Month: February 2020

  • Bill Qeyts koronavirusla mübarizəyə vəsait ayırdı

    “Microsoft” şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melindaya məxsus “Bill & Melinda Gates Foundation” xeyriyyə fondu koronavirusa qarşı mübarizə tədbirləri üçün tezliklə 100 milyon ABŞ dolları ayıracaq.

    “Report” fondun saytına istinadən xəbər verir ki, məbləğin 20 milyonu koronavirusa yoluxanları daha tez müəyyənləşdirməyə və onların müalicəsinə sərf olunacaq.

    Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-dakı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri kimi aidiyyəti qurumlara, Çinin və təsdiqlənmiş yoluxma hallarının qeydə alındığı başqa ölkələrin səhiyyə idarələrinə də vəsait göndəriləcəyi bildirilir.

  • Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

    Daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək.

    DİN-dən “Report”a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

    Əmrə əsasən, Milli Məclisə növbədənkənar seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevralın 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

    Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar olaraq, ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək.

    Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

  • Зульфия Ханбабаева презентовала клип со звездой проекта “Голос. Украина” Джавидом Мамедовым – ФОТО/ВИДЕО

    На днях в творческой биографии Народной артистки Азербайджана Зульфии Ханбабаевой одним дуэтом стало больше. Известная певица записала песню, а затем и снялась в клипе с молодым певцом Джавидом Мамедовым. Тем самым Джавидом, который пару лет назад громко прозвучал в седьмом сезоне популярного телепроекта “Голос”.

    Новый проект Зульфии Ханбабаевой и Джавида Мамедова İstərdim имеет очень интересную историю создания. Как рассказала сама певица, эту песню впервые она услышала в исполнении самого Джавида на одном из мероприятий. И песня так понравилась ей, что она захотела ее исполнить. Выяснилось, что автор – сам Джавид, ему принадлежат и слова, и музыка. Джавид был безмерно рад, что его детище вызвало интерес звезды, и уже готов был отдать ей композицию, но Зульфия ханум предложила:

    – А может, исполним ее дуэтом?

    Сама певица говорит, что как только услышала эту песню, сразу же представила себе ее как клип, поэтому съемка видео не заставила себя долго ждать…

    В итоге получился красивый клип и трогательный дуэт – об этом пишут в комментариях пользователи соцсетей – история о невозможности счастья двух любящих сердец. Автор видео – молодой режиссер Делее Оруджлу (Delee Oruclu), продюсер – Нигяр Гаджизаде. Над проектом работали также известный композитор Исмаил Асадов и аранжировщик Самир Султанов.

  • Zülfiyyə Xanbabayevanın anons etdiyi dueti üzə çıxdı – VİDEO

    Xalq artisti Zülfiyyə Xanbabayeva yeni layihəsini təqdim edib.

    Median.Az xəbər verir ki, sənətçi Ukraynanın məşhur “Səs” yarışmasında çıxış edib, finala gədər yüksələn Cavid Məmmədovla duet ifa edərək, bəstəni ekranlaşdırıb.

    “İstərdim” adlı həzin mahnının sözləri və musiqisi Cavidin özünə məxsusdur.

    Ekran işində iki gəncin böyük məhəbbətindən bəhs edilir. Klip boyunca gənc oğlan qazet və jurnalları qayçı ilə kəsib, onları molbertin üzərinə yapışdırır. Klipin sonunda isə molbertin üzərində gənc oğlanın sevgilisinin əksi canlanır. Sevgi cütlüyü rolunda Neo Mahmud və Yunaya Babayeva çıxış edib.

    Ekran işinin rejissorluğunu isə Delee Oruclu edib.

    Klip Cavid Məmmədovun 68 minlik rəsmi “Youtube” səhifəsində bir neçə saat öncə yayımlanıb.

    Nadir hallarda duet oxuyan estradamızın superstarı Zülfiyyə Xanbabayeva həzin bəstə ilə daha bir hitə imza atıb.

    Xatırladaq ki, ötən ilin sonlarında Z.Xanabayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində bu gün təqdim etdiyi layihə haqqında danışmışdı:

    “Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə “çox sağ ol” deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur”.//oxu.az

  • Göygöldə 44 yaşlı kişi döyüldü, sonra bıçaqlandı

    Göygöldə yerli sakin mübahisə zəminində döyülüb.

    “Report”un məlumatına görə, rayon sakini, 44 yaşlı Asif Abdıyevlə həmyerlisi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə əlbəyağa dava ilə nəticələnib və ona müxtəlif bədən xəsarətləri yetirilib. Sonra onunla dalaşan kişinin oğlu da mübahisəyə qoşulub və bıçaqla A.Abdıyevin kürəyindən bıçaqlayıb. Xəsarət alan A.Abdıyev xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağciyər İnstitutunda qeydə alınan ölümlərin statistikası – RƏSMİ

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) ötən il ərzində 114 ölüm faktı qeydə alınıb.

    Son günlər Ağciyər İnstitutunda ard-arda bir neçə ölüm halları baş veib.

    Qeyd edək ki, bütün bunlara baxmayaraq, ET ACXİ-da ötən dörd il ilə müqayisədə cari il üçün qeydə alınan ölüm hallarında azalma müşahidə edilir.

    Belə ki, ET ACXİ-da 2016 ildə 134, 2017-ci ildə 103, 2018-ci ildə 102, 2019-cu ildə 114 ölüm halı baş verib.

    Cari ilin yanvar ayında qeydə alınan ölüm halları isə ötən dörd ilin müvafiq dövrü ilə müqayisədə artıb.

    Belə ki, 2016-ci ilin yanvar ayı ərzində 14, 2017-ci ilin yanvar ayı ərzində 14, 2018-ci ilin yanvar ayı ərzində 11, 2019-cu ilin yanvar ayı ərzində 6 ölüm faktı qeydə alındığı halda, cari ilin yanvar ayı üçün bu rəqəm 19 olub.

  • Azərbaycanda ağır qəza – “İnfiniti” “07”yə çırpıldı

    Gəncə şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “İnfiniti” markalı avtomobil “VAZ-2107” markalı avtomaşına çırpılıb.

    Hadisə nəticəsində “VAZ” avtomobilini idarə edən Vüqar adlı sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncədə yerləşən özəl xəstəxanalardan birinə çatdırılıb.

    İlkin məlumata görə qəzaya səbəb işıqforun gözlənilməməsi olub. Faktla bağlı araşdırma aparılır

  • Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarından XƏBƏR VAR

    “Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.

    O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.

    “Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq”, – deyə E. Tanrıverdiyev vurğulayıb.

    Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.

    Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

  • Naxçıvanda bu işçilərin maaşları artırılıb

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılır.

  • Ученые изобрели 3D-принтер для печати биокожи

    В университете Торонто ученые Канады изобрели ручной принтер, который может напечатать кожу.

    Изобретение должно помочь в работе клиник, лечащих пациентов с ожогами, передает «Ридус».

    Авторы исследования сообщили: “Как правило, при ожогах человеку нужна экстренная пересадка кожи, счет идет на часы, а донорского материала может не быть в больнице. Тогда небольшой принтер для печати кожи будет очень кстати”.

    В больницах при тяжелых ожогах на поврежденный участок необходима пересадка кожи с другого участка или от донора, однако есть опасность, что кожа донора не приживется. Также не всегда возможна пересадка кожи с другого участка тела.

    Принтер для печати кожи пока предлагается в виде экспериментального оборудования. Кожа из принтера будет искусственной, она будет печататься из биочернил и содержать стволовые клетки.

    Тестирование принтера ученые пока провели на свиной коже с ожогами как внешних, так и внутренних слоев.