Month: March 2020

  • Bakıda qayda pozan sürücü qəza törədib – VİDEO

    Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    İnsident Zərifə Əliyev küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

    İlkin ehtimala görə, Həsənzadə İbrahim Vüqar oğlu idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə işıqforun sarı işığında yolu keçmək istəyərkən Ələkbərli Cavid Elşad oğlunun idarə etdiyi “Renault” markalı avtomobilin yoluna çıxıb.

    Nəticədə, avtomobillər toqquşub. Zərbənin təsirindən “Renault” yol kənarındakı səkiyə çırpılıb.

    Qeyd etmək lazımdır ki, hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

    Hadisənin dəqiq təfərrüatı aparılan araşdırmaların sonunda bəlli olacaq.

  • В Москве при невыясненных обстоятельствах скончался чемпион Украины по шахматам

    На западе Москвы в одной из квартир обнаружены тела мужчины и женщины с пакетами на головах.

    Как сообщает РИА Новости, было установлено, что мужчина являлся чемпионом Украины по быстрым шахматам, а в 2017-ом ему было присвоено звание гроссмейстера.

    Девушка также являлась шахматисткой, ее имя есть в рейтинге Международной шахматной федерации (FIDE)

    Тела с пакетами на головах обнаружил отец девушки.

  • Rusiyada şahmat üzrə Ukrayna çempionunun meyiti tapılıb

    Moskvanın qərbində mənzillərin birində başlarına paket keçirilmiş kişi və qadın meyiti aşkarlanıb.

    “RİA Novosti” xəbər verir ki, aparılan araşdırma kişinin şahmat üzrə Ukrayna çempionu olduğunu müəyyən edib.

    1993-cü il təvəllüdlü Stanislav B. 2017-ci ildə qrossmeyster adına layiq görülüb.

    Meyiti aşkar edilən qadın da şahmatçı olub və onun adına Beynəlxalq Şahmat Federasiyasının reytinqində rast gəlmək olar.

    Qeyd edək ki, meyitləri qadının atası aşkar edib.

  • Sumqayıtda mənzildən boğularaq öldürülmüş qadın meyiti tapıldı

    Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

    Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.

    23 yaşlı gəncin boğularaq öldürüldüyü ehtimal edilir və onun ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq.

    Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev: “Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun”

    “Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, – bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, – bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib.

    Dövlət başçısı bildirib: “Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir”.

  • Zükerberq fərdi məlumatlarını ona etibar edən insanları axmaq adlandırıb?

    Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zükerberq fərdi məlumatlarını ona etibar edən insanları axmaq adlandırıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu haqda milyarderin internetə sızıdırılmış yazışmasında deyilir.

    Ötən günlərdə jurnalist Stiven Levinin “Facebook: The Inside Story” kitabı satışa çıxarılıb. Kitabda Mark Zükerberqin öz məkrli planları üçün insanların fərdi məlumatlarını necə istifadə etməsindən bəhs olunur. Bundan sonra sosial şəbəkələrdə böyük qalmaqal yaranıb. İstifadəçilər mövzu ilə bağlı xatırladıblar ki, təxminən 10 il əvvəl Zükerberqin internetə sızıdırılmış yazışmasında o, fərdi məlumatlarını onlara etibar edən şəxsləri axmaq adlandırıb.

    Yazışmanın tərcüməsini təqdim edirik:

    “Əgər sənə nə zamansa, Harvard Universitetində kim haqqındasa informasiya lazım olsa, sadəcə məndən soruş. 4 mindən çox istifadəçinin elektron məktubu, şəkili, ünvanı və mesajı məndə var… İnsanlar özləri bu məlumatları mənə verməkdə maraqlıdırlar. Bunun səbəbini hələ də anlamıram. Onlar mənə inanır axmaqlar”.

    Qeyd edək ki, bu hadisə Levinin kitabında yer almayıb.

  • Koronavirusla mübarizə üçün 50 milyard dollar ayrıldı

    ABŞ koronavirusla mübarizə üçün dövlət büdcəsindən 8,3 milyard dollar vəsait ayıra bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu haqda təklif konqresə təqdim olunub.

    Nümayəndələr palatasının layihə ilə bağlı səsverməsindən sonra təklif senatda müzakirə olunacaq.

  • Qusarda qardaş qardaşını öldürdü

    Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

    Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Азербайджанский военнослужащий погиб в результате провокации ВС Армении

    Продолжаются провокации противника против наших позиций на газахском участке азербайджано-армянской государственной границы.

    Как передает АПА со ссылкой на пресс-службу Государственной пограничной службы, 5 марта около 19:10 подразделения ВС Армении грубо нарушили режим прекращения огня на линии соприкосновения.

    В результате снайперского выстрела ранение получил рядовой-пограничник Пашазаде Орхан Назим оглу, несший службу на погранично-боевом пункте у села Гушчу Айрым Газахского района. Раненый был доставлен в Газахский диагностический центр, однако спасти его не удалось.

    Ответственность за убийство военнослужащего ГПС, охранявшего международно-признанные границы Азербайджана, лежит на военно-политическом руководстве Армении.

    В связи с инцидентом принимаются необходимые меры.

  • Bakıda avtobus sürücüsü bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

    Taksi fəaliyyəti ilə məşğul olan şəxs (ad və soyadı dəqiqləşdirilir-red) 130 saylı sərnişin avtobusunun sürücüsü, 1984-cü il təvəllüdlü Əliyev Sərxan Əli oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun böyük həcmli kəsilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.