Month: February 2020

  • Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi – FOTO

    Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirib.

    EGNS-in xəbərinə görə, hadisə Xeylunçzyan əyalətinin Xarbin şəhərində baş verib.

    Hamiləliyinin 38-ci həftəsində olan, koronavirusa yoluxaraq vəziyyəti pisləşən qadına həkimlər keysəriyyə əməliyyatı məsləhət görüblər.

    Əməliyyat nəticəsində 3,05 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

    Həkimlər onun sağlamlığını Apqar şkalasına uyğun ən yüksək – 10 balla qiymətləndiriblər.

    Yeni doğulmuş körpədən iki dəfə alınan analizlərin nəticəsinə görə, uşaqda koronavirus aşkar edilməyib.

    Hazırda ana və körpəsi təcrid olunmuş palatada həkim nəzarətindədirlər.

    Həkimlərin bildirdiyinə görə, ananın vəziyyəti yaxşılaşır.

  • Tibb bacısı yeni doğulmuşlara narkotik verdi

    Almaniyanın Ulm şəhərində xəstəxanada olan beş yeni doğulmuş körpə tənəffüs darlığı səbəbi ilə reanimasiyaya yerləşdirilib.

    “New York Times”ın xəbərinə görə, vəziyyəti pisləşən körpələrdən üçünü tənəffüs aparatına qoşublar.

    Bir neçə həftə uşaqlarda başlanan xəstəliyin səbəblərini araşdıran həkimlər onların bədənində narkotik maddə olduğunu aşkar ediblər.

    Bundan sonra onlar bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

    Hadisə ilə bağlı iki həkim və dörd tibb bacısı nəzarətə götürülüb.

    Axtarış zamanı tibb bacılarının birinin dolabından narkotik maddə ineksiyası üçün vasitə aşkar edilib.

    Onun uşaqları narkotik maddə ilə qəsdən zəhərlədiyi müəyyən olub.

    Qadın törətdiyi əməli etiraf etməyib. O, yaxın günlərdə məhkəmədə cavab verəcək.

  • Синоптики обещают в Азербайджане аномально теплую погоду

    В ближайшие два дня на погоду в Азербайджане будут влиять теплые воздушные массы с юга.

    Об этом сообщила АПА директор Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана Умайра Тагиева.

    “Поэтому в большинстве районов осадков не ожидается. 4, 5 и 6 февраля прогнозируется усиление южного, юго-западного ветра до 15-18 метров в секунду. Порывы ветра будут достигать 23-25 метров в секунду”, – сказала Тагиева.

    По ее словам, температура воздуха 4 февраля повысится на несколько градусов по сравнению с сегодняшним днем.

    Максимальная температура воздуха в Баку составит 10-15 градусов тепла. 6 февраля столбики термометров достигнут отметки в 19 градусов тепла.

    Температура воздуха в Центральном Аране – 12-17 градусов тепла. 5-6 февраля ожидается ее повышение до 20 градусов тепла.

    В горных районах также будет преобладать аномально теплая для февраля погода – температура воздуха составит 7-12 градусов тепла.

  • Azərbaycanda anomal istilər müşahidə olunacaq: Temperatur 20 dərəcəyədək yüksələcək

    “Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”.

    Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

    Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb.

    Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək:

    “Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin fevralın 4-ü, 5-i və 6-da cənub, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Küləyin sürəti 15-18 m/san, arabir 23-25 m/san-dək güclənəcək”.

    U.Tağıyeva deyib ki, temperatur bu günlə müqayisədə bir neçə dərəcə yüksələcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək.

    Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti gözlənilir.

  • Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq?

    “Koronavirus epidemiyasının diaqnostikası ilə bağlı Azərbaycana gətirilən testlər üçün nümunələr virusa yoluxan şəxslərlə ünsiyyətdə olanlar və həmin bölgədən qayıdanlardan götürülür. Bunu ancaq tibb işçiləri edə bilərlər”.

    Bunu Report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

    O bildirib ki, götürülən nümunələrin cavabı təxminən iki günə məlum olur:

    “1 saylı Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan şəxslərdən götürülən nümunələr həmin testlər vasitəsilə yoxlanılıb və nəticələr mənfi çıxıb”.

    Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.

    Qeyd edək ki, testlər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindədir.

  • Bakıda marketdə quraşdırılan səs sistemi narazılıqlara səbəb oldu – VİDEO

    Bakı sakinləri “Grandmart” marketlər şəbəkəsinin Xətai rayonu, Telnov küçəsində yeni mağazasının açılışı zamanı quraşdırılan səs sistemindən narazılıq ediblər.

    Yanvarın 31-də “Grandmart” marketlər şəbəkəsinin sözügedən ünvanda yeni mağazasının açılışı zamanı musiqilərin uca səslə səsləndirilməsi sakinləri narahat edib.

    Onlar bildiriblər ki, marketin qarşısında yüksək səslə musiqi səsləndirilib, marketin içərisində isə tam sakitlik olub.

    Sakinlər məsələ ilə bağlı şikayət etsələr də, buna əhəmiyyət verən olmayıb.

    /oxu.az/

  • Koronavirus ticarət birjasında qiymətləri “vurdu”

    Çində koronavirus səbəbi ilə ticarət birjasında qiymətlər düşüb.

    “RİA Novosti”nin xəbərinə görə, Yeni il tətilindən sonra ilk olaraq Çin birjaları koronavirusun yayılması ilə bağlı əsas indekslərin 8 faizdən çox ucuzlaşması ilə açılıb.

    Çində Şanxay fond birjası “Shanghai Composite” 8,07% – 2736,28 bəndədək, “Shenzhen Component” isə 8,54% – 9769.91 bəndədək enib .

    Qeyd edək ki, son məlumata görə, koronavirusdan ölənlərin sayı 361-ə çatıb, 17 205 nəfər isə bu virusa yoluxub.

  • В Иране перевернулся автобус: трое погибших, 26 раненых – ФОТО

    На трассе Зенджан-Газвин перевернулся пассажирский автобус. В результате ДТП три человека погибли, еще 36 получили травмы.

    Об этом IRNA сообщает на ссылкой на управление полиции провинции Зенджан.

    По словам полковника Мухамеда Али Азими, дорожно-транспортное происшествие зарегистрировано в 04:37 по местному времени.

    “По предварительным данным, авария произошла по вине задремавшего за рулем водителя. Раненые были доставлены в больницы на территории провинций Хурремдере и Абхар”,- отметил полковник.

    Азими добавил, что автобус направлялся из Ардебиля в Тегеран.

    Напомним, что несколько дней назад на магистрали Тебриз- Суфиян произошло ДТП с участием автобуса. В результате аварии погиб один человек, еще девять пострадали.



  • İranda daha bir avtobus aşıb: Üç ölü, 26 yaralı – FOTO

    İranda Zəncan-Qəzvin şossesində sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 26 nəfər yaralanıb.

    Bu barədə IRNA agentliyi Zəncan vilayətinin polis idarəsinə istinadla məlumat verib.

    Polkovnik Məhəmməd Əli Əzimi agentliyə bildirib ki, qəza yerli vaxtla saat 04:37 radələrində baş verib: “İlkin ehtimallara görə, qəzaya səbəb sürücünün yorğunluğu və mürgüləməsi olub. Zərərçəkənlər Xürrəmdərə və Abhər xəstəxanalarına yerləşdiriliblər”.

    Əzimi onu da vurğulayıb ki, avtobus Ərdəbildən Tehrana gedirmiş.

    Xatırladaq ki, bir neçə gün əvvəl İranda Təbriz-Sufiyan magistral yolunda avtobus qəzaya uğramışdı. Hadisə nəticəsində bir nəfər ölmüş, doqquz nəfər isə yaralanmışdı.



  • Ailənin vəfat edən üç üzvünə bildiriş gəldi: Biri 14 il əvvəl ölüb – FOTO

    28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində vəfat etmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.

    Bu barədə Qafqazinfo-ya vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər.

    Bildirişə əsasən, həmin şəxslər Nizami, 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.

    Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər – R.Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X.Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019-cu ilin iyun ayında vəfat edib.

    Ailəni təəccübləndirən əsas məsələ bir ünvana vəfat etmiş üç şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl vəfat etmələridir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə iki dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub.

    Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir.

    Qafqazinfo məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərsə də, komissiya sorğunu cavablandırmayıb.