Month: January 2020

  • Bakıda əks yola çıxan “Hyundai” təcili tibbi yardım maşınını vurdu, yaralı var – YENİLƏNİB+FOTO

    Sabunçu rayonunda təcili tibbi yardım maşınının qəzaya düşməsinin təfərrüatı bəlli olub.

    Median.Az xəbər verir hadisə Zabrat-Balaxanı yolunda baş verib.

    Kərimli Sanir İlham oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb.

    Bu zaman nəqliyyat vasitəsi əks yoldan gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin avtomobilinə çırpılıb.

    Qəza zamanı “Hyundai” markalı avtomobildə olan xanım sərnişin xəsarət alıb.

    Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

    ***

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

    9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

  • Yollara və ictimai nəqliyyat infrastrukturuna nəzarət gücləndirilib

    Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

    Median.Az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

    Qurum sərnişinlərdən xahiş edib ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.
    “Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

    Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

    Hər hansı bir narahatlıq olduğu zaman BNA-nın 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”, – deyə Agentlik bəyan edib.

  • Али Асадов собрал министров из-за обязательного страхования

    Сегодня в Кабинете Министров прошло совещание под председательством премьер-министра Али Асадова. На совещании были обсуждены задачи, поставленные президентом Ильхамом Алиевым в связи с внедрением обязательного страхования.

    Было доведено до сведения, что наряду с просветительской работой, должны проводиться маркетинг и соответствующая работа для того, чтобы заинтересовать граждан в обязательном страховании имущества, сообщает Oxu.Az со ссылкой на заявление пресс-службы Кабинета Министров.

    Отметив, что законодательная база по обязательному страхованию сформирована, премьер-министр сказал, что глава государства отдает предпочтение страхованию имущества в рамках взаимных интересов граждан и страховых компаний.

    И в этом вопросе просвещение является важным фактором.

    Исполнительный директор Бюро по обязательному страхованию Рашад Ахмедов отметил, что для просвещения населения были подготовлены и распространены в социальных сетях специальные ролики. Исполнительный директор отметил важность охвата учебных заведений просветительскими мероприятиями и сказал, что будут приняты меры и в этом направлении. Говоря о страховании автомобилей, недвижимости, Р.Ахмедов подчеркнул, что на повестке дня и использование инновационных систем.

    Говоря о работе по внедрению аграрного страхования в нашей стране, министр сельского хозяйства Инам Керимов отметил, что первый страховой продукт в сфере сельского хозяйства планируется ввести в широкую потребительскую массу до конца 2020 года.

    Затем была проведена презентация Министерства сельского хозяйства на тему аграрного страхования.

    Министр экономики Микаил Джаббаров отметил, что страхование имущества должно распространяться и на госимущество, здесь есть большие резервы.

    Министр финансов Самир Шарифов сказал, что за последние 10 лет государство израсходовало 970 млн. манатов на оказание помощи гражданам, пострадавшим от природных явлений.

    Министр по чрезвычайным ситуациям Кямаледдин Гейдаров подчеркнул, что нужно внести соответствующие поправки в законодательство.

    А.Асадов дал конкретные поручения руководителям соответствующих организаций и отметил, что через 3 месяца результаты проделанной работы будут обсуждены снова.

  • Yevlax sakini özünə iynə vurarkən dünyasını dəyişib

    1982-ci il təvəllüdlü Yevlax şəhər sakini Sadıqov Elxan Sabir oğlu ayaq nayihəsinə özbaşına iynə vurarkən xeyli qan itirib.

    APA-nın məlumatına görə, həkimlər onun həyatını xilas edə bilməyib.

    İlkin məlumata görə, ölən şəxs narkotik aludəçisi olub.

    Faktla bağlı araşdırma aparılır.

  • İstanbulda koronavirus təhlükəsi: Çinli sərnişin təyyarədən birbaşa vətəninə göndərildi

    İstanbula səfər edən çinli qadında koronavirus simptomlarının aşkarlanmasından sonra qadın təyyarədən birbaşa olaraq Çinə geri göndərilib.

    Bu barədə “Yeni Şafak” nəşri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koça istinadən məlumat yayıb.

    Nazirin sözlərinə görə, gənc qız sərnişinlərin razılığı ilə əks istiqamətdə uçan reyslə vətəninə göndərilib.

    “Biz bütün ehtiyat tədbirlərini görürük”, – nazir bildirib.

  • В Баку на рабочем месте скончалась сотрудница банка

    В Баку на рабочем месте скончалась сотрудница банка.

    Как передает АПА, инцидент произошел в головном офисе AtaBank в Насиминском районе.

    По сообщению, сотрудница банка Рамиля Гейдарова внезапно скончалась на своем рабочем месте.

    Выясняются обстоятельства и причины смерти.

  • Almaniyada öz ailə üzvlərinə atəş açan şəxs altı nəfəri öldürdü

    Almaniyada Ştutqartın şimal-şərqindəki Baden-Vyurtemberq federal ərazisində yerləşən Rot-am-Ze icmasında atışma zamanı 6 nəfər həlak olub.

    Bu barədə “Bild” nəşri informasiya yayıb.

    Polis isə rəsmi olaraq “bir neçə” nəfərin həlak olduğunu, daha bir neçə nəfərin isə yaralandığını açıqlayıb.

    “Merkur” qəzətinin məlumatına görə, cinayətkar və qurbanları tanış olublar. Cinayətkarın öz ailə üzvlərinə atəş açdığı ehtimal olunur.

    “Focus” nəşri isə şübhəli şəxsin saxlandığını, hadisə ilə bağlı başqa şübhəlinin olmadığını yazıb.

  • Собака погибла после укуса пьяного мужчины

    Пьяный житель Ганы загрыз укусившую его собаку.

    Об этом сообщает местное издание Pulse со ссылкой на телерепортаж United Television Ghana.

    Инцидент произошел, когда 45-летний Джастис Афлакпуй (Justice Aflakpui) употреблял акпетеши – местный напиток, напоминающий джин. Неожиданно в дом вбежала собака, укусила его за ногу и бросилась наутек.

    Ганец погнался за ней, поймал ее в кустах неподалеку и укусил в ответ. “Было слышно, как собака лает и воет, будто ей действительно больно, – рассказал брат Афлакпуя. – Через несколько минут она замолчала. Я вышел проверить, что случилось, и обнаружил, что после укуса собака погибла, а из ее пасти шла пена”.

    Акпетеши – спиртной напиток, который распространен в Гане. Его гонят из забродившего пальмового вина или сока сахарного тростника. Как правило, крепость акпетеши составляет от 40 до 50 градусов.

  • DİN-dən AXCP üzvünün işgəncəyə məruz qalmasına dair yazılanlarla bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi inzibati həbsdə olan AXCP fəalı Zamin Salayevin oğlunun guya işgəncə nəticəsində atasında olan yırtığın partlaması ilə bağlı dediklərinə münasibət bildirib.

    DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, Zamin Salayevdə yırtıq varsa, bunun onun həbs olunması ilə heç bir əlaqəsi yoxdur:

    “Hər bir insanda bu xəstəlik ola bilər. Zamin Salayevdə olan yırtıq dünənin, bu günün problemi deyil. Onun bu xəstəliyi bir neçə il əvvəl yaranıb. O, özü də həkim müayinəsində olarkən bunu deyib”.

    Qeyd edək ki, sosial şəbəkələrdə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Əlizamin Salayevin saxlanma yerində işgəncəyə məruz qalmasına dair xəbərlər yayılıb.

  • Bakıda bank əməkdaşı iş yerində öldü

    Bakıda bankda ölüm hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə “AtaBank”ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb.

    Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib.

    Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır.