Month: February 2020

  • Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək – RƏSMİ

    Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

    APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

    MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir:

    “Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

    Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F.Quliyevlə danışığının səs yazısını yayıb.

    Səs yazısında F.Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F.Quliyev isə sonradan məsələyə münasibət bildirərək, həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

  • Saxta pula görə saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi

    Rusiyanın Stavropol vilayətində saxta pulla alış-veriş edən azərbaycanlı saxlanılıb.

    Stv24.tv-nin xəbərinə görə, Azərbaycan vətəndaşı saxta puldan istifadə edib.

    Qanunu pozan həmin şəxs istintaqa cəlb edilən zaman polislərə 40 000 rubl (1,076 AZN) məbləğində rüşvət təklif edib.

    Buna görə o, iki maddə ilə (“Dələduzluq” və “Vəzifəli şəxsə rüşvət təklif etmə”) mühakimə olunacaq.

  • Ильхам Алиев наградил Мевлюта Чавушоглу орденом “Достлуг”

    5 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении министра иностранных дел Турецкой Республики Мевлюта Чавушоглу орденом “Достлуг”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, глава турецкого внешнеполитического ведомства удостоен награды за особые заслуги в деле укрепления дружбы и взаимного сотрудничества между Азербайджаном и Турцией.

  • İlham Əliyev Mövlud Çavuşoğluna orden verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib.

  • Анонимка об убийстве 10-летней Нармин передана следствию – АУДИО

    Распространенная в YouTube аудиозапись, связанная с убийством 10-летней жительницы села Дондар Гушчу Товузского района Нармин Гулиевой, передана следственно-оперативной группе.

    Об этом заявил глава пресс-службы Генеральной прокуратуры Азербайджана Эльдар Султанов.

    Отметим, что в Сети распространена анонимная аудиозапись, в которой мужчина говорит о том, что в убийстве девочки виноват не 47-летний Илькин Сулейманов, задержанный по факту, а его односельчанин.

    Аноним отмечает, что 80% жителей села знают об этом, но молчат, потому что боятся возмездия. По его словам, брат и зять А.А. служат в органах внутренних дел и занимают высокие должности.

    Аноним также заявил, что А.А. похитил девочку, когда она направлялась к своей бабушке. Убийца держал жертву в подвале пустого дома, где позднее якобы были обнаружены следы крови убитой. Он утверждает, что похититель изнасиловал девочку.

    Далее источник называет конкретные имена жителей села, которые стали свидетелями того, как А.А. поджег тело убитой Нармин.

    В Генпрокуратуре пока никак не комментируют данную информацию, отметив, что аудиозапись должна быть исследована.

    Напомним, что Нармин Гулиева была похищена 21 ноября прошлого года во время свадебного торжества, которое отмечали соседи. 6 января она была найдена убитой и сожженной недалеко от дома, в котором проживала. И.Сулейманов первым сообщил соседям и полиции об обнаружении тела девочки.

    И.Сулейманову инкриминируются две статьи 120.2 (Умышленное убийство) и 145 (Незаконное лишение свободы) Уголовного кодекса АР.

  • 10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib – AUDİO

    Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

    Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

    Qeyd edək ki, internetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir.

    Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

    Anonim müəllif qızın nənəsigilə gedəndə A.A. tərəfindən qaçırıldığını və qurbanı boş bir evin zirzəmisində saxlanıldığını deyib. Onun iddiasına görə, sonradan həmin yerdə qızın qan izlərinə rast gəlinib. O, həmçinin oğurlanan qıza təcavüz edildiyini iddia edir.

    Daha sonra mənbə qətlə yetirilən Nərminin cəsədinin A.A. tərəfindən yandırdığına şahid olan kəndlilərin olduğunu deyir və onların konkret adlarını çəkir.

    Baş Prokurorluq səs yazısının araşdırılmalı olduğunu bildirərək, bu məlumatı hələ şərh etməyib.

    Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

    İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

  • В Баку по подозрению в попытке изнасилования задержан мужчина

    Задержан подозреваемый в попытке изнасилования малолетней девочки в поселке Бина Хазарского района Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил начальник пресс-службы Главного управления полиции города Баку Эльшад Гаджиев.

    “В отношении задержанного Ф.Гусейнова (1990 г.р.) в следственном отделе Хазарского РУП возбуждено уголовное дело по статье 153.2 (Развратные действия, совершенные в отношении лица, не достигшего 14-летнего возраста) УК АР.

    Следствие продолжается”, – сказал он.

  • Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs tutuldu

    “Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib”.

    Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsində cinayət işi başlanılıb:

    “Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

  • “Азеригаз” обозначил планы по газификации в 2020 году

    В 2020 году на мероприятия по газификации Государственной нефтяной компании Азербайджана (SOCAR) из госбюджета планируется выделить 130 млн манатов.

    Об этом говорится в пресс-релизе Производственного объединения “Азеригаз” SOCAR.

    За счет этих средств будут газифицированы многие населенные пункты как регионах, так и столице страны. Список находится на стадии согласования.

    При этом в “Азеригаз” отмечают, что в 2020 году в программу газификации будут включены более 80 сел и 40 жилмассивов в 51 городе и районе страны.

    “Голубое топливо” получит городок для вынужденных переселенцев в Саатлинском районе Азербайджана. Здесь проживает 101 семья. На этом газификация населенных пунктов такого рода завершится”, – говорится в сообщении ПО.

    Кроме того, запланирована подача газа 34 новых жилмассивов на территориях вокруг Баку. В список входят 16 населенных жилых пунктов, где первый этап газификации завершен. В пяти проводятся заключительные работы.

    В целом в текущем году предусмотрена 100-процентная газификация новых жилмассивов столицы.

    В ПО “Азеригаз” отмечают: 2019 год был успешным. В регионах республики были газифицированы 92 жилых пункта. В Баку начался и продолжается первый этап газификации 22 жилмассивов.

    Уровень газификации по стране достиг 96%.

    При этом число абонентов увеличилось еще на 100 тыс. – до 2 млн 300 тыс.

  • Bu il hansı şəhər və rayonlar qazlaşdırılacaq? – RƏSMİ

    2020-ci ildə Azərbaycanda qazlaşma işlərinin həyata keçirilməsi üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

    Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, bu vəsait hesabına indiyə qədər qaz almayan bir çox yaşayış məntəqələri (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq:

    “Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır. İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq. Eyni zamanda Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq. Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Bura ötən il icrasına başlanılan qazlaşmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir. Hazırda onlardan beşində son tamamlanma işləri aparılır. Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100 % qazlaşdırılması nəzərdə tutulub”.

    Qeyd edilib ki, 2019-cu il “Azəriqaz” İB üçün uğurlu il olub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 %-ə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.