Month: February 2020

  • Azərbaycanda yeni seçki məntəqələri yaradılıb – SİYAHI

    Milli Məclisə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının (DSK) tərkibində yeni seçki məntəqələri yaradılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin binasında), 59 saylı (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yeni salınmış şəhərcikdə, Şuşa şəhəri 7 nömrəli tam orta məktəbin binasında) seçki məntəqələri yaradılıb.

    Eyni zamanda, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yeni 78 saylı (Sumqayıt şəhər 12-ci mikrorayon məcburi köçkün şəhərciyinin xeyir-şər evinin binasında) və 77 saylı (Abşeron rayonunda, Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında) yeni seçki məntəqələri yaradılıb.

    Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

  • “BakuBus”ın rəhbəri dəyişdi

    Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

    Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

  • Novruz çərşənbələrinin tarixləri açıqlandı

    Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

    N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

    Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

    Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

  • Молодая женщина в Баку стала жертвой угарного газа

    Жительница Хатаинского района Баку стала жертвой угарного газа.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В 03:30 2 февраля в ванной комнате в своем доме по улице адмирала Нахимова в Баку было обнаружено тело Гюляр Октай гызы Рафиевой, 1985 года рождения.

    По полученным данным, смерть Рафиевой наступила в результате отравления угарным газом.

    С наступлением холодов в Азербайджане учащаются случаи отравления и смерти от угарного газа.

  • Прогноз погоды на 4 февраля

    4 февраля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Порывистый юго-западный ветер вечером сменится умеренным северо-западным.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 3-5, днем – 10-15, в Баку ночью – 3-5, днем – 13-15 градусов тепла.

    Атмосферное давление снизится с 755 мм до 749 мм ртутного столба, относительная влажность ночью 60-70%, днем – 45-50%.

    В регионах Азербайджана в основном без осадков. Однако вечером в некоторых северных и западных районах ожидаются дожди, снег. Ночью и утром местами туман. Ветер западный, временами порывистый.

    Ночью температура воздуха составит 0-5, днем – 12-17 градусов тепла, в горах ночью – 3-8 градусов мороза, днем – 5-10 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 4-5 февраля на Абшеронском полуострове ожидается ветер гилавар на фоне пониженного атмосферного давления, что неблагоприятно для метеочувствительных людей.

  • Инцидент на парковке MuğanBank: клиент ранил охранника

    На территории автостоянки головного офиса MuğanBank произошел вооруженный инцидент.

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, клиент банка припарковался на месте, где обычно оставляет свой автомобиль председатель правления финучреждения. Сотрудник охраны подошел к посетителю и попросил его переставить машину.

    Между мужчинами разгорелся ожесточенный спор, в ход пошли оскорбления.

    Автовладелец достал нож и ударил им секьюрити в область лица.

  • Qusarda 14 yaşlı oğlan itkin düşüb

    Qusar rayonunda 14 yaşlı oğlan itkin düşüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

    Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

    Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Bakıda tarakanların “at oynatdığı” restoranla bağlı araşdırmalara başlanıldı – RƏSMİ

    Bakının Xətai rayonu ərazisində yerləşən “50 Qəpik” adlanan restoranda antisanitar vəziyyətlə bağlı rəsmi olaraq araşdırmalara başlanılıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

    Agentlikdən vurğulanıb ki, qeyd edilən məsələ ilə bağlı məlumatlar mediadan götürülüb və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək.

    Xatırladaq ki, ötən gün “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restoranda yeməklərin yanında tarakanın gəzdiyinə dair videogörüntülər yayılmışdı.

  • Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

    Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

    APA xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

    “Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadırlar. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər həkim nəzarətindədirlər”, – deyə F. C. Yazqan qeyd edib.

    Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.

  • Инфицированная коронавирусом женщина родила здоровую дочь

    В больнице китайского города Харбин зараженная коронавирусом женщина родила здоровую дочь.

    Как передает “Лента.ру”, об этом сообщает китайский новостной портал ECNS.

    Пациентка, имя которой не называется, находилась на 38-й неделе беременности. 30 января врачи решили провести операцию кесарева сечения, поскольку состояние женщины ухудшалось. Вес новорожденной составил 3,05 килограмма. Врачи оценили здоровье младенца на 10 из 10 баллов по шкале Апгар.

    Врачи, принимавшие участие в операции, проходят проверку на коронавирус. У новорожденной девочки дважды взяли анализ на смертельно опасный вирус 2019-nCoV – 31 января и 2 февраля. В обоих случаях результат был отрицательным. Мать и дочь находятся под наблюдением врачей в изолированных палатах.

    Медики сообщают, что женщина идет на поправку.

    Власти Китая 31 декабря 2019 года сообщили Всемирной организации здравоохранения (ВОЗ) о вспышке неизвестной пневмонии в Ухане. Специалисты установили возбудителя болезни – коронавирус 2019-nCoV. Число заразившихся коронавирусом в Китае превысило 17,2 тысячи, скончался 361 человек. Еще почти 150 человек заболело вне Китая, один из них погиб. ВОЗ признала вспышку чрезвычайной ситуацией международного значения.