Month: March 2020

  • Diş fırçasını hamamda saxlamaq təhlükəlidir – SƏBƏB

    Avstraliyalı alimlər vanna otağında saxlanması düzgün olmayan əşyaların siyahısını təqdim ediblər. Siyahını “Bed Threads” portalı paylaşıb.

    Belə əşyalardan biri də diş fırçasıdır. Nəşrin məlumatına görə, bunun səbəbi tualetə yaxınlıqla əsaslandırılır. Belə ki, unitazın üzərində yaşayan bakteriyalar nəm və isti mühitdə daha da artırlar. Artan bakteriyalar digər əşyaların, o cümlədən diş fırçasının üzərində özlərinə yer edə bilərlər. Bu isə səhhət üçün ciddi təhlükədir.

    Siyahıya diş fırçasından başqa, dəsmallar, hamam xalatları, üzqırxan maşınlar da eyni səbəbdən daxil edilib.

  • Американка два года ухаживала за искусственным цветком

    Современные искусственные цветы, порой, поражают своей реалистичностью. Но жительница США побила все рекорды – она два года ухаживала за любимым цветком, пока не обнаружила, что он неживой.

    Как сообщает портал “Популярная механика”, правда вскрылась, когда Кейли Уилкс (Caelie Wilkes) решила переселить любимца в новый горшок. Она выбрала обожаемому цветку новый “дом”, но после извлечения из родного бокса выяснилось, что суккулент является искусственным: под сантиметровым слоем склеенного песка находился обычный пенопласт вместо субстрата. Разочарованию девушки не было предела, и ее можно понять.

    Кейли описала в Facebook, что очень любила свое домашнее растение. У цветка был свой план полива, законное место на кухонном окне и, упаси Господь, если кто-нибудь кроме хозяйки покушался на заботу о нем – девушка всячески оберегала суккулент от малейших отклонений от правил ухода. Уилкс очень гордилась тем, какой питомец здоровый на вид, а также какие зеленые и сочные у него листья.

    Подобные курьезы случаются и, как пишет Vice, девушка явно не одна. В социальных сетях ее запись быстро стала популярной, и в комментариях многие рассказали, что им знакомы подобные ситуации. Сочувствующие люди также отметили, что цветок может быть любимым, даже если он неживой. Тем более, что его внешний вид никак не пострадал от регулярного полива и он по-прежнему выглядит отлично.

    Выращивание цветов и сельскохозяйственных культур в домашних условиях становится все более популярным в Соединенных Штатах. Согласно статистике, количество таких садоводов в 2019 году стало рекордным, а продажи в этой индустрии выросли почти до 50 миллиардов долларов.

  • “OPEC+” ölkələrinin danışıqları uğursuzluqla nəticələnib

    “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyana keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib.

    “APA-Economics” bu barədə TASS-a istinadən xəbər verir.

    Buna baxmayaraq, iclas işini hələ davam etdirir.

    Qeyd edək ki, sözügedən iclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir.

    Xatırladaq ki, bu gün rəsmi görüşünün başlamasından öncə Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını bir qədər də da azaltmaq təklifini qəbul etməyib. Rusiya hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağa hazır olduğunu bildirib. Rusiyanın Energetika naziri Aleksandr Novak bu gün rəsmi iclas başlamazdan əvvəl həmkarları ilə qeyri-rəsmi danışıqlar aparıb. Rusiyanın nümayəndə heyəti üçün əsas ssenari yenə də görüşün nəticələrinə görə razılığa gəlməkdir.

    OPEC ölkələrinin təşkilatın rəsmi iclasından sonra “OPEC+” təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasını tövsiyə ediblər.

    Qeyd edək ki, OPEC ölkələri qurumun rəsmi iclasından sonra “OPEC+” təşəbbüsü çərçivəsində bu ilin sonunadək gündəlik neft hasilatını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib.

    Xatırladaq ki, “OPEC+” Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.

    Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC+” ölkələri arasında proporsional qaydada aparılıb.

    Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

  • Bakıda taksilər dezinfeksiya olunur – FOTO

    Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.

    Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.

    Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

  • Bərdədə qanunsuz pendir sexlərinin fəaliyyəti məhdudlaşdırıldı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan “Report”a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçiriblər.

    Reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir.

    Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

  • В Азербайджане многодетную семью из Ирана поместили в карантин

    На станцию скорой медицинской помощи 4 марта поступил вызов от проживающей в Баку семьи иранцев по поводу повышенной температуры у малолетнего ребенка.

    Об этом говорится в сообщении Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “Как удалось выяснить, глава семейства 27 февраля прибыл на территорию Азербайджана из Ирана, где наблюдается широкое распространение коронавирусной инфекции. В связи с этим было принято решение о назначении в профилактических целях всем членам его семьи предварительного медицинского обследования.

    По адресу проживания многодетной супружеской пары из Ирана, в которой воспитываются шестеро детей, прибыла машина скорой помощи, чтобы доставить всех в больницу. Однако, в связи с оказанным медикам сопротивлением на место происшествия была вызвана полиция.

    В настоящее время все восемь членов семьи находятся в карантине в соответствующем медучреждении”, – говорится в сообщении TƏBİB.

  • Bakıda körpünün sökülməsinə görə 9 marşrutun istiqaməti dəyişib

    Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

    Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.

  • Azərbaycanda agentlik rəhbəri 3 il azadlıqdan məhrum olundu

    “Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacana (Ağabalayeva) hökm oxunub.

    Median.Az report-a istinadən xəbər verir ki, onun cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb.

    Məhkəmənin hökmünə əsasən, Ş.Ağacan 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılır.
    Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

    Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

  • Azərbaycan qırmızı London taksiləri alıb

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV” (LEVC) şirkətindən 100 ədəd “TX”, 0 emissiyalı elektrik taksisi alıb.

    “Report” xəbər verir ki, bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

    Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından hotellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.

  • Koronavirus Slovakiyaya çatdı

    Bu gün Avropanın daha bir ölkəsində koronavirusa ilk yoluxma halı baş verib.

    Median.Az Day.az-a istinadən bildirir ki,yoluxma Slovakiyada qeydə alınıb.

    Bratislavada keçirilən mətbuat konfransında faktı təsdiq edən baş nazir Peter Pelleqrini həmin şəxsin ölkə hüdudlarından kənara çıxmadığını vurğulayıb. Onun sözlərinə görə, çox güman ki, virus aşkar edilmiş 53 yaşlı şəxs ölkə daxilində xaricdən gəlmiş şəxslə münasibətdə olub.

    Qeyd edək ki, bu gün Serbiya və Vatikanda da koronavirusa ilk yoluxma faktları qeydə alınıb.