Month: February 2020

  • Министр внутренних дел назначил нового начальника управления

    В МВД произошло очередное кадровое изменение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, полковник полиции Сардар Сафаров назначен начальником Управления общественной безопасности Главного управления полиции города Баку (ГУПГБ).

    Ранее эту должность занимал полковник полиции Нурулла Мамедханлы, который приказом главы МВД стал заместителем начальника ГУПГБ.

    Отметим, что до назначения С.Сардаров работал на посту замначальника управления общественной безопасности столичной полиции.

  • Daxili İşlər naziri yeni rəis təyin etdi

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis-polkovniki Sərdar Səfərov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, daha əvvəl bu vəzifəni polis polkovniki Nurullah Məmmədxanlı yerinə yetirib.

    O, nazirin əmri ilə BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib.

    S.Sərdarov isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

  • Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyin edilib.

    O, bundan əvvəl BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl V.Eyvazov əmrinə əsasən, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

    BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

  • Koronavirusdan ölənlərin sayı 521-ə yüksəldi

    Koronavirus səbəbindən ölənlərin sayı 521 nəfərə çatıb.

    DHA-nın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının İstanbuldakı Baş konsulu Cui Vey danışıb:

    “17 min 335 nəfərdə koronavirus şübhəsi var. Xəstəxanalardan evə buraxılanların sayı isə 21 558 nəfərdir”.

  • Bu şagirdlər buraxılış imtahanlarından azad edilib – SİYAHI

    Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb. 

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.  

    Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM qəbul edib.

    Siyahı ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.  

  • Опубликовано фото трагически погибшего в Баку полицейского

    Стала известна личность полицейского, погибшего в результате ДТП на проспекте Гейдара Алиева в Баку.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, погибший Натиг Магеррамов служил в Отдельном полку полиции быстрого реагирования.

    Сообщается, что водитель автомобиля Prado не справился с управлением и сбил несшего службу сотрудника полиции.

    Натиг Магеррамов был родом из Нефтчалинского района Азербайджана.

    По данному факту проводится расследование.


  • Bakıda faciəli şəkildə ölən polisin FOTOSU

    Bu gün səhər saatlarında Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən polisin kimliyi məlum olub.

    Bu, Əlahiddə Çevik Polis Alayının əməkdaşı Natiq Məhərrəmovdur.

    Bildirilir ki, “Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı N.Məhərrəmovu vurub.

    O, Neftçala rayon sakinidir.

    Faktla bağlı araşdırma davam etdirilir.
    /oxu.az/


  • Azərbaycanda həkimin yaralandığı dəhşətli qəzanın görüntüləri – VİDEO

    Dünən İsmayıllı rayonunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

    Görüntülər qəzada iştirak edən avtomobillərdən birində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.

    Videoda 99-NH-588 dövlət nömrə nişanlı avtomobilin Cülyan kəndinin yoluna döndüyü zaman “Kamaz”dan çıxan tüstünün yolu tamamilə görünməz etdiyi aydın görünür. Qarşıdan gələn “VAZ 21015” markalı avtomobil də yolu görməyib və dəhşətli qəza baş verib.

    Qeyd edək ki, hadisə dünən saat 10 radələrində Cülyan kəndinə gedən yolda qeydə alınıb. Qəza zamanı iki avtomobil toqquşub. Belə ki, “VAZ 21015” markalı avtomobil 99-NH-588 dövlət nömrə nişanlı digər maşınla toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü ağır xəsarət alıb.

    Hadisə zamanı xəsarət alan Şirinov Roman Qəbələ şəhər xəstəxanasında həkim işləyir.
    /oxu.az/

  • Bakıda azyaşlı qıza təcavüz edildi – MƏHKƏMƏ

    Ali Məhkəmədə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən V.İ.-nin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, onun şikayəti təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İ. 12 il müddətinə azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, V.İ. öz cinsi ehtirasını təmin etmək məqsədilə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif vaxtlarda günorta saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazində yerləşən mənzilin otağında 2010-cu il təvəllüdlü F.F-nı (ad, soy ad şərti) iradəsinə zidd olaraq, köməksiz vəziyyətindən istifadə edərək, onu divanın üstündə uzadıb, paltarını soyundurub.

    O, bu barədə kiməsə məlumat verəcəyi təqdirdə azyaşlıya zor tətbiq edəcəyi ilə hədələyib, onun bədənini yalayaraq, öz cinsiyyət orqanını bədəninin müxtəlif yerlərinə sürtüb.

    Azyaşlı qızın valideynləri bu barədə bildikdən sonra polisə müraciət edib.

  • Koronavirusa görə uşağını qucaqlaya bilməyən atanın ürək dağlayan görüntüləri – VİDEO

    Koronavirusa yoluxmuş uşaq atasının qucağına getmək istəyir. Övladının bu istəyini yerinə yetirə bilməyən ata isə göz yaşlarına hakim ola bilmir.

    “Haberler”in məlumatına görə, ürək dağlayan kadrlar koronavirus epidemiyasının əsarət altına aldığı Çindədir.

    Qeyd edək ki, dünyada koronavirusa yoluxan ən balaca xəstənin artıq sağalmaq üzrə olduğu vurğulanıb.