Month: February 2020

  • Vətəndaşlar İrandan idxal olunan məhsulları almağa ehtiyat edirlər – VİDEO

    İranda koronavirus infeksiyasının aşkar edilməsindən sonra cənub qonşumuzla ölkəmiz arasındakı Biləsuvar və Astara gömrük buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

    Görəsən, koronavirus epidemiyası yayılmamışdan əvvəl İrandan ölkəmizə idxal edilmiş ərzaq məhsulları ilə bağlı təhlükə varmı?

    Median.Az Baku.Tv-yə istinadən xəbər verir ki, xüsusən Novruz bayramı ərəfəsində quru meyvə məhsullarına ölkəmizdə tələbatın yüksək olması bu məsələni daha da aktuallaşdırır.

    Bununla bağlı narahatlıq bazarlara da təsirsiz ötüşməyib.

    Satıcılar bildiriblər ki, hazırda əvvəl idxal olunan məhsulları satırlar. Artıq İrandan heç bir məhsul gətirilmir.

    Alıcılar isə İran məhsullarında koronavirusun olub-olmamasından əmin deyillər. Ona görə də quru meyvə məhsullarını almağa ehtiyat edirlər.

  • Bakıda apteklərdə tibbi maska və spirt tapılmır – VİDEO

    Son günlər dünyanı cənginə alan koronovirus epidemiyası ilə əlaqədar olaraq tibbi maska qıtlığı yaşanır. Bu tendensiya Azərbaycandan da yan keçməyib.

    Belə ki, bir neçə həftə əvvələ qədər bir ədədi 10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə bir neçə dəfə baha qiymətə təklif olunur.

    Alıcılar bildirir ki, hətta bəzi apteklərdə pərakəndə satışa məhdudiyyət qoyulub, beş ədəddən çox maska satılmır. Süni qiymət artımı və qıtlıq təkcə maskalarla da bitmir. Tələbat yüksək olsa da, bir çox apteklərdə tibbi spirtin satışında da qıtlıq müşahidə edilir.

  • СМИ: Папа Римский заразился коронавирусом – ФОТО

    Предстоятели Католической церкви в двадцатом веке взяли за правило быть как можно ближе к народу, передает Median.Az со ссылкой на MSN.com.

    Не стал исключением и нынешний папа Франциск, который не обращая внимания на опасность подцепить свирепствующий в Италии китайский коронавирус и вышел к толпе на площади святого Петра.

    83-летний понтифик, положившись на волю Божью, без всякого страха подходил к верующим, которых собралось больше 12 тысяч, раздавал благословения, жал руки и даже целовался – при том что люди Франциска не пожалели и большинство даже не потрудилось хотя бы надеть медицинские маски.

    Прошло совсем немного времени, и папа Римский внезапно слег. Он даже не появился на запланированном богослужении; было объявлено, что глава Святого Престола нездоров, однако о какой болезни идет речь, людям не сообщили, передает Telegram-канал Super.

    В этой связи, конечно, тут же поползли слухи о том, что Франциск подхватил коронавирус, который особенно опасен для пожилых людей. Официального подтверждения или опровержения, впрочем, пока не последовало.

  • Bakıda beşmərtəbəli binada yanğın olub – FOTO

    Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.

    APA xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb.

    Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.

    Qeyd edək ki, yanğın binanın zirzəmisində məişət tullantılarının alışması nəticəsində baş verib.

  • Koronavirus təlaşı: “Qırmızı körpü”dən keçənlər yoxlanılmır? – VİDEO

    Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı Körpü” keçid məntəqəsi fəaliyyətini davam etdirir. Gün ərzində bu sərhəd-keçid məntəqəsində fasilə yaranmayıb.

    Buraxılış məntəqəsindən keçənlərin əksəriyyəti qoruyucu maskalardan istifadə edirlər. Elə sərhəd-keçid məntəqəsinin bütün əməkdaşları da qoruyucu maskalar taxır.

    Gürcüstandan fərqli olaraq, Azərbaycan tərəfdə vətəndaşlar nədənsə tibbi yoxlamadan keçmirlər. Apardığımız qısa sorğu belə deməyə əsas verir.

    Vətəndaşların sözlərinə görə, Gürcüstandan Azərbaycana və ya Azərbaycandan Gürcüstana keçdikləri zaman Azərbaycan gömrüyündə onların tibbi müayinəsi aparılmır.

    Gürcüstanda koronovirusun yayılması xəbəri qonşu ölkəyə gedənlərin də sayına təsir edib. Adi günlərdən fərqli olaraq, bu günlərdə Gürcüstana getmək istəyən Azərbaycan vətəndaşlarının sayında kifayət qədər azalma var. Elə keçid məntəqəsində müşahidə olunan seyrəklik də buna bariz nümunədir.

    Dünən İrandan gələrək, Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb.

    Həmin vətəndaş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan aydın görünür ki, məhz xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.

  • Будет запрещено требовать у граждан документы и сведения, имеющиеся в государственных организациях

    Будет запрещено требовать у граждан документы или сведения, необходимые для оказания государственных услуг, если эти документы или сведения имеются в другой государственной организации.

    Как сообщает Oxu.Az, это нашло отражение в подписанном сегодня президентом Ильхамом Алиевым распоряжении об утверждении “Национального плана деятельности на 2020-2022 гг. по поощрению открытого правительства”.

    Согласно документу, Кабинет Министров, Министерство юстиции, Агентство по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики и соответствующие государственные организации, при наличии в государственной организации документов или сведений, необходимых для оказания государственной услуги в 2020-2022 годах без требования этого документа или сведений у граждан должны обеспечить утверждение этого принципа в отраслевых нормативных правовых актах, а также увеличение числа электронных услуг на основании этого принципа для обеспечения получения этого документа у соответствующей государственной организации посредством Электронной правительственной информационной системы.

  • Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar

    Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib.

    O bildirib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb: “Onlardan 10 nəfərin ov qaydalarını pozduğuna görə Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik. Əcnəbilərlə yanaşı, ov qaydalarını pozanlar arasında yerli vətəndaşlar da var. Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib”.

  • Onun dərdi maska deyildi – FOTO

    Nəsimi rayonunda taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar. Belə ki, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi “VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.


    Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

    Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.


    Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

  • Азербайджан разворачивает мобильные госпитали для обследования въезжающих из Ирана

    Продолжаются меры по предотвращению угрозы распространения коронавируса на территории Азербайджана.

    Как сообщили АПА в штабе при Кабинете министров, согласно принятому решению, с целью организации предварительного медицинского обследования лиц, въезжающих в Азербайджан из Ирана, разворачиваются мобильные палаточные госпитали МЧС.

    Прошедшие предварительное обследование лица, в случае отсутствия у них заболевания, смогут беспрепятственно продолжить свой путь. При выявлении симптомов заболевания эти лица будут направлены в больницы под контролем врачей.

    Штаб при Кабинете министров доводит до сведения, что санитарно-эпидемиологическая обстановка в Азербайджане находится под серьезным контролем, население будет периодически информироваться о проводимой в этом направлении работе.

    Отметим, что для пресечения угрозы распространения коронавируса на территории Азербайджана, оперативного осуществления профилактических и неотложных мероприятий при Кабинете Министров создан штаб, в состав которого вошли руководители соответствующих государственных органов и структур.

  • Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

    Daşkəsən sakini ehtiyatsızlıqdan xəsarət alıb.

    APA-nın məlumatına görə, hadisə rayonun T.İsmayılov küçəsində qeydə alınıb.

    1996-ci il təvəllüdlü Namazov Fazil Faiq oğlu yaşadığı evdə iş görən zaman hündürlükdən yıxılıb. 24 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.