Month: January 2020

  • Sərxoş kişinin dişlədiyi it öldü

    Qanada sərxoş kişinin dişlədiyi it ölüb.

    “Pulse”nin yaydığı xəbərə görə, 45 yaşlı Jastis Aflakpuiyə it hücüm edərək onun ayağını dişləyib.

    O da itin ardınca qaçaraq onu dişləyib və nəticədə ağzından köpük gələn it ölüb.

    Aflakpuinin “cin” tərkibli “akpeteşi” adlı spirtli içki içdiyi bildirilir.

    Akpeteşi Qanada geniş yayılan spirtli içkidir. Sərtliyi 40-50 promil olan içki fermentləşdirilmiş palma şərabından və ya şəkər qamışı suyundan hazırlanır.

  • Azərbaycanda bu məhsullar bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Trend-in məlumatına görə, yanvarın 24-də qızılın qiyməti yanvarın 23-ü ilə müqayisədə 1,4875 manat artaraq 1 unsiya üçün 2651,66 manat təşkil edib.

    Gümüş 0,0103 manat bahalaşaraq 1 unsiya üçün 30,2379 manata bərabər olub.

    Platinin qiyməti 18,0795 manat azalaraq 1703,791 manat, palladiumun qiyməti 122,3575 manat azalaraq 4139,3215 manat təşkil edib.

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

  • Dünyanın yeni təhlükəli virusu bu bazardan yayılıb: İyrənc menyu – FOTO

    Yeni koronavirus ilan əti ilə insanlara ötürülə bilər. O və digər heyvan ətləri Çinin Vuhan şəhərində bir bazarda satılır. İnternetdə həmin bazardaq çəkildiyi iddia edilən fotolar yayılıb.

    Median.Az xəbər verir ki, sözügedən bazarda yerləşən yeməkxanalardan birinin menyüsündə, demək olar ki, bütöv bir zoopark təqdim olunur. Təklif olunan növbənöv qidaların hamısının adı fotoda görünür.

    Bu bazarda müxtəlif heyvanların ətini dadmaq mümkündür, məsələn, yarasaların. Bu bazarda ilanlar da satılır. Daha sonra alimlər onları koronavirusun ehtimal olunan mənbəyi hesab etdiklərini bildirdilər.

    Bağlanmazdan bir qədər əvvəl Vuhan şəhərinin bir sakini bazardan fotolar çəkib və sonra onları Weibo sosial şəbəkəsində paylaşıb.
    Opossums, mol, ocelot və digər heyvanlar obyektivə düşdü.

    Həkimlərin dediyinə görə, Vuhan bazarı yeni növ koronavirus ilə yoluxmanın mərkəzinə çevrilib. İlk yoluxmalar 2019-cu il dekabrın sonunda baş verib.

  • В Китае вылечили первого больного коронавирусом – ВИДЕО

    В Шанхае вылечили первого человека, больного коронавирусом 2019-nCoV.

    Как передает Median.Az, об этом сообщает агентство Sina.

    56-летнюю Чэнь лечили в городской больнице. Отмечается, что самочувствие пациентки улучшалось постепенно: шесть дней температура у нее держалась в пределах нормы, а новые тесты на коронавирус показали отрицательный результат. Врачи уже отправили Чэнь домой.

    Ранее Bloomberg писал, что главный способ определить смертельный вирус — измерить температуру — ненадежен. Эксперты отмечают, что у некоторых умерших не было повышенной температуры, однако наблюдались другие симптомы — кашель и затруднение дыхания.

    По последним данным, от коронавируса погибли 26 человек, 876 заражены. Большинство пострадавших находятся в Китае. Несколько случаев выявлено в Японии, Южной Корее, Таиланде, США. Вирус передается от человека к человеку, основными симптомами называют повышенную температуру, утомление и кашель с мокротой.

    В СМИ распространились видеокадры, как люди, страдающие от коронавируса, теряют сознание прямо на улицах города. Мобилизованы все медицинские бригады скорой помощи.

  • Eyfel qülləsi bağlandı

    Parisdə Eyfel qülləsi bağlanıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, buna işçilərin tətili səbəb olub. Qeyd olunur ki, Eyfel qülləsinə gələn turistlərin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmayacağı üçün qülləni müvəqqəti bağlamaq qərarı verilib.

    Eyfelin nə zaman açılacağı məlum deyil.

    Qeyd edək ki, Fransada ötən ilin dekabrından bəri pensiya islahatı ilə əlaqədar etirazlar və tətillər davam edir.

  • Еще три автобусных маршрута в Баку переходят на карточную оплату проезда

    Автобусы по трем маршрутным линиям в Баку переходят на карточную систему оплаты.

    Как сообщает Median.Az, об этом в эфире радиостанции AVTO FM отметил официальный представитель Бакинского транспортного агентства Вугар Мамедзаде.

    По его словам, в ближайшие дни карточную систему оплаты применят в автобусах, курсирующих по маршрутным линиям 67 (в направлении Нариманово – Баладжары), 77 (в направлении Ичеришехер – Ени Ясамал), 26 (в направлении Кешля – проспект Азадлыг).

    На данный момент в Баку к карточной системе оплаты перешли автобусы по 30 маршрутным линиям.

  • Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək

    “Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanılıb”.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a deyib. Onun sözlərinə görə, sözsüz ki, cəriməni ödəməyənlərin sərhəddi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq: “Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində cərimə borcunu tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.

  • Komitə sədri: “15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb”

    2019-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

    Onun sözlərinə görə, həmin nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb: “Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib”.

  • Задержан водитель, сбивший двух школьниц в Хырдалане

    В результате оперативно-розыскных мероприятий сотрудников полиции и прокуратуры Абшеронского района задержан и привлечен к следствию водитель, подозреваемый в совершении дорожно-транспортного происшествия на территории района, в результате которого пострадали две школьницы.

    Как сообщили в Генеральной прокуратуре, в заявлении говорится, что 23 января около 14.00 часов на территории города Хырдалан Джамиль Бейлеров, потеряв управление на автомобилем марки «Mercedes-Benz» с госномерами 99-KR-546 сбил на тротуаре пешеходов Асу Сабзалиеву (2005 г.р.) и Фидан Оруджову (2006 г.р.). По факту в Следственном отделе Управления полиции района возбуждено уголовное дело по статье 263.1 УК АР (Нарушение правил дорожного движения и эксплуатации транспортных средств лицом, управляющим автомобилем, трамваем либо другим механическим транспортным средством, правил дорожного движения или эксплуатации транспортных средств, повлекшее по неосторожности причинение менее тяжкого вреда здоровью потерпевшего).

    В рамках уголовного дела был проведен осмотр места происшествия, назначены необходимые экспертизы, выполнены другие неотложные следственные действия.

    В результате проведенного следствия возникли основательные подозрения в том, что Дж.Бейляров совершил ДТП с грубым нарушением правил дорожного движения и эксплуатации транспортных средств, поэтому он был задержан в качестве подозреваемого.

    Следственные мероприятия по делу продолжаются. Пострадавшие являются учащимися средней школы.

  • “Həzi Aslanov-Dərnəgül” xəttində qatarların biri boşaldılıb

    “Bakı Metropoliteni” QSC-nin qatarlarının birində qatar təcili boşaldılıb.

    “Report” xəbər verir ki, hadisə bu gün 18:50 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

    Belə ki, “Həzi Aslanov – Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq nəticəsində qapıları bağlanmayıb. Daha sonra isə sərnişinlərdən qatarı tərk etmək tələb olunub. Boşaldılan qatar Depoya yola salınıb.

    “Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib:

    “Hadisə sərnişinlərdən birinin vaqonda olanda yalnız fövqəladə hallar zamanı sıxılması nəzərdə tutulan düyməni sıxması səbəbindən baş verib. Təlimata görə, stansiyada qatar boşaldılıb. Artıq növbəti stansiyada qatara baxış keçirilib və heç bir problem aşkar olunmayıb. Bu səbəbdən də “İnşaatçılar” stansiyasında qatara yenidən sərnişinlər mindirilib. Hadisə nəticəsində qrafikdə heç bir gecikmə olmayıb”.