Month: March 2020

  • Bakıda dəm qazı daha bir can aldı

    Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub.

    Hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 22, mənzil 46 ünvanında qeydə alınıb.

    Sözügedən ünvanda yaşayan Neymətulla Novruzovun meyiti yaşadığı evdən tapılıb. Ölüm səbəbinin dəqiqləşdirilməsi üçün meyit daxili və xarici müayinəyə göndərilib.

    Müayinə nəticəsində məlum olub ki, N.Novruzov dəm qazından zəhərlənmə nəticəsində vəfat edib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

  • В гараже в Баку обнаружено тело 27-летнего мужчины

    Тело молодого человека обнаружено в гараже на территории Сабунчинского района Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в районном управлении полиции.

    Парвиз Юсубов (1993 г.р.) был найден мертвым 5 марта, в 09:00, в автомобиле Tofaş, стоявшем в гараже, расположенном во дворе дома № 2 на улице Р.Ахундова.

    Точная причина смерти пока не установлена. Однако предполагается, что П.Юсубов погиб от отравления угарным газом.

    Правоохранители отметили, что образцы мягких тканей и крови отправлены на гистологическую экспертизу. Не исключают они и возможности суицида.

    По факту ведется расследование прокуратурой Сабунчинского района.

  • Bakıda qarajda 27 yaşlı kişinin meyiti tapıldı

    Bakının Sabunçu rayonunda qarajdan gənc kişinin meyiti aşkarlanıb.

    Bu barədə rayon Polis Şöbəsindən məlumat daxil olub.

    27 yaşlı Pərviz Yusubov martın 5-də, saat 09:00 radələrində R.Axundov küçəsində yerləşən 2 nömrəli evin həyətindəki qarajda, “Tofaş” markalı avtomobildə ölü tapılıb.

    Ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Ancaq P.Yusubovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları yumşaq toxuma və qan nümunələrinin histoloji ekspertizaya göndərildiyini qeyd ediblər. Onlar intihar ehtimalını da istisna etmirlər.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • İsmayıllıda hamamda baş verən partlayışda 68 yaşlı kişi yanıb

    İsmayıllıda 68 yaşlı kişi yanıq xəsarətləri alıb.

    Hadisə İsmayıllı rayonu Sumağalı kəndində baş verib.

    Rayonun Sumağalı kənd sakini 1952-ci il təvəllüdlü Bayramov İsrayıl Şahverən oğlu yaşadığı fərdi yaşayış evinin hamam otağında isti suyu açan zaman partlayış baş verib.

    Partlayış nəticəsində 68 yaşlı kişi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Yaralı dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, əllərin, sinə və bədənin müxtəlif hissələrinin termiki yanığı diaqnozu qoyulub. Zəruri tibbi müdaxilələr edildikdən sonra xəstə Bakıda yerləşən ixtisaslaşmış Əziz Əliyev adına Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yanıq şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabahın havası: Duman, külək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

  • Bakıda dəbdəbəli toy: Rusiyalı ulduzlar qatıldılar – VİDEO

    Ötən gün Bakıda dəbdəbəli toy mərasimi təşkil olunub.

    Toy məclisini müğənni Xəyyam Nisanov idarə edib.

    Toyda Rusiyanın məşhur ulduzları – şanson ifaçısı Lyubov Uspenskaya, Xalq artisti Emin Ağalarov və Aleksandr Şoya iştirak ediblər.

    Toydan çəkilən video və fotolar sosial şəbəkələrdə yayılıb.
    /oxu.az/

  • В Баку мужчина и женщина пытались покончить с собой

    Жительница поселка Сабунчу одноименного района Нармин Иманова (1988 г.р.) пыталась покончить с собой.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    5 марта, в 19:25, Н.Иманова, находясь дома, наглоталась таблеток, а затем осколком стекла перерезала себе вены на руках. Девушка в тяжелом состоянии госпитализирована в Токсикологический центр. Правоохранителям пока не удалось допросить Н.Иманову, поскольку она не пришла в сознание. По данному факту проводится расследование.

    Еще одна попытка суицида в минувший четверг была предпринята в туберкулезном диспансере, расположенном в поселке Зых Сураханского района. Пациент лечебного учреждения, ранее судимый за кражу житель Баку Джумшуд Агаев (1979 г.р.) нанес себе проникающее ножевое ранение в живот и был доставлен в городскую клиническую больницу №3.

  • Bakıda kişi və qadın intihara cəhd etdi

    Sabunçu rayonunun eyni adlı qəsəbəsinin sakini – 32 yaşlı Nərmin İmanova intihara cəhd edib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Martın 5-i saat 19:25 radələrində N.İmanova evdə dərman həblərini udub və şüşə parçası ilə qollarının vena damarını kəsib. O, ağır vəziyyətdə 5 saylı Kliniki Xəstəxananın Toksikoloji Mərkəzinə yerləşdirilib. N.İmanova ayılmadığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu dindirə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.

    Ötən cümə axşamı günü daha bir intihara cəhd hadisəsi Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Vərəm Dispanserində baş verib. Tibb müəssisəsinin əvvəllər oğurluğa görə məhkum olunmuş 41 yaşlı xəstəsi, Bakı şəhər sakini Cümşüd Ağayev qarın nahiyəsinə vurduğu bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

  • Azərbaycanda qeyri-adi hadisə: Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı

    Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər.

    Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda gəlinlərin axtarışı davam etdirilir.

    Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra onlar ərləri tərəfindən tapılaraq evlərinə aparılıb.

  • В Баку неизвестные серьезно повредили деревья – ВИДЕО

    В Баку неизвестные серьезно повредили деревья.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зарегистрирован на территории 7-го микрорайона Баку, недалеко от детского сада №151.

    На кадрах видно, что на толстой части стволов деревьев, непосредственно над корнем, сделаны глубокие зарубки, видимо, топором.

    Завотделом защиты растений Хозяйственного объединения по озеленению при Исполнительной власти столицы Орхан Мамедов подтвердил Oxu.Az этот факт.

    “Специалисты, осмотрев территорию, отметили, что неизвестные повредили стволы шести деревьев, три из которых – оливковые, одно – инжировое. Предполагаем, что таким образом они хотят добиться того, чтобы деревья высохли. Наши сотрудники приняли меры с целью их восстановления. Мы также сообщим об этом инциденте в правоохранительные органы”, – отметил О.Мамедов.