Month: March 2020

  • Азербайджан оказал финансовую помощь ОИС

    В ответ на обращение Организации исламского сотрудничества (ОИС) в связи с напряженной социально-экономической ситуацией в Сахельском регионе Африки Кабинетом министров Азербайджана по поручению Президента Ильхама Алиева была оказана помощь этой организации в размере 100 000 долларов США с целью оказания поддержки для превращения Управления ОИС по гуманитарному развитию в Нигере в региональный офис организации.

    Об этом говорится в сообщении МИД Азербайджана.

    В сообщении отмечается, что решение о преобразовании управления ОИС в региональный офис было принято 1-2 марта 2019 года на 46-й сессии Совета министров иностранных дел организации в Абу-Даби и на 14-м саммите глав государств и правительств ОИС, прошедшем 31 мая прошлого года в Мекке.

  • İlham Əliyev göstəriş verdi: Nazirlər Kabineti 100 min dollar yardım etdi

    Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd etmək istərdik ki, İƏT-in sözügedən idarəsinin Regional Ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu ildə Abu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 mayda Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.

  • Azərbaycanda COVID-19 şübhəsi olan şəxslərə xəbərdarlıq edildi

    Azərbaycanda koronavirus (COVID-19)xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

    Qeyd olunub ki, hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda, tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.

    “Qeyd edək ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda visurun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır.

    Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır.

    Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin, virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq.

    Qeyd edirik ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək.

    Eyni zamanda, vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik”.

  • Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

    Bakının Nəsimi rayonunun 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Məlumata görə, məhdudiyyət martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

    Agentlik yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyib.

  • ÜST: “55807 nəfər koronavirusdan sağalıb”

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı son rəqəmləri açıqlayıb.

    Bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

    Bildirilir ki, 98 853 nəfər koronavirusa yoluxub. 55 807 nəfər xəstəlikdən sağalıb.

    3390 nəfər isə bu virus səbəbindən həyatını itirib.

  • Bərdədə qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

    Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçiriblər.

    Reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir.

    Müayinələrin aparılması üçün nümunələr götürülərək AQTA-nın laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.



  • Замминистра: В Азербайджане достаточно тестов для выявления COVID-19

    В Азербайджане имеется достаточно тестов для выявления коронавируса.

    Об этом АПА заявил заместитель министра здравоохранения Виктор Гасымов.

    По его словам, в случае необходимости в страну будут завезены дополнительные тесты.

  • Səhiyyə nazirinin müavini: “Ölkədə COVID-19-un müayinəsi üçün kifayət qədər test var”

    “Ölkədə koronavirusun (COVID-19) müayinəsi üçün kifayət qədər test var”.

    Bu barədə APA-ya açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

    Nazir müavininin sözlərinə görə, hazırda müayinələr davam edir:

    “Lazım olduğu təqdirdə ölkəyə əlavə testlər gətirilir”.

  • Пограничник-шехид награжден посмертно

    Солдат-пограничник Орхан Пашазаде, погибший в результате открытого вражеским снайпером огня, награжден медалью “За отличие на воинской службе” 3-й степени.

    Медаль была передана отцу шехида официальным представителем Государственной пограничной службы (ГПС) Азербайджана на похоронах военнослужащего.

    5 марта, около 19:10, подразделения ВС Армении нарушили режим прекращения огня на пограничном боевом пункте ГПС в направлении села Гушчу Айрым Газахского района.

    В результате огня, открытого вражеским снайпером, был ранен пограничник Орхан Назим оглы Пашазаде. Несмотря на то, что его немедленно доставили в Диагностический центр Газахского района, спасти пограничника не удалось.

    Шехид был предан земле на кладбище в джалилабадском селе Джафарханлы.

  • Şəhid sərhədçimiz medalla təltif edildi

    Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

    Report xəbər verir ki, medal Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib.

    Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

    Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.