Month: February 2020

  • Dəm qazından zəhərlənmələrin qarşısını necə alaq?

    Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə nasaz qaz cihazlarının istismarı zamanı və ya tüstü bacalarının normal işləmədiyi hallarda dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

    Dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün nə etmək lazımdır? Bu təhlükədən qorunmaq üçün hansı tədbirlərin görülməsi vacibdir?

    Oxu.Az-ın bu və digər suallarını Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev cavablandırıb.

    Onun sözlərinə görə, dəm qazından zəhərlənmənin bir neçə əsas səbəbi var:

    “Dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlamazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılmalı, yalnız bundan sonra cihaz istismar edilməlidir.

    Əsasən yol verilən səhvlər bunlardır:

    – standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

    -suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, bu zaman duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir;

    – yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;

    – tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

    – sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

    – sobada və borularda çatların və nasazlıqların olması.

    Dəm qazından zəhərlənmə halı həm də yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda da baş verə bilər. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

    Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Məhz bu səbəbdən də zəhərlənmə sezdirilmədən və tez bir zamanda baş verir, xilas üçün atılacaq hər hansı bir addıma zaman qalmır. Qapalı şəraitdə daha da təhlükəli olur”.

    Elnur Babayev bildirib ki, quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir:

    “Belə ki, nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən ən azı 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

    Tüstü bacası normal işləmədikdə, təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki, əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə selsiyə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir”.

    Şöbə rəisi onu da əlavə edib ki, dəm qazı ilə zəhərlənən insan əksər hallarda öz-özünə kömək edə bilmir:

    “Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

    Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

    – Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!

    – Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!

    – Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!

    – Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!

    – Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!

    – Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!

    – Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!

    – Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir!

    – Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!

    – İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!

    – Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və s. suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər!”

  • Polis iki nəfərdən 7 kiloqramdan çox narkotik vasitə aşkarlayıb

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları qanunsuz dövriyyədən 7 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarıb.

    DİN-in mətbuat xidmətinin məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

    Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram narkotik vasitə olan marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram narkotik vasitə heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 27 qram olan 180 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Preqabalin” həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, yəni 1 kiloqram 45 qram ola narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

    Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəli seçilib əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib

    Bakıda uşağın qida borusunda qəpik qalıb.

    Bu barədə jurnalist Səxavət Qurbanov “Facebook” səhifəsində məlumat paylaşıb. O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar.

    S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat istəyib:

    “Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir “450 azn ödəyəcəksinizsə, uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm, “həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyir ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq”.

    Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır.

  • Azərbaycanda uşaq bağçasında YANĞIN

    Ağdaş rayonunda ümumi sahəsi 1680 kv.m olan uşaq bağçasında yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bağçanın yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində, şaxtada 1 ədəd elektrik lövhəsi və 1,5 p.m elektrik kabeli yanıb.

    Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edən azərbaycanlıya 14 il həbs

    Rusiya Cənub Hərbi Dairə Məhkəməsi Anar Məmmədovu (1987-ci ildə Gürcüstanda doğulub, Rusiyanın Stavropol vilayətinin Yessentukskaya kəndində yaşayıb) öz dostlarını İŞİD terror təşkilatına cəlb etməkdə və saxta sənədlər hazırlamaqda təqsirli bilərək, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum edib.

    Kommersant.ru xəbər verir ki, istintaqın qənaətinə görə, Anar Məmmədov İŞİD terror təşkilatının ideologiyasının davamçılarından olub. O, Çerkesk və Stavropol şəhərinin sakinlərini terrorçulara qoşulmağa çağırıb. Məhkəmə prosesində məlum olub ki, Anar Məmmədov İslam dinini qəbul edən və Çerkeskdə yaşayan rus dostunun yanına gələrək Suriyada müsəlmanların maraqları naminə döyüşən silahlılara kömək etməyini istəyib.

    A.Məmmədov 2018-ci ilin may ayında Qaraçay-Çerkesiya respublikasının və Stavropol vilayətinin sərhədini tərk etmək istəyərkən yol polisi postunda saxlanılıb. Təqdim etdiyi pasport və Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi polisləri sənədlərin düzgünlüyü barədə şübhəyə salıb. Sonradan sənədlərin saxta olduğu ortaya çıxsa da, Anar Məmmədov Nalçik şəhərində, başqasının adından istifadə edərək, Rusiyada müvəqqəti yaşayış icazəsi alıb və bank hesabı açıb.

    Qeyd edək ki, Anar Məmmədov 2013-cü ildə tanışına qəsdən ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinərək bir il həbs cəzasına məhkum edilib.

  • Генпрокуратура о новой информации в связи с убийством Нармин

    В последние дни в социальных сетях и отдельных информационных ресурсах распространяется различная анонимная информация об убийстве ребенка в Товузском районе.

    Об этом говорится в заявлении Генпрокуратуры Азербайджана, поступившем в редакцию Oxu.Az.

    Согсласно сообщению, по указанному факту в следственном управлении по тяжким преступлениям Генпрокуратуры продолжается всестороннее и объективное расследование и распространившаяся информация будет изучена, а также обеспечено ее расследование.

    Следственно-оперативная группа просит людей, обладающих информацией об этом убийстве, позвонить по телефонам +99412 440 75 25 и +99412 440 79 25.

    При этом полностью гарантируется анонимность и безопасность обратившихся людей.

    Кроме того, Генпрокуратура рекомендует СМИ не распространять информацию, которая может считаться конфиденциальной и противоречащей интересам следствия без уточнения с пресс-службами соответствующих госструктур.

    Общественность будет дополнительно проинформирована о ходе следствия.

    Напомним, по факту убийства жительницы села Дондар Гушчу Товузского района Нармин Шариф гызы Гулиевой 2010 года рождения, которая 21 ноября 2019 года пропала в селе Дондар Гушчу Товузского района, следственным отделом по тяжким преступлениям Генпрокуратуры было возбуждено уголовное дело по статье 120.2.9 (Умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии) УК АР.

  • Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı yayılan yeni informasiyalar barədə AÇIQLAMA

    Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.

    İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.

    Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

    Kütləvi İnformasiya Vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

    İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

    Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

    İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

  • “Bazarstore” müştərilərini aldadır? – VİDEO

    Sosial şəbəkədə “Bazarstore” marketlər şəbəkəsinin halal adı ilə müştərilərə təqdim etdiyi məhsul barədə şikayət paylaşılıb.

    Şikayətdə qeyd olunub ki, “Tərkibində donuz əti olan məhsulu “Halal” etiketi ilə satırlar. İradımı “whatsapp” vasitəsi ilə bildirdikdə isə, yanındakı Azərbaycan bayrağını işarə edərək, yerli məhsul olması barədə məlumatdır dedilər. Görəsən, donuz əti hansı dində halaldır?”

    Şəkil “Bazarstore” mağazalar şəbəkəsinin qiymət kataloqunda yer alıb. Yerli istehsalı olmayan bir şirkətin istehsal etdiyi sosiskanın tərkibində donuz əti olsa da, üzərinə halal olduğunu bildirən nişan yerləşdirilib.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yaşanan mənzərə istehsalçı tərəfindən istehlakçının aldadılmasıdır.

    “Mən müştərinin göndərdiyi şəklə fikir verdim, istehsalçı özü yazır ki, bunun tərkibində donuz piyi var. Üstünə də halal logosu qoyub, bu, əlbəttə ki, absurddur. Halal standartlarında belə hal mümkün deyil. Bu istehlakçının aldadılmasıdır, yolverilməzdir. Düşünürəm ki, AQTA bunula ciddi məşğul olmalıdır. Onu da qeyd edim ki, əhali bilməlidir ki, donuz əti olmadan da kolbasa hazırlamaq mümkündür” – deyə E.Hüseynov bildirib.

    Məsələ ilə bağlı “Bazarstore” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günay Novruzqızı bildirdi ki, yaşanan neqativ hal aradan qaldırılıb və bununla bağlı vətəndaşdan üzr istənilib:

    “Biz müştəriyə izah etdik ki, o, çap xətasıdır. Məsələ ilə bağlı müştəridən üzr istədik”.

    Azərbaycanda 6 il öncə halal standart qəbul olunub və demək olar ki, bu standart bütün dünya təcrübəsini özündə ehtiva edir.

  • Вилаят Эйвазов произвел еще одно назначение

    В органах внутренних дел Азербайджана произведено новое назначение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, майор полиции Джавидан Ализаде назначен руководителем следственного отдела Управления полиции города Лянкаран.

    Отметим, что ранее Д.Ализаде работал старшим следователем в Управлении полиции Сабунчинского района.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Cavidan Əlizadə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib.

    Qeyd edək ki, C. Əlizadə bundan əvvəl Sabunçu rayon polis idarəsinin baş müstəntiqi vəzifəsində işləyib.