Month: January 2020

  • Bolqarıstan rusiyalı diplomatları ölkədən çıxarır

    Bolqarıstanın hakimiyyət orqanları casusluqda ittiham olunan iki Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Xarici işlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim olunub. Arzuolunmaz şəxs elan edilənlər səfirliyin diplomatı və ticarət nümayəndəliyinin əməkdaşıdır.

    Rusiyanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, diplomatların onların statusu ilə bir araya sığmayan fəaliyyəti haqqında heç bir dəlil-sübut təqdim edilməyib.

  • Koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb

    Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb.

    Median.Az-ın məlumatına görə, Çin Dövlət Səhiyyə Komissiyası virusa ən çox yoluxma və ölüm hallarının virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verdiyini bildirib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

    Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
    Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

    Çin ordusunun həkimlər qrupu koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün hazır vəziyyətə gətirib. Yayılan məlumatlara görə, artıq hərbi həkim briqadası virusun episentri olan Uxan şəhərinə yola salınıb.

    Bundan başqa, Çinin bir neçə şəhərindən həkim briqadaları Uxana ezam olunublar. Şanxaydan 405, Quandun vilayətindən isə 205 tibb işçisinin Uxanda sətəlcəmlə mübarizəyə cəlb olunması qərara alınıb.

  • Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq

    1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

    Median.Az xəbər verir ki, Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələn zəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.

    BÖYÜK ZƏLZƏLƏLƏR

    Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

    QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN

    Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

    TAXTDA YENİ KRAL

    Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

    TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK

    Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

    İKİ BÖYÜK QÜVVƏ ARASINDA MÜHARİBƏ

    Nostradamusa görə, 2020-ci ildə iki dünya gücü arasında qarşıdurma olacaq. Bunun da ABŞ və Çin arasındakı ticarət savaşı ilə əlaqəsi olduğu düşünülür.

    KOSMİK SƏYAHƏT

    Kosmik səyahət bu ildə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

    ATOM BOMBASI

    “Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar”.

    RUSİYAYA ASTEROİD DÜŞƏCƏK

    Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək. (publika.az)

  • Житель Евлаха скончался, пытаясь сделать себе инъекцию

    Житель города Евлах Садыгов Эльхан Сабир оглу 1982 г.р. скончался от обильной кровопотери, пытаясь самостоятельно сделать себе инъекцию в ногу.

    Как передает Median.Az со ссылкой на АПА, прибывшим врачам не удалось спасти Э.Садыгова.

    По предварительным данным, умерший мужчина был наркозависимым.

    Выясняются обстоятельства происшествия.

  • Türkiyədə güclü zəlzələ olub, dağıntılar var – YENİLƏNİB-1

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

    APA-nın məlumatına görə, bir nəfərin yaralandığı bildirilib.

    ***

    Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

    Report xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

    Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

    Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.

  • В Турции произошло сильное землетрясение

    В турецкой провинции Элязыг произошло землетрясение магнитудой 6,8, сообщает BAKU.WS со ссылкой на местные СМИ.

    Сообщается, что землетрясение зафиксировано в 20:55 по местному времени. Сильные толчки ощущались и в соседних провинциях, а также в Израиле, Ираке и Сирии.

    Информация о разрушениях и пострадавших на данный момент не поступала.

  • Çində konsert verən italiyalı müğənni ölümcül virusa yoluxdu

    İtaliyanın Bari şəhərində qadın koronavirusa yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadın Çinin Uxan şəhərinə qastrola gedən müğənnidir.

    Qeyd edək ki, dəhşətli epidemiya da məhz həmin şəhərdə başlayıb.

    Qadında qızdırma və öskürək müşahidə olunub. Müğənninin adı açıqlanmır.

    Hazırda o, mütəxəssislərin nəzarəti altında tibbi təcridxanadadır. Qadının analizlərini Romada “Lazzaro Spallanzani” İnfeksion Xəstəlikləri Milli İnstitutuna yollayıblar.

    Xatırladaq ki, sözügedən epidemiya sürətlə yayılır. Yanvarın 24-nə olan məlumata görə, Çində təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq 849 nəfərə çatıb (dünən rəsmi məlumatlarda 617 nəfər göstərilirdi). Onlarda 177-sinin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.

    Eyni zamanda, Rusiyada, Yaponiyada, Cənubi Koreyada, Taylandda, ABŞ-da, Vyetnamda və Səudiyyə Ərəbistanında bir neçə hal qeydə alınıb.

  • Şəkidə gənc elektrik mişarı ilə barmaqlarını kəsib

    Şəki rayonunda iş görən şəxs etiyatsızlıqdan xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə rayonun Oxud kəndində baş verib.

    Belə ki, 1991-ci il təvəllüdlü Məmmədov Toğrul Sahib oğlu həyətdə iş görmək istəyən zaman ehtiyatsızlıqdan elektrik mişarı ilə sol əlinin üç barmağının üst hissəsini kəsib.

    Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib. M. Toğrulun kəsilmiş barmaqlarına tikiş qoyulub.

  • AMEA-da yeni təyinat

    AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

    Eyni zamanda tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

  • Брэд Питт отказался от главной роли в “Матрице”

    Актер Брэд Питт признался, что отказался от главной роли в трилогии тогда еще братьев, а не сестер Вачовски “Матрица”.

    По словам Питта, это была просто не его роль. “Она была чья-то еще, этот человек и сыграл. Вот во что я верю. Если бы мы снимали передачу обо всех великих фильмах, от которых я отказался, нам бы потребовалось два дня”, – цитирует Питта Collider.

    По данным издания, Питту предлагали роль Нео, в итоге доставшуюся Киану Ривзу.

    Известно, что от роли в “Матрице” также отказался Уилл Смит.