Month: February 2020

  • Düyməli bıçaq, şaqqıltı səsi və öldürülən uşaqlıq – 19 yaşlı Orxanın həyat HEKAYƏSİ – VİDEO

    Uşaqlıqdan seçilmək, böyük adam olmaq istəyi ilə yaşayan 19 yaşlı Orxanın ağlına belə gəlməzdi ki, nə zamansa tale onun arzularını əksinə dəyişəcək.

    Baku.ws-in məlumatına görə, BAKU.TV-nin “Gənc məhbus” layihəsinə öz həyat hekayəsini danışan Orxan deyir ki, hər şey 7-ci sinifdə başladı. Dərslərində hər zaman yüksək nəticə göstərən Orxanı birdən-birə məktəbdəki hər kəs düşmən gözündə görməyə başladı. Oxuduğu məktəbdə hər kəsi ona qarşı çevirən həmin şəxs sonda gəncin səbr kasasını daşdırmağı bacardı. Orxan hər nə olursa olsun özünü sübut etmək istəyirdi. Qarşısında isə iki yol var idi. Ya məsələni sülh yolu ilə həll etmək, ya da illərin intiqamını almaq. Məhəllənin seçilən uşağı, məktəbin öz dili ilə desək lideri olan 19 yaşlı qəhrəmanımızın özü inana bilməsə də, artıq əli qana batmışdı.
    18 yaşında özünü qocalmış əldən düşmüş hiss edən Orxanın məhkəməsi bitir. Öz istəyi ilə təslim olan, 1 il , 6 ay həbs qərarından sonra onun ən çətin və eyni zamanda ən uğurlu yolu məhz bundan sonra başlayır. Yaşıdlarından, sinif yoldaşlarından, ən əsası ailəsindən ayrı düşən Orxanın məhkumluq həyatı boyu istedadı və bacarığı sayəsində həyat hardasa üzünə gülə bildi. Həbsxanada olarkən hər kəs onun istdadından xəbər tutdu. Beləliklə, bir işiq, bir ümid və yaşamağa davam..
    Deyir ki, törətdiyi cinayətdən peşman deyil. Amma onunla müsahibəmiz boyu sözlərindən bəlli olurdu ki, hardasa o peşmançılığ hisləri keçirir. Bu gün aktyoruğa böyük həvəsi olan Orxan böyük uğurlar ardınca addımlayır. Hazırda gitara müəllimi kiimi fəaliyyət göstərir. Həmçinin şou proqramlarda illyuziyaçı kimi çıxış edir. Heykəltaraşlıq və rəssamlıq üzrə çalışır. Və qəhrəmanımızın növbəıti məqsədi universiteteə qəbul olub gecikən ali təhsilini almaqdır…

  • Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradılır

    Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında qərargahdan məlumat verilib.

    Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

    İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

    Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

  • Sabirabadda müəllim bıçaqlandı

    Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, Səyyarə Gözəlova adlı müəllim qohumu tərəfindən bıçaqlanıb.

    Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Шамкире автомобиль сбил насмерть 5-летнего мальчика

    В Шамкире произошло ДТП со смертельным исходом.

    Как сообщили АПА в пресс-службе Министерства внутренних дел (МВД), 26 февраля примерно в 16 часов на территории села Дюзгышлаг Шамкирского района автомобиль марки “ВАЗ-21015”, за рулем которого находился житель села Гараджамирли Р.Амирханов, сбил переходившего дорогу 5-летнего жителя села Рустама Пашаева.

    От полученных травм ребенок скончался на месте происшествия.

    Проводится расследование.

  • Gürcüstanda 21 nəfər koronavirus şübhəsi ilə xəstəxanadadır

    Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.

    “Report” xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

    Bildirilib ki, hazırda bu cür pasiyentlərin ümumi sayı 21 nəfər təşkil edir, 5 şəxslə bağlı müvafiq yoxlama aparılıb və onlarda koronavirus təsdiq olunmayıb.

    Digər pasiyentlərlə bağlı araşdırmaların nəticələri bu gün və ya sabah məlum olacaq.

  • Polis çay evində əməliyyat keçirdi, saxlanılan var – FOTO – VİDEO – YENİLƏNİB

    Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rzayev Rüstəm Fərzi oğlu şübhəli şəxs qismində saxlanılıb.

    Həmin şəxsin razılığı ilə onun icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı 1 ədəd polietilen torbada təmiz çəkisi 24,87 qram çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümündə 0,80 qram qurudulmuş marixuana, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram, ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan vətəndaşlarına və turoperatorlara xəbərdarlıq edildi

    “Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik”.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində bildirilir.

    “Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”, – məlumatda vurğulanır.

  • Rusiya İrana uçuşları məhdudlaşdırır

    Rusiya sabahdan İranla aviasiya əlaqələrini məhdudlaşdırır.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iki ölkə arasındakı müntəzəm aviareysləri Rusiyanın “Aeroflot” və İranın “Mahan Air” şirkətləri həyata keçirəcək.

    Belə ki, bu şirkətlərin təyyarələri Moskvadan İrana yalnız “Şeremetyevo” hava limanının koronavirusun aşkar edilməsi üçün xüsusi cihazlarla təchiz edilmiş “F” terminalından uçacaq.

  • İranın sabiq səfiri koronavirusdan öldü

    İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq diplomat sözügedən virusun daha geniş yayıldığı Qum şəhərində dünyasını dəyişib.

    Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi, vitse-prezident Məsumə Ebtekar, millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxublar.

    İranda koronavirusa yoluxanların sayı 245 nəfərdir. 26 nəfər isə dünyasını dəyişib.

  • Tiktok стал самым популярным приложением в мире, обогнав WhatsApp

    В январе Tiktok стал самым популярным приложением в мире, обогнав WhatsApp, передает GizChina со ссылкой на исследование аналитической компании SensorTower.

    За месяц приложение установили 104 млн раз. За все время существования его скачали 1,82 млрд пользователей. Наиболее популярен TikTok в Индии, Китае, Бразилии и США.

    TikTok — китайский сервис для создания и публикации коротких видео, запущенный в 2018 году. В 2019 году россияне разместили в нем более 20 млн роликов.