Month: February 2020

  • Facebook и Messenger подверглись хакерской атаке

    Хакеры взломали два официальных аккаунта соцсети Facebook в сервисе микроблогов Twitter, сообщает издание “Политико” со ссылкой на официального представителя Twitter.

    В аккаунте Facebook и его приложении Messenger появился пост, который принадлежит группировке OurMine со словами: “Даже Facebook уязвим для кибератак, но по крайней мере их система безопасности лучше, чем у Twitter”. Сообщение сразу удалили. В компании признались, что ряд корпоративных аккаунтов подвергся хакерской атаке, но доступ к ним был восстановлен. В Twitter также подтвердили, что аккаунты Facebook были взломаны через стороннюю платформу.

  • “Facebook” və “Messenger” haker hücumuna məruz qaldı

    “Facebook” və “Messenger”in rəsmi “Twitter” və “İnstagram” hesabları haker hücumuna məruz qalıb.

    “Haber Global”ın məlumatına görə, hesabları ələ keçirən haker qrupu məqsədlərinin kibertəhlükəsizlik vəziyyətini göstərmək olduğu açıqlamasını verib.

    “OurMine” adlı haker qrupu paylaşımında “Facebook”un da hücuma məruz qala biləcəyini deyib.

    Artıq sosial media nəhənglərinin hesabları hakerlərdən geri alınıb.

  • “Sumqayıt” – “Zirə” oyununda dava düşüb

    Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Sumqayıt” – “Zirə” oyununda xoşagəlməz hadisə yaşanıb.

    Apasport.az saytının məlumatına görə, hazırda ilk hissəsi gedən qarşılaşmada dava düşüb.

    Matçın 36-cı dəqiqəsindən sonra meydanda mübarizədən çox futbolçular arasında mübahisə diqqət çəkib. İlkin Muradovun ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə razılaşmayan “Zirə”nin kapitanı Cavid Hüseynov baş hakim Orxan Məmmədova sərt şəkildə etirazını bildirib. Rəqibin hücumçusu Peyman Babayinin araya girməsinə qəzəblənən Hüseynov onun üzərinə şığıyıb. Davanın böyüməsinə digər futbolçular imkan verməyiblər. Ara sakitləşdikdən sonra referi hər iki futbolçunu, eyni zamanda “Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayevi sarı vərəqə ilə cəzalandırıb.

    Qeyd edək ki, hazırda oyunun birinci hissəsinin sonlarıdır və görüşdə bərabərlik var – 1:1.

  • Azərbaycanda ilk dəfə: Qadın şərhçi futbol matçını apardı

    Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.

    Median.Az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi də var. “CBC Sport”un şərhçisi olan Səmra Əliyeva hazırda 0:0 hesabı ilə davam edən matçın şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edir.

    Bu isə Azərbaycan idman tarixində bir ilkdir. İndiyədək heç bir vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.//oxu.az

  • Tailandlı silahlının qurbanlarının sayı 20-yə çatdı – YENİLƏNİB + VİDEO

    Tailandda hərbçinin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı artıq 20 nəfərə çatıb.

    “Reuters” xəbər verir ki, silahlı hələ də 16 nəfəri girov saxlayır.

    ***

    Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb.

    Median.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

    Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. “Bankok Post”un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

    Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

    Daha sonra şəhərdəki “Terminal 21” ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri “Facebook” hesabında canlı yayımlayıb.

  • Neftçalada yaşayış binası yanır – YENİLƏNİB + VİDEO

    Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur.

    Median.Az Trend-ə istinadən bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.

    ***

    Neftçalada güclü yanğın hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun mərkəzində baş verib. H. Əliyev prospektində yerləşən 40 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanma zamanı binanın dam örtü yanmağa başlayıb.

    Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürəni hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib.

    ***

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğınlar əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.

  • В Азербайджане будут выпускать новые марки автомобилей – ВИДЕО

    В Нахчыване будут выпускать новые машины марки FAW.

    По информации Naxçıvan Media, об этом было отмечено на мероприятии, посвященном 25-летию Союза коммерческих компаний Cahan Holdinq и 10-летию ООО “Нахчыванский автомобильный завод” (NAZ).

    В рамках мероприятия была представлена новая версия модели LIFAN X70.

  • Azərbaycanda yeni avtomobillər istehsal ediləcək – VİDEO

    “FAW” markalı yeni avtomobillər Naxçıvanda istehsal olunacaq.

    “Naxçıvan Media”nın məlumatına görə, bu barədə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 25 illiyi və “Naxçıvan Avtomobil Zavodu” MMC-nin yaranmasının 10 illiyi münasibətilə təşkil olunan tədbirdə bildirilib.

    Tədbir çərçivəsində zavodun yeni istehsalı olan LİFAN X70 modelinin təqdimatı keçirilib.

  • Fidan Qasımova ilə Nahidə Orucovanın övladlarının toyundan ilk görüntülər – ÖZƏL +FOTO/VİDEO

    Hazırda paytaxt restoranlarının birində Xalq artisti Fidan Qasımovanın oğlu Fərid və Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyisin toyudur.

    Oxu.Az xəbər verir ki, hər iki sənətçi məclislərinə çox az sayda incəsənət nümayəndəsi dəvət edib. Toyun aparıcılığı isə məşhur teleaparıcı Kamilə Babayevaya həvale edilib.

    Qeyd edək ki, mediaya qapalı keçən Fərid və Bilqeyisin nişanı avqust ayında baş tutmuşdu.

  • В Индии погибли более 10 человек от взрыва фейерверков

    Более 10 человек погибли в результате взрыва фейерверков во время религиозного шествия в округе Тарн-Таран на северо-западе Индии, есть раненые, сообщает Median.Az со ссылкой на РИА “Новости”.

    Несчастный случай произошел, когда искры от взрывавшихся во время шествия хлопушек попали на тележку с фейерверками.

    В полиции Пенджаба подтвердили факт аварии.

    “Во время шествия были взорваны петарды, из-за которых случайно взорвалась тележка. По словам очевидцев, 14-15 человек погибли на месте и 3 были госпитализированы в критическом состоянии”, – сказал представитель местной полиции Дхув Дхаран.

    По предварительным данным, ранения получили 11 человек.