Month: February 2020

  • İtaliyada virusa yoluxanların sayı sürətlə artır

    İtaliyada koronavirusa yoluxma halı sürətlə artır.

    Ölkədə Covid-19-a yoluxanların sayı 400 nəfərə çatıb. Bu barədə İtaliyanın Vətəndaş Müdafiəsi Departamentinin rəhbəri Ancelo Borreli bildirib. Virusa yoluxanların əksəriyyəti Lombardiya əyalətindədir.

    Qeyd edək ki, ötən gün İtaliyada yoluxma halı 300 nəfərdə qeydə alınmışdı.

  • Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı

    Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən milli.az-a verilən məlumata görə, belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən mənzilin qarajında aksiz markası olmayan siqaretlərinsaxlanılmasına və həmin ərazidən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Tucson” markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub.

    Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilkdə 176 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

    Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

    Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

    Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərəcək.

    Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib.

    Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməyib və narahatlıq üçün heç bir əsas yoxdur.

  • AQTA koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi – FOTO

    Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

    AQTA-dan Oxu.Az-a verilən məlumata görə, Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.

    Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir və tam hazır vəziyyətdə öz fəaliyyətini davam etdirir.

    Laboratoriyalar COVID-19 koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub. Eyni zamanda, müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub.

    Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilib. Xəstəliyə hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə Respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər.
    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə epidemioloji və epizootik sabitliyin qorunması üçün bütün zəruri avadanlıq, vasitə və peşəkar kadrlarla təmin olunub.

    Ümumdünya Səhiyyə Təşkilatının eksperti və ABŞ Milli Səhiyyə İnstitutunun virusoloq-həkimi də laboratoriyaıarda aparılan müayinələrlə tanış olub və qiymətləndirmə apararkən burada yaradılan şəraiti yüksək dəyərləndirib, müayinələrin yüksək keyfiyyətlə, bütün biotəhlükəsizlik qaydalarına riayət edilərək aparıldığını vurğulayıblar.

    Agentlik vətəndaşları xəstəliklərdən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırır.

  • Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

    Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

    Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

  • Azərbaycan vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 90 günədək uzadılacaq

    Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq.

    Median.Az HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

    O xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.

    “İki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq. Bununla da qarşılıqlı səfərlər asanlaşacaq”, – deyə səfir qeyd edib.

  • “Baron Şəmi”nin qətlində şübhəli bilinən bir nəfər tutulub – TƏFƏRRÜAT

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yardımlada törədilən qətllə bağlı məlumat yayıb.

    Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.

    İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirib. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

    Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

    Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Qeyd edək ki, qətlə yetirilən Ş. Kərimov kriminal aləmdə “Baron Şəmi” ləqəbi ilə tanınan narkobarondur.

  • İşıqforların dayanması qəzalara səbəb olubmu? – RƏSMİ

    Paytaxtın bəzi rayonlarında işıqforların fəaliyyəti dayanıb.

    Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O bildirib ki, Bakıda işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:

    “Məndə olan məlumata görə, paytaxt ərazisində elektrik enerjisində yaranan müvəqqəti fasilə səbəbindən işıqforların fəaliyyətində də problem yaranıb. Lakin bu, nəqliyyatın hərəkətinə ciddi təsir göstərməyib.

    İşıqforlarla nizamlanan yolayrıclarında sürücülər və piyadalar özlərini çaşdırmasınlar. Onlar həmin yolayrıclarında qoyulan müvafiq yol hərəkəti nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər.

    İşıqforlarla bağlı problem yalnız bir neçə rayon ərazisində müşahidə edilib. Hazırda yaranan problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər keçirilir.

    Əməkdaşlarımız ərazilərdə nizamlayıcı xidmət apararaq vəziyyətə nəzarət edir. Bu dəqiqə üçün işıqforların fəaliyyəti dayanan ərazilərdə heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

  • Скандал в Астаринской больнице: прибывшие из Ирана ждут больше суток – ВИДЕО

    Растет напряженность между прибывшими из Ирана гражданами и врачами Центральной больницы Астаринского района.

    В распоряжении Oxu.Az оказались видеокадры инцидента.

    Прибывшие из Ирана утверждают, что их держат в антисанитарных условиях в больнице с утра (10:00) 26 февраля.

    Граждан не информируют о происходящем, и они не знают, когда их направят на обследование.

    Oxu.Az направил запрос в Объединение по управлению территориальными медицинскими подразделениями (TƏBİB) в связи с инцидентом, однако никто из представителей структуры так и не прокомментировал происходящее.

  • Astara xəstəxanasında qalmaqal: İrandan gələnlər bir gündür gözlədilir – VİDEO

    Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlılarla həkimlər arasında gərginlik yaşanıb.

    Məsələni əks etdirən görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

    İrandan qayıdan vətəndaşlar dünən saat 10-dan xəstəxanada antisanitar şəraitdə saxlanıldıqlarını iddia edirlər:

    “Siz bizi burada nə üçün saxlayırsınız? Əgər bizdə ciddi xəstəlik varsa, bu xəstəxanada bizi nə müayinə edə bilərlər, nə də müalicə. Həkimlər bizə məlumat verməlidir, amma heç kim heç nə demir. Deyirlər, oturun, gözləyin. Bizi dünən saat 10-dan xəstəxanaya yerləşdiriblər”.

    Qeyd edək ki, vətəndaşlarla tibb işçiləri arasında yaşanan gərginliyin səbəbi onlara heç kimin məlumat verməməsi və antisanitar şəraitdə saxlanılmalarıdır.

    Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət etdik. Lakin qurumdan məsələyə münasibət bildirən olmayıb.