Month: February 2020

  • Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib – FOTO

    Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısındakı avtomobili ötmək istəyərkən qəza törədib.

    Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyi isə digər avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Минэкологии назвало территории в Баку, где образуются наиболее опасные загрязнители Каспия

    Сотрудники Управления комплексного экологического мониторинга Каспия Министерства экологии и природных ресурсов провели очередной мониторинг на побережье Гарадагского района Баку, взяли пробы морской воды и провели микробиологические анализы.

    Об этом сказала сотрудник Управления Нармин Бабашева, сообщает Trend.

    По результатам мониторингов, наиболее опасные загрязнители морской воды на территории Гарадагского района образуются в поселках Сахиль и Ходжагасан, сказала она.

    Как отметила сотрудник Управления, сточные воды предприятий и жилых массивов этих территорий сбрасываются без очистки в море из-за непригодности к эксплуатации очистных сооружений: “Кроме того, зафиксирован сброс в море через канал Пута сточных вод завода “Метанол”, который функционирует на территории Гарадагского района. Результаты мониторингов и проведенных анализов дают основание говорить, что в сточных водах, сбрасываемых в Каспий в Гарадагском районе, количество химических и биологических загрязнителей, бактерий кишечной палочки превышает норму”.

    По словам Н.Бабашевой, для устранения выявленных нарушений предприятиям и организациям даны соответствующие поручения, направлены предупреждения и уведомления.

    Мониторинги на каспийском побережье продолжаются.

  • Bitkoinlə hava limanına bilet almaq mümkün olacaq – YENİLİK

    Avropanın ən böyük aviaşirkətlərindən biri bitkoinlə bilet satışına başlayacaq.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu haqda Norveç Krallığının “Norwegian Block Exchange” şirkətinin rəhbəri Stios Chios-Mathisen məlumat yayıb.

    O, bildirib ki, rəhbərlik etdiyi qurumun yaratdığı ödəniş infrastrukturu platforması vasitəsilə “Norwegian Air Shuttle” aviaşirkətinin sərnişinləri rəqəmsal aktivlərlə hava limanına bilet ala bilərlər.

    Botkoinlə bilet satışına bu ilin yaz ayında başlanılacaq. Sözügedən platformadan yalnız Norveç vətəndaşları istifadə edə biləcəklər. Hələki biletlərin hansı rəqəmsal aktivlər əsasında satılacağı məlum deyil.

    Məlumat üçün bildirək ki, 1993-cü ildə yaradılan “Norwegian Air” aviaşirkəti maliyyə büdcəsinə görə, Skandinaviya ölkələri sırasında birinci, Avropa ölkələri arasında isə üçüncü yerdədir.

  • ÜST: Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir

    Yeni koronavirus epidemiyasının pandemiya səviyyəsinə qalxması ehtimalı hələ də davam edir.

    Median.Az xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

    O, bu ehtimala qarşı hazırlıq görmək üçün bütün ölkələrə müvafiq alətlər təqdim etdiklərini qeyd edib.

    Təşkilat rəhbəri həmçinin 57 ölkəyə analizlər üçün ləvazimat, 85 ölkəyə də fərdi qoruma vasitələri göndərdiklərini, müvafiq kurslarda 80 mindən artıq tibb işçisi hazırladıqlarını diqqətə çatdırıb.

  • У вице-президента Ирана диагностировали коронавирус

    Вице-президент Ирана Месуме Эбтекар заразилась коронавирусом.

    Как сообщает oxu.az со ссылкой на HaberTürk, результаты анализов оказались положительными и женщина помещена на карантин.

    М.Эбтекар является заместителем президента Ирана по вопросам женщин и семьи.

    Отметим, что согласно официальной информации, число умерших в Иране от коронавируса достигло 26, а заразившихся – 245 человек.

    В то же время, в Иране коронавирусом заразились замминистра здравоохранения и двое депутатов.

  • Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək

    Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşüb.

    APA xəbər verir ki, bu barədə gürcüstanlı nazir özü məlumat verib.

    Bildirib ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin daha əvvəl Tbilisiyə səfəri çərçivəsində müzakirə edilmiş birgə enerji və logistika layihələri diqqətdə saxlanılıb.

    Bundan başqa Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin tamamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.

    Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanla Qara Dənizdə tamamilə yeni bir layihənin icrasına başlayacaq və layihəyə Azərbaycanın müvafiq dövlət və ya özəl strukturları cəlb ediləcək.

    N.Turnava bu layihənin Orta Koridorun rəqabət qabiliyyətliliyinə töhfə verəcəyini qeyd edib.

    Qeyd edək ki, N.Turnava iki günlük səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.

  • Koronavirusa yoluxduğu deyilən Ceki Candan paylaşım: FOTO

    Məşhur aktyor Ceki Çan koronavirusa görə karantinə alındığı haqqında yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, Ceki Çan həyat yoldaşı və qaynanası ilə karantinə yerləşdirilməsi haqqında yayılan məlumatları rədd edib.

    O İnstaqramda bu sözləri yazıb: “Narahat olduğunuz üçün təşəkkür edirəm.

    Güvəndəyəm və sağlığımda problem yoxdur. Narahat olmayın, karantində deyiləm”.

  • Минздрав Грузии о состоянии заразившегося коронавирусом азербайджанца

    Самочувствие гражданина Грузии, у которого вчера диагностировали коронавирус, удовлетворительное.

    Как сообщает Report, об этом заявила первый заместитель министра здравоохранения Грузии Тамар Габуния.

    По ее словам, состояние больного удовлетворительное, он находится под присмотром врачей.

    Отметим, что коронавирус был выявлен у гражданина Грузии – азербайджанца.

  • Koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə rəsmi cavab

    “Bu gün orta məktəblərdə, o cümlədən ali təhsil ocaqlarında hər hansı bir məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur”

    Median.Az xəbər verir ki, bunu “Real TV”-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    R.Bayramlı bildirib ki, indiki durumda hər hansı təşvişə gərək yoxdur: “Bəzi universitetlərimizdə xaricdən oxuyan tələbələr var idi. Onlar özləri bizə müayinə olunmaq üçün müraciət etdilər. Onlardan götürülən analizlərin cavabı neqativ çıxıb. Yəni, hər hansı təşvişə ehtiyac yoxdur. Amma universitetlərimiz bir məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəzi tələbələr var ki, onlar riskli bölgələrdə yaşayırlar. Onlar da, onların tələbə yoldaşları da diqqətli olsunlar. Belə bir fakt görən kimi, bizim müəsissələrə müraciət etsinlər. Orta məktəblərdə isə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa, xüsusi tədbir görməyə ehtiyac yoxdur. Əgər görsək, rəsmi olaraq müraciət edəcəyik”.

  • Азербайджан принял важное решение по коронавирусу

    В целях предотвращения связанных с коронавирусом возможных рисков в Азербайджане, осуществления оперативных профилактических и неотложных мер, создан штаб в составе руководящих лиц структур и соответствующих госорганов при Кабинете министров.

    Об этом Baku.ws сообщили в пресс-службе Кабмина.

    Для принятия предупредительных мер и проведения мониторингов на всей территории Азербайджана создана экспертная группа в составе специалистов соответствующей сферы.

    В то же время, для информирования населения и пресечения дезинформаций “горячие линии” +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 будут действовать с 10:00 часов 28 февраля 2020 года.

    Санитарно-эпидемиологическая ситуация в Азербайджане находится под серьезным контролем, на данный момент случаев заражения среди населения не зафиксировано, причин для беспокойства нет.