Month: March 2020

  • Bakıda altı ağac baltalanıb – VİDEO

    Bakıda altı ağac naməlum şəxslər tərəfindən baltalanıb.

    Hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, 151 nömrəli uşaq bağçasının yanında qeydə alınıb.

    Videogörüntülərdə altı ağacın kökünün baltalandığı görünür.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq.

    Orxan Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib və əraziyə baxış keçirildiyini qeyd edib:

    “Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Baxış zamanı mütəxəssislər 7-ci mikrorayon ərazisində 3 ədəd zeytun ağacı, 2 ədəd lüqustr ağacı, 1 ədəd əncir ağacı olmaqla, ümumilikdə altı ağac kök boğazından kəsici alətlə zədələnib. Naməlum şəxslər ağacların inkişafdan qalaraq, quruması üçün cəhd ediblər. Tərəfimizdən ağacların qurumaması, inkişaflarının bərpası üçün zəruri tədbirlər görülür. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət olunacaq”.

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2020-ci ilin mart ayında respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli

    11 mart 2020-ci il

    1. Mingəçevir şəhəri 
    2. Lənkəran rayonu
    3. Kürdəmir rayonu
    4. Füzuli rayonu
    5. Qazax rayonu

    31 mart 2020-ci il

    1. Qəbələ rayonu 
    2. Xızı rayonu
    3. Saatlı rayonu
    4. Ağdaş rayonu
    5. Qubadlı rayonu

    Qeyd: qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır.

  • В Азербайджане завершается конкурс по приему на работу учителей на бессрочной основе

    Сегодня, 6 марта, в Азербайджане завершается конкурс по приему на работу на бессрочной основе учителей, работающих по срочному трудовому контракту в общеобразовательных школах Минобразования.

    Как говорится в сообщении ведомства, конкурс стартовал 2 марта. 

    В нем принимают участие учителя, набравшие необходимый проходной балл на конкурсах по приему на работу в 2018/19 и 2019/20 учебных годах, имеющие среднее специальное или высшее педагогическое образование, принятые на работу на существующие или новые вакантные места.

    Проходной балл для приема на работу в школу, где не применяются поощрительные меры, преподавателей музыки, изобразительного искусства и физкультуры составляет 42, других предметов – 48.

    Проходной балл для приема в учебные заведения, где применяются поощрительные меры, учителей музыки и ИЗО составляет 30, по другим предметам – 36.

    Информация о программе собеседования и другие материалы размещены здесь.

  • Müəllimlərin müddətsiz əsaslarla işə qəbul müsabiqəsi başa çatır

    Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsi bu gün başa çatır.

    Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə martın 2-dən start verilib. 

    Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyənlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

    Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

    Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.

  • Vilayət Eyvazov komandirin müavinini təqaüdə göndərdi

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alay Komandirinin müavini, polkovnik-leytenantı Əli Ağalıyev vəzifədən azad edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Ə.Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı “Report”a təsdiqləyib.

    Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

  • İş adamlarına mesaj: «Pulu xaricdən əvvəl, Azərbaycana yatırın, ölkəyə valyuta gətirsin»

    Prezident İlham Əliyev ölkə sahibkarlarını yatırımları ilk növbədə ölkə daxilində etməyə çağırıb.

    Prezident bu bəyanatı Qazaxda əhəng zavodunun açılışında bildirib. Yeni açılan «Azerlime» əhəng zavodu «Mətanət A» şirkətinə məxsusdur.

    Şirkəti yeni zaodun istifadəyə verilməsi münasibətilə təbrik edən dövlət başçısı xatırladıb ki, «Mətanət A»nın bir neçə zavodu fəaliyyət göstərir: «Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin».

  • Bakıda qaydaları kobud şəkildə pozan YPX avtomobili – VİDEO

    Bakıda YPX avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

    Videoda 99-YP-272 dövlət nömrə nişanlı yol polisi avtomobilinin paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən qayda pozuntusu etdiyi görünür.

    Belə ki, prospektdə ən sağ zolaqla hərəkətdə olan YPX avtomobilinin qəfil dönmə işıqlarını yandıraraq, Yusif Səfərov küçəsinə dönməsi əks olunub. Bu zaman YPX avtomobili sayrışan işıqlardan istifadə etməyib və 1.4 sarı rəngli bütöv nişanlama xəttinin tələblərini pozub.

    Həmin görüntüləri təqdim edirik:

    /oxu.az/

  • Президент Азербайджана подарил квартиру Заслуженной артистке

    Президент Азербайджана Ильхам Алиев подарил квартиру Заслуженной артистке Лале Мамедовой.

    Трехкомнатная квартира расположена на проспекте Гейдара Алиева.

    Данную информацию подтвердила сама артистка.

    По ее словам, это самый лучший подарок на день рождения.

    “Я благодарна главе государства. Фонд Гейдара Алиева взял на себя расходы по ремонту квартиры. Также благодарю Первого вице-президента Мехрибан Алиеву. Иншаллах, я буду жить в новой квартире вместе со своими детьми”, – отметила Л.Мамедова.

  • İlham Əliyev Əməkdar artistə mənzil verdi

    Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

    Heydər Əliyev prospektində yerləşən mənzil üç otaqdan ibarətdir.

    Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib.

    O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

    “Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”.

  • Bakıda eyni binanın damında son bir ayda ikinci dəfə yanğın baş verib – VİDEO

    Bakının Nəsimi rayonu 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında son bir ayda ikinci yanğın hadisəsi baş verib.

    Dərhal əraziyə FHN-nin Yanğından Mühafizə xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

    Baş verə biləcək hadisələrin qarşısını almaq üçün ətraf küçələrdə avtomobillərin hərəkətləri məhdudlaşdırılıb.

    Onu da qeyd edək ki, sözügedən binada fevralın 20-də daha bir yanğın qeydə alınmışdı.

    Faktla bağlı müvaiq araşdırma aparılır.