Month: March 2020

  • Azərbaycanlılar bu vilayətdən deportasiya edildi

    Rusiyanın Tula vilayətindən qanunsuz miqrantlar deportasiya edilib.

    Myslo.ru-nun xəbərinə görə, son iki ay ərzində 68 qanunsuz miqrant ölkə ərazisindən çıxarılıb.

    Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

    Həmin şəxslər beş il ərzində Rusiya ərazisinə gedə bilməzlər.

  • Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı – RƏSMİ

    “Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib”.

    Bu barədə TƏBİB məlumat yayıb.

    İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib.

    Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (altısı uşaq olmaqla, səkkiz İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.

    Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.

  • Şəhid əsgərin cənazəsi doğulduğu kəndə gətirildi

    Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.

    “Report”un Muğan bürosu xəbər verir ki, şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

    Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

    Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

  • Murad Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama – VİDEO

    “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə yeni baş direktoru, xalq artisti Murad Dadaşovu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

    Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, Xalik Məmmədov ”Xəzər TV” MMC-nin “Socar Media” İctimai Birliyinin tərkibinə keçdiyini açıqlayıb.

    Xalik Məmmədov bildirib ki, “Xəzər TV” MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb, bununla da ”Xəzər TV” MMC ”SOCAR media”nın tərkibinə keçib.
    ”Xəzər TV” MMC-nin yeni baş direktoru Murad Dadaşov isə çıxışında bildirib ki, Xəzər televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaqdır.

    Sonda Murad Dadaşov bundan sonrakı işlərdə işin səmərəliyini artırmaq üçün kollektivə öz tövsiyyələrini verib.

    “Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur. Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

  • 10 marta qədər Azərbaycanda qeyri-iş günüdür

    8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 9-u ölkədə qeyri-iş günüdür.

    8 mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq. Beləliklə, 5 günlük iş qrafiki ilə işləyənlər martın 7, 8 və 9-u tarixlərində çalışmayacaqlar.

  • İstirahət günlərinin havası: 20 dərəcə isti olacaq

    İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu məlum olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 7-i və 8-də Böyük və Kiçik Qafqazda hava şəraiti əsasən yağmursuz keçəcək.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

    Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti olacaq.

    Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

  • Gecə evdən meyiti tapılan Bakı sakininin ölüm səbəbi bilindi

    Bakıda daha bir nəfər dəm qazından ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Z. Qasımov küçəsi ev 22, mənzil 46-da baş verib.

    Həmin ünvanda yaşayan Novruzov Neymətulla Novruz oğlunun meyiti yaşadığı evdən tapılıb. Meyitin daxili və xarici müayinəsindən sonra mərhumun dəm qazından zəhərləndiyi məlum olub.

    Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

  • Azərbaycan “COVID-19 müraciəti” Fonduna beş milyon ABŞ dolları yardım etdi

    Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

    Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna beş milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

    “Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

    Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”, – məlumatda bildirilib.

  • Azərbaycanda keçmiş nazirə vəzifə verildi

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev müşaviri, keçmiş Rabitə və Yüksək Texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib.

    Unikal.org-un məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

    Xəbəri AMEA-dan Unikal.org-a təsdiqləyiblər.

  • Ağdaşda usta faciəli şəkildə öldü

    Ağdaş rayon sakini karxanada faciəli şəkildə ölüb.

    Report-un xəbərinə görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində yerləşən çınqıl karxanasında qeydə alınıb.

    Belə ki, karxanada usta kimi çalışan rayon sakini Mahir Hacıyev beton hazırlayan dəzgahın arasında qaynaq işi görən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.