Month: February 2020

  • Atəşfəşanlıq zamanı xeyli sayda insan öldü

    Hindistanın şimal-qərbindəki Tarn-Taran bölgəsində keçirilən dini mərasimdə həyata keçirilən atəşfəşanlıq zamanı fişənglərin partlaması nəticəsində 10-dan çox adam ölüb, xəsarət alanlar var.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, insident partlayan fişənglərdən qığılcımların yerdəki fişəng qutusuna düşməsi nəticəsində baş verib.

    Pəncab polisi olayı təsdiqləyib.

    Polisin məlumatına görə, hadisə şahidləri 14-15 nəfərin yerində öldüyünü, 3 nəfərin ağır vəziyyətdə xəstəxanaya aparıldığını bildirib.

    İlkin məlumatlara görə, 11 nəfər xəsarət alıb.

  • В Нефтчале горит жилое здание – ФОТО

    В Нефтчале произошел сильный пожар.

    Как сообщает АПА, в результате короткого замыкания в электропроводке жилого здания на проспекте Г.Алиева в районном центре загорелась крыша здания, состоящее из 40 квартир.

    На место происшествия привлечены сотрудники Государственной службы пожарной охраны Нефтчалинского и Сальянского районнов, жильцы здания эвакуированы.

    На месте происшествия работают четыре бригады скорой помощи. Жителям оказывается амбулаторная помощь.

    По предварительной информации, в результате пожара никто не пострадал.

  • Miri Yusifin həyat yoldaşı bu SSRİ Xalq artistinin ögey qızı imiş – FOTO

    SSRİ Xalq artisti Fidan Qasımovanın bu gün toyu olan oğlu Fəridlə Miri Yusifin həyat yoldaşı Nərgiz bacı-qardaş imiş.

    Axşam.az-ın məlumatına görə, Nərgiz F.Qasımovanın ögey qızıdır. Yəni Fəridlə Nərgizin atası bir, anası ayrıdır. Bu gün Fəridin toyunda da Nigar övladları ilə birlikdə onun yanında olub.

    Fəridin gəlinaparma mərasimində Bilqeyisin belinə qırmızı lenti də Nərgizin böyük oğlu Mir Hüseyn bağlayıb.

    Qeyd edək ki, Fərid Əməkdar artist Nahidə Orucovanın qızı ilə ailə qurur.

  • Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı – VİDEO

    Sərnişinlər 204 saylı marşrut avtobusundan şikayətçidirlər.

    Median.Az xəbər verir ki, sosial şəbəkələrdə həmin avtobusun sürücüsünün təhlükəli idarəetmə videosu yayımlanıb. Videoda sürücünün bir əlində telefon, digərində siqaret olmaqla avtobusu idarəetməsi görünür.

    Həmin görüntüləri təqdim edirik.//oxu.az

  • Koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb

    Koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu günədək yeni virusa 34 939 nəfər yoluxub, onlardan 300 nəfərdən çoxu Çin xaricində qeyd alınıb.

    Yoluxanların böyük əksəriyyəti, 25 min nəfər Hubey əyalətində yaşayır.

    Son məlumatlara əsasən, 725 nəfər koronavirusun qurbanı olub, 2,2 min nəfərdən çox xəstə isə sağala bilib.

  • Sumqayıtda evdə partlayış olub, 1 nəfər xəsarət alıb

    Sumqayıtda partlayış olub.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verib. Belə ki, evin sahibi, 1956-cı il təvəllüdlü Səfərov Rza Fərrux oğlu mətbəxtdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə nəticəsində 64 yaşlı kişi 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

    Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bakı şəhər 5 nömrəli Şəhər Xəstəxanasına göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Əlahiddə Çevik Polis Alayında yenilik – FOTO

    Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına yeni geyim forması verilib.

    DİN-dən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.

    Bildirilib ki, yeni geyim forması müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdandır.//oxu.az

  • Bakıda gecə klubunda 9 qadını və 1 oğlanı fahişə kimi satdılar

    Bakıda müxtəlif şəxsləri fahişəliyə cəlb edən və “Antalya Mehman” adı ilə tanınan Həsənov Mehman Telman oğlu Ali Məhkəməyə müraciət edib.

    Median.Az-ın news24.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə ittiham edilərək məhkum edilmiş şəxs Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
    Qeyd edək ki, Mehman Həsənovun gecə klubları və digər yerlərdə müxtəlif şəxslərlə görüşdürərək fahişəliyə cəlb etdiyi şəxslərin sayı 10 nəfərdir.

    Onlardan 9-u qadın, biri isə gənc oğlandır. Həmin şəxslər zərərçəkən şəxs qismində tanınıb.

  • В Агджабеди состоится “мужская” свадьба жениха Айнишан – ВИДЕО

    Сегодня в Агджабединском районе Азербайджана пройдет “мужская” свадьба жениха дочери Заслуженной артистки Айбениз Гашимовой – певицы Айнишан Гулиевой. “Женская” свадьба состоялась на прошлой неделе.

    Как передает Median.Az, перед началом свадебной церемонии певица попрощалась с отцовским домом. Кадрами этого события поделились в соцсети сама Айнишан и ее близкие подруги.

    Как сообщалось ранее, Гулиева вышла замуж за тренера по фитнесу Кянана Алиева. 26 января состоялась официальн//oxu.az

  • Ağcabədiyə gəlin köçən Aynişanın ilk görüntüləri — VİDEO

    Ötən həftə təmtəraqlı şəkildə ailə həyatı quran Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva bu gün səhər saatlarında ata ocağından Ağcabədi rayonuna yola salınıb.

    Median.Az xəbər verir ki, fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişanın oğlan toyu Ağcabədi rayonunda keçiriləcək.

    Aynişanın ata ocağından təmtəraqlı yola salma məclisi olub.
    Məclisdən görüntüləri A.Quliyeva və yaxın rəfiqələri sosial media hesablarında paylaşıblar.

    Qeyd edək ki, rəsmi nikahı 26 yanvarda baş tutan Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevin qohumları Ağcabədi rayonunda yaşayır. Bu səbəbdən də cütlüyün oğlan toyu Ağcabədidə keçiriləcək.