, “Lager” düşərgəsində qeydə alınıb.

    1970-ci il təvəllüdlü İsmayılov Elçin Şirindil oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslərlə mübahisə zəminində döyülüb.

    Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
    /oxu.az/

  • Рэпер YG задержан за грабеж накануне выступления на Grammy

    В США полиция Лос-Анджелеса задержала рэпера YG по подозрению в грабеже накануне его выступления на Grammy.

    Как сообщает CBS News, полиция днем 24 января провела обыск в доме 29-летнего музыканта.

    Рэпер YG (настоящее имя – Кинон Джексон) был задержан правоохранителями после обыска в его доме. Шериф не дал никаких пояснений относительно ареста музыканта.

    Через два дня восходящая звезда американского рэпа должен был выступать на церемонии вручения премии Grammy.

  • Məşhur repçi oğurluğa görə saxlanıldı

    ABŞ-da tanınmış repçi YG (əsil adı Kinon Cekson) oğurluqda şübhəli bilinərək saxlanılıb.

    “CBS News”un məlumatına əsasən, Los-Anceles polisi 29 yaşlı musiqiçinin evində yanvarın 24-də axtarış aparıb.

    Bildirilir ki, YG hüquq-mühafizə orqanları tərəfindən məhz bu axtarışdan sonra saxlanılıb.

    Şerif musiqiçinin həbsinə dair şərh verməyib.

    Qeyd edək ki, iki gündən sonra YG nüfuzlu “Grammy” mükafatının təqdimat mərasimində çıxış etməli idi.

  • Maştağada Lerik sakinini bıçaqladılar

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    “Gülçülük sovxozu” yaşayış massivində Lerik rayon sakini, 2000-ci il təvəllüdlü Cəfərov Rüfət Araz oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ölümcül virus “AliExpress” bağlamaları ilə ötürülə bilər – TƏHLÜKƏ

    Çində yayılan koronavirus başqa ölkələrə sərnişinlərin yükləri və hətta bağlamalarla, məsələn “AliExpress”dən gətirilənlərlə gələ bilər.

    Rusiya hökuməti artıq bununla bağlı tədbirlərə başlayıb.

    Bu barədə “Baza” teleqram-kanalı xəbər yayıb.

    Bildirilir ki, poçtla işləyən, sərnişinlərin yükləri və insanlarla təmasda olan gömrük işçilərinə tibbi maskalar və əlcəklər təqdim olunub. İşçilərə Cənub Şərqi Asiyadan olan yüklərlə xüsusi ehtiyatla davranmaq göstərişi verilib.

    “Aeroportlarda sərnişinlərin yüklərini yoxlayan gömrük işçiləri ancaq xüsusi geyimdə, tibbi maskada və əlcəkdə işləyirlər, dezinfeksiyaedici maddələrdən istifadə edirlər”, – deyə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri məlumatı təsdiqləyiblər.

    Onların sözlərinə görə, beynəlxalq poçt şöbələrində işləyən müfəttişlərə yanvarın 22-dən etibarən bağlamalarla yalnız qoruyucu vasitələrdə təmasda olmaq göstərişi verilib.

  • Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb

    Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.

    Səfirlikdən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

    Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

    Qaynar xətt: 00905526792565.

    Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib.

  • Zabratda iki qəzada altı nəfər yaralanıb

    Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən avtomobil qəzaları baş verib.

    Oxu.Az xəbər verir ki, ilk hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması zamanı beş nəfər – 1965-ci il təvəllüdlü Əliyev Hüseyn Əzizağa oğlu, 1962-ci il təvəllüdlü Masayev Məhəmmədəli Tofiq oğlu, 1986-cı il təvəllüdlü Rüstəmzadə Murad Əlibala oğlu, qardaşı, 1980-ci il təvəllüdlü Rüstəmzadə Valeh Əlibala oğlu və 24 yaşlı Qafarov Rafael Yaşar oğlu xəsarət alıblar.

    Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. V.Rüstəmzadəyə müştərək travma diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

    Vəziyyəti orta-ağır qiymətləndirilir.

    Digər qəza da Zabrat qəsəbəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması zamanı 1992-ci il təvəllüdlü Qasımzadə Ülviyyə Rasim qızı ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • “Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti

    Bu gün marketlərdə 18 yaşından kiçik şəxslər heç bir problemsiz enerji içkiləri ala bilirlər.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Bu qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib. Amma tətbiq mexanizmi bir o qədər də effektiv deyil.

    Qaydalar icazə verməsə də, görünən odur ki, marketlər məhsullarını satmaqda maraqlıdırlar. Onlar üçün fərq etmir ki, alıcının 18 yaşı var, yoxsa yox.

    Bu məsələyə toxunmağımızın səbəbi marketlərdən birində qarşılaşdığımız mənzərə oldu. Alış-veriş zamanı 10-12 yaşlarında bir uşağın soyuducudan enerji içkisi götürdüyünü gördük. Azyaşlı olduğu üçün satıcının məhsulu ona satıb-satmayacağını dəqiqləşdirmək üçün kassaya qədər izlədik. Nəticə isə, təəssüf ki, düşündüyümüz kimi oldu. Satıcı bu məhsulu uşağa satdı.

    Azyaşlının enerji içkisini özü üçün deyil, başqası üçün aldığını deməsi satıcı üçün kifayət qədər sərfəli “arqument” oldu.

    Məsələnin maraqlı tərəfi isə AQTA tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”nı hansı mexanizmlə tənzimlənməsidir. Aydındır ki, bu kimi faktları görən vətəndaşların müraciəti əsasında inzibati tədbirlər görülür. Bəs görünməyən hallar necə?

    Faktla bağlı AQTA-ya müraciət edərək, bu qaydalara riayət olunub-olunmamasına hansı şəkildə nəzarət edildiyini soruşduq.

    Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

    “Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları”da nəzərdə tutulan tələblərə əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər həyata keçirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülür.

    Əgər vətəndaşlar sözügedən tələblərin pozulması və eləcə də, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satılması halları ilə qarşılaşsalar, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırmalara başlanılacaq və qanuna müvafiq tədbirlər görüləcək”.

  • Azərbaycanda 9 gün dərs olmayacaq

    Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq.

    Median.Az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

    Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Fevralın 1-i şənbə günü olduğu üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

    Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.