Month: February 2020

  • Rusiyalı pilotlar kütləvi şəkildə Çin aviaşirkətindən qovulur

    Çin aviaşirkəti “Hainan Airlines” rusiyalı yüz pilotu işdən çıxaracaq.

    Bu barədə TASS agentliyi xəbər yayıb.

    Xəbərdə bildirilib ki, “Hainan Airlines” yüz, “China Southern Airlines” isə on nəfər rusiyalı pilotu işdən çıxarmağı planlaşdırır.

    Eyni zamanda aviaşirkətlərin digər ölkələrin pilotlarını da işdən çıxaracağı qeyd edilib.

    Bu vəziyyətin “Boeing 737 Max”ların nüfuzunun aşağı düşməsi ilə əlaqədar olduğu ehtimal edilir.

    “Hainan Airlines” bu modeldən olan 11, “China Southern Airlines” isə 24 təyyarənin uçuşlarını qadağan edib.

  • Mobil rabitə üzrə gəlirlər artıb

    Son 5 ildə abunəçilərin sayı 50% çoxalıb.

    Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə gəlirlər 30%, abunəçi bazası isə 50% artıb. 2013-cü ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17,4% artaraq 1150,6 milyon ABŞ dollarına çatıb. Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 64,6%-ni təşkil edir. Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir və bu, regionda 100 faizlik ilk nəticədir.

    Oxu.Az xəbər verir ki, bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, mobil rabitə sektorda dinamik inkişaf edən sahədir:

    “Ölkənin İKT sektorunda mobil rabitə həm gəlirlərdəki payına, həm da inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil rabitə sahəsində GSM standartında 3 mobil operator fəaliyyət göstərir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Bu da dünya orta göstəricisindən 14,3% çoxdur”. Ölkədə mobil genişzolaqlı internet bazarı da sürətli inkişaf mərhələsindədir. 2009-cu ildən “3G” texnologiyasının, 2012-ci ildən etibarən isə “4G” texnologiyasının tətbiqinə başlanılıb. 2013-cü ildə mobil abunəçilərin 41%-i həm də mobil geniszolaqlı internet istifadəçisi olub.

    Qeyd edək ki, 2013-cü ildə İKT sektorunda əldə olunmuş gəlirlərin 1 782,0 milyon dolları və ya 89,1%-i telekommunikasiya sektorunun payına düşür. 2013-cü ildə telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,6%-i mobil rabitə, 20,3%-i sabit şəbəkə, 7,2%-i isə internet sahəsi üzrə formalaşıb. Telekommunikasiya sektorunun inkişafının əsas hərəkətverici qüvvəsi rolunda mobil rabitə və internet xidmətləri çıxış edir.

    Belə ki, 2013-cü ildə real artım tempi internet bazarında 45%, mobil sektorda 17,4% olub”.

  • Pensiyalar artımlarla birgə ödənildi – RƏSMİ

    “Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib:

    “Vətəndaşlar artıq pensiyalarını ala bilərlər. Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək”.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.

  • В парламентских выборах в Азербайджане примут участие 1 314 кандидатов в депутаты

    В выборах в Милли Меджлис (парламент) Азербайджана примут участие 1 тыс. 314 кандидатов в депутаты.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил на пресс-конференции председатель ЦИК Азербайджана Мазахир Панахов.

    По его словам, 246 из зарегистрированных кандидатов в депутаты выдвинуты партиями, 11 – инициативными группами, а 1 тыс. 57 являются самовыдвиженцами.

    Глава ЦИК сообщил, что 79% зарегистрированных кандидатов в депутаты составляют мужчины, 21% – женщины.

  • Sabah neçə namizəd mübarizə aparacaq?

    Milli Məclisə seçkilərlə əlaqədar 1314 deputatlığa namizəd mübarizə aparacaq.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, qeydə alınan namizədlərdən 246 nəfəri partiya xətti ilə, 1057 nəfəri öz təşəbbüsü ilə, 11 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

    Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.

  • Обнародовано число избирателей на парламентских выборах в Азербайджане

    Обнародовано число избирателей на внеочередных выборах в Милли Меджлис Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на сегодняшней пресс-конференции председатель Центральной избирательной комиссии (ЦИК) Азербайджана Мазахир Панахов заявил, что согласно уточненным спискам, правом голоса на выборах смогут воспользоваться 5 млн 329 тыс. 460 человек.

    Внеочередные парламентские выборы состоятся в республике 9 февраля.

  • Azərbaycanda seçicilərin sayı açıqlandı

    Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

    Qeyd edək ki, fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
    /oxu.az/

  • Azərbaycandan ABŞ-a göndərilən xurmanın içindən narkotik çıxdı

    Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.

    Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar “unikal” gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Документы по факту вырубки деревьев в Исмаиллы направлены в прокуратуру – ВИДЕО

    В прокуратуру Исмаиллинского района Азербайджана поступили материалы в связи с незаконной вырубкой деревьев.

    Как сообщает Министерство экологии и природных ресурсов, сотрудники регионального управления экологии и природных ресурсов ведомства установили, что на улице М.Оруджева в городе Исмаиллы неизвестные незаконно вырубили 12 деревьев.

    В ходе расследования было установлено, что деревья вырублены по указанию собственника указанной территории, местного жителя Назима Багиева.

    По факту был составлен протокол.

    Ведомство оценило нанесенный природе ущерб в 7 800 манатов.

    Для дачи правовой оценки и принятия в отношении Н.Багиева мер в рамках закона собранные по делу документы направлены в Прокуратуру Исмаиллинского района.

    Накануне Oxu.Az сообщил о незаконной вырубке деревьев в Исмаиллы.

  • İsmayıllıda ağacları kəsən şəxsin kimliyi bilindi – VİDEO

    İsmayıllı rayonunda irigövdəli ağacları kəsən şəxs müəyyən olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Orucov, 124 ünvanında 12 ağacın kəsildiyi aşkar edilib.

    Araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi – İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. Təbiətə 7800 manat məbləğində ziyan dəydiyi bildirilir.

    Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.

    Qeyd edək ki, dünən Oxu.Az İnformasiya Agentliyi İsmayıllıda ağacların kəsilməsi ilə bağlı xəbər verib.