Month: February 2020

  • В Грузии нашли коронавирус у прибывшего из Азербайджана пассажира

    В Грузии выявлен первый случай заражения коронавирусом.

    Как передает Median.Az, об этом сообщает РИА Новости со ссылкой на министра здравоохранения страны Екатерину Тикарадзе.

    «Несколько минут назад мы получили из лаборатории Лугара результаты анализов, согласно которым в стране выявлен первый случай заражения коронавирусом», — сказала она.

    Министр уточнила, что заболевший гражданин Грузии приехал 25 февраля из Ирана через Азербайджан.

  • Hadi Rəcəbli qayıdır? – AÇIQLAMA

    V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

    Azvision.az-ın xəbərinə görə, H.Rəcəbli açıqlamasında bildirib ki, bu barədə qərarını tezliklə açıqlayacaq.

    “Hələlik qəti qərarım yoxdur. Düşünürəm”, – deyə H.Rəcəbli bildirib.

    Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il tarixli iclasında Hadi Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasında səsvermənin nəticələri ləğv edilib. Həmin dairədə pozuntuların olduğu bildirilib. Nəticəsi ləğv edilən 74 saylı dairədə təkrar seçkilər keçiriləcək.

  • Şarapova karyerasını başa vurdu

    “Böyük dəbilqə” turunirinin beşqat çempionu Mariya Şarapova karyerasını başa vurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rus tennisçi “Vanity Fair” jurnalında məlumat verib.

    O, bu sözləri yazaraq tennisə vida edib: “Məni bağışlayın, tennis əlvida”.

  • Qaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Qaxda 70 yaşlı kişini avtomobil vuraraq öldürüb.

    APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

    Qax şəhər sakini, 70 yaşlı Məmmədəli Tofiq oğlu Soltanov yolu keçmək istəyən zaman “VAZ” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı ağır bədən xəsarətləri alan M.Soltanov Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriləndən bir qədər sonra keçinib.

    Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi

    Nazirlər Kabineti “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nı təsdiq edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Bu qayda “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanb və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.

    Bu qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət qurumu həyata keçirir.

    Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

  • У станции бакинского метро скончался мужчина

    В Баку у станции метро “Ази Асланов” скоропостижно скончался мужчина.

    Как сообщает Oxu.Az, инцидент произошел на улице Магомеда Хади в Хатаинском районе столицы у входа на станцию метро «Ази Асланов»,

    Согласно полученным данным, мужчина в примерно 30-летнем возрасте забежал в расположенную у станции метро аптеку. На обратном пути он неожиданно упал и умер.

    Как сказали в аптеке, мужчина приобрел у них аппарат для астматиков.

    На место происшествия были вызваны полиция и “скорая”. Выясняется личность умершего мужчины.

  • Yeniyetmə qız dəm qazından boğularaq ölüb

    Gəncə şəhərində 16 yaşlı qız dəm qazından boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2004 cü il təvəllüdlü Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qeyd olunub ki, bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

    Dəyişikliyə əsasən, Azərbaycanın Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilməyəcək.

  • Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi – QƏRAR

    Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiqləyib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

    Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

    “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” (bundan sonra – Sənəd) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında, habelə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris ilinin müddətini müəyyən edir.

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

    birinci yarımil: 1 oktyabr – 26 yanvar

    ikinci yarımil: 1 fevral – 31 may.

    Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.

    Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

    birinci yarımil: 15 sentyabr – 26 yanvar;

    ikinci yarımil: 1 fevral – 14 iyun.

    Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

    payız tətili: 16-20 noyabr (5 gün);

    qış tətili: 27-31 yanvar (5 gün);

    məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

    Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.

    Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

  • Əli Əsədov bəzi təşkilatlara qadağa qoydu

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qeyd olunub ki, bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

    Dəyişikliyə əsasən, Azərbaycanın Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilməyəcək.