Month: February 2020

  • AQTA-dan koronavirusla bağlı AÇIQLAMA

    Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib.

    Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome – orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome – ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir.

    Məlumatda qeyd olunur ki, virus ailəsinin adı onun anatomik quruluşu – “tac” fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırki epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir.

    Həmçinin bildirilir ki, OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi Qrupu birgə tədqiqatlara başlayıb. İlkin olaraq, “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”ndə “fövqəladə xəstəliklər” bölməsinin yaradılması və üzv ölkələr tərəfindən “Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi” (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib.

    Bununla əlaqədar, artıq ölkəmiz üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlayıb və respublikada bu xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcək. OİE və ÜST-ün birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına başlanılıb.

    Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

    Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçilib.

    Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.

  • Bakıda sayğac dəyişdirilməsinə görə pul yığılır? – AÇIQLAMA

    Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir.

    Bu barədə qəsəbə sakinlərinin redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.

    Onların sözlərinə görə, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul istəyirlər:

    “Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. Onun 10 manatı zəhmət haqqı, 10 manatı isə “mufta-uqolnik” puludur. “Mufta-uqolnik” pulu maksimum olsun 1-2 manat. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”

    Sakinlərin suallarına cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

    A.Cəbrayıllı bildirib ki, belə hallarla onlara da müraciətlər olur:

    “Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.

    Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi versəniz, məsələni araşdırıb sizə tam təfsilatı ilə məlumat verərdim. Deyirsiniz ki, vətəndaş ünvan və telefon qoymayıb”.
    /oxu.az/

  • Президент выступил на конференции по итогам первого года реализации Программы развития регионов до 2023 года

    Сегодня проходит конференция, посвященная итогам первого года реализации “Государственной программы социально-экономического развития регионов Азербайджанской Республики в 2019-2023 годах”.

    Как передает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принимает участие в мероприятии.

    Глава государства выступил со вступительной речью.

  • İlham Əliyev Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda

    Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

    Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib.

  • Ряд депутатов выносит личные вещи из кабинетов

    Депутаты, кандидатуры которых не были выдвинуты для участия во внеочередных выборах в Милли Меджлис Азербайджана, прощаются с парламентом.

    Как передает Report, кто-то из них начал выносить из кабинета личные вещи.

    Некоторые парламентарии сказали, что не планируют их забирать.

    Отметим, что не были выдвинуты кандидатуры 31 депутата парламента нынешнего созыва. 18 из них являются членами Партии “Ени Азербайджан” (ПЕА), 11 – независимые кандидаты, двое – председатели партий.

    Выборы в парламент Азербайджана состоятся 9 февраля.

  • Bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxardı

    Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşirlər.

    Report-un əldə etdiyi məlumata görə, namizdliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.

    Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.

    Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırkı deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, ikisi isə partiya sədridir.

  • Еще один пациент скончался в НИИ легочных заболеваний в Баку

    2 февраля в реанимационном отделении Научно-исследовательского института (НИИ) легочных заболеваний скончался еще один больной – житель Губинского района (1983 г.р.).

    Как передаёт Median.Az со ссылкой на oxu.az, он находился в клинике с 17 января.

    Причина смерти – сердечно-легочная недостаточность.

    Врачи поставили ему диагноз: диссеминированный туберкулез легких, инфильтрационная стадия VMB + Vmb, туберкулез периферических лимфатических узлов, хроническая почечная недостаточность.

    Отмечается, что ранее больной перенес трансплантацию почки.

    В НИИ подтвердили Oxu.Az данный факт.

    Напомним, что это уже восьмой случай смерти в данном медучреждении с 15 января.

  • Ağciyər İnstitutundan daha bir xəbər

    Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

    Yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.

    Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyulub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.

    Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər.

    Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.
    /oxu.az/

  • В Сабирабаде парень облился керосином и получил ожоги

    В Сабирабадском районе 22-летний парень получил серьезные ожоги.

    Как передает Qafqazinfo, инцидент произошел 1 февраля около 23:00 в селе Джавад, когда молодой человек принимал душ.

    Эльвин Зейналов (1998 г.р.) нагнулся, чтобы поднять выпавшее из рук мыло, однако не смог его найти, так как глаза были в мыльной пене. Пытаясь смыть ее, он взял с пола ковшик. Оказалось, что в нем не вода, а керосин, которым молодой человек и облился.

    Так как Э.Зейналов находился близко к газовой печи, его тело моментально загорелось.

    Он выбежал на улицу и бросился в пруд, чтобы потушить огонь. Тем не менее молодой человек получил ожоги всего тела II и III степени.

    Сотрудники органов полиции и прокуратуры осмотрели место происшествия, были выполнены другие процессуальные действия.

    Согласно информации, керосин в ванную комнату положила мать Зейналова, чтобы использовать его для чистки одежды супруга.

    По данному факту проводится расследование.

  • Sabirabadda dəhşət: 22 yaşlı gənc hamamda başına su əvəzinə neft tökdü, bədəni alışdı

    Sabirabad rayonunda su əvəzinə səhvən neftlə üzünü yuyan 22 yaşlı gənc yanıb.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 1-i, saat 23 radələrində rayonun Cavad kəndində baş verib.

    1998-ci il təvəllüdlü Elvin Zeynalov hamamda yuyunarkən sabun əlindən yerə düşüb. O, gözü sabunlu olduğu üçün sabunu götürə bilməyib və yerdən su götürərək üzünü yumaq istəyib. Lakin səhvən yerdən neftlə dolu qabı götürüb və başından aşağı töküb.

    Həmin vaxt hamamın içində yanan qaz plitəsi E.Zeynalova yaxın olduğu üçün neft alışıb, onun bədəninə alov yayılıb. E.Zeynalov yanaraq çölə çıxıb və özünü gölməçəyə ataraq alovu söndürüb.

    Ona bütün bədəninin II və III dərəcəli yanığı diaqnozu qoyulub.

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və prosessual hərəkətlər aparılıb.

    Məlumata görə, nefti hamama E.Zeynalovun anası ərinin paltarlarını təmizləmək üçün qoyubmuş. Faktla bağlı araşdırma aparılır.