Month: March 2020

  • Prezident: “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var”

    “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır.

    Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib.

    Dövlət başçısı bildirib: “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.

    “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.

    Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.

    Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir.

    Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da genişləndirir. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər – kafelər, diskotekalar, açıq səhnələr, kinoteatr. Məsələn, Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.

    Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə – Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır.

    “ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət – bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi, ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri, göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi, “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var. Hər yerdə belə olmalıdır. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.

    Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq – bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.

    Mən bir dəfə demişəm, bir daha demək istəyirəm, birinci mərkəzlər açılan zaman kimsə düşünə bilərdi ki, bu, sadəcə olaraq, ictimai xidmət mərkəzləridir. Elə deyil. Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən təşəbbüs idi və artıq həyatda öz əksini tapıb. Azərbaycan bu sahədə də liderdir. İntellektual məhsulun yaradılması və bu gün ixracı artıq reallıqdır”.

  • Sabirabadda yanğın olub

    Sabirabadda güclü yanğın baş verib.

    “Report”un məlumatına görə, hadisə saat 21:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

    Həmin ünvanda yerləşən qapı-pəncərə sexində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

    Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

  • В Баку автомобили ДПС грубо нарушили правила дорожного движения – ВИДЕО

    В редакцию ИА Report поступили видеокадры, на которых сотрудники Дорожно-патрульной службы на служебном автомобиле в Баку грубо нарушают правила дорожного движения.

    На кадрах видно, как на проспекте Зии Буниятова водитель автомобиля Дорожно-патрульной службы марки “Mercedes” с государственным регистрационным номером 99-YP-421 грубо нарушил правила дорожного движения, создавая реальную опасность для других участников движения.

    Еще одно нарушение сотрудников ДПС попало на камеры на улице Юсифа Сафаралиева. Автомобиль ДПС марки “BMW”, регистрационный номер которого не удалось зафиксировать, перегородил дорогу другому автомобилю и лишь после этого включил сирену.

  • Bakıda YPX avtomobillərinin təhlükəli manevrləri – VİDEO

    “Report”un redaksiyasına Bakı şəhəri ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının xidməti avtomobillərini yol hərəkəti qaydalarını pozmaqla idarə etmələrini əks etdirən videogörüntülər daxil olub.

    Həmin videogörüntülərdən birində məlum olur ki, sayrışan işıqları işə salmadan Ziya Bünyadov prospektində hərəkətdə olan 99-YP-421 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı YPX avtomobilini sürücü təhlükəli manevrlər etməklə idarə edir.

    Digər görüntü isə Yusif Səfərəliyev küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nömrəsi dəqiq görünməyən BMW markalı YPX avtomobili təhlükəli manevrlər etməklə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısını kəsdikdən sonra sayrışan işıqları qoşur.

    Həmin görüntüləri təqdim edirik:

  • Saatlıda baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb

    Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “Daewoo” markalı 30-BH-165 dövlət nömrə nişanlı avtomobil Saatlı-İmişli yolunda Saatlı şəhər sakini, 1945-ci il təvəllüdlü Həsənova Həqiqət Soltan qızını vurub. Ağır kəllə-beyin travması alan yaralı əvvəlcə Saatlı rayon xəstəxanasına çatdırılıb, daha sonra Şirvan Şəhər Diaqnostika Mərkəzinə aparılarkən yolda keçinib.

    Digər hadisə Saatlı Olimpiya Kompleksini yaxınlığında baş verib. “Mitsubishi” markalı 99-SV-796 dövlət nömrə nişanlı avtomobil “QAZ 24” markalı 40-BK-616 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə “Mitsubişi” markalı avtomobildə olan 11 aylıq Uğur Şəmmədov hadisə yerində ölüb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • TƏBİB: Sosial şəbəkə istifadəçiləri ajiotaj yaradan məlumatlar yaymasınlar

    “Azərbaycanda koronavirusa yoluxan üç nəfərin hamısının vəziyyəti stabildir, ölüm halı yoxdur. Başqa məlumat olarsa, əhali məlumatlandırılacaq”.

    Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

    Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri bu cür ajiotaj yaradan məlumatlar yaymasınlar: “Bu gün artıq Operativ Qərargah və Baş Prokurorluq da belə xəbərlərlə bağlı məlumat yayıb”.

  • İran həbsxanalarında koronavirus yayılır

    İranda koronavirusun yayılması və yoluxma hallarının artması ilə həbsxanada olan siyasi məhbusların durumu narahatlıqlara səbəb olub.

    HRA xəbər agentliyi və insan haqları fəalları tərəfindən sosial mediada yayımlanan xəbərlərə görə, bəzi türk fəalların saxlandığı Tehranın Evin həbsxanasının 4-cü bölməsində koronavirusa bir yoluxma halı təsdiqlənib.

    Evin həbsxanasının həmin bölməsində saxlanılan üç güneyli siyasi məhbusun, o cümlədən Kiyanuş Aslani, Tohid Əmirəmini və Kazım Səfabəxşin sağlamlıq durumları ailələri və siyasi fəalların narahatlığına səbəb olub. Digər azərbaycanlı fəallar, İbrahim Nuri və Cəfər Rüstəmi-Rad, Tehran Evin həbsxanasının 8-ci hissəsində saxlanılır.

    Median.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında xəstəxanadan qayıdan bir növbətçi əsgərin virusa yoluxduğu təsdiqlənib. Həmin həbsxanada bir çox siyasi, o cümlədən azərbaycanlı məhbus Yeni GAMOH təşkilatının mərkəzi komitəsinin üzvü doktor Lətif Həsəni saxlanılır.
    Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin həbsxanasında məhbus olan digər iki türk fəal Saleh Molla Abbasi və Süleyman Kazımi martın 2-də məzuniyyətə buraxılıblar. Başqa həbsxanalarda həbsdə olan türk fəallar hələ məzuniyyətə buraxılmayıblar.

    İranın məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli koronavirusun yayılmasının qarşısının almaq üçün 54 mindən çox məhbusun məzuniyyətə buraxıldığını söyləyib.

    İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisinin imzaladığı sərəncama görə, ‘bəzi məhbusları şərti və məhdud şəkildə’ məzuniyyətə buraxma icazəsi verilib. Həmin sərəncamda milli təhlükəsizliyə qarşı fəalliyyət ittihamı ilə suçlanaraq 5 ildən çox müddətə həbsə məhkum edilən məhbuslara məzuniyyət verilməyəcəyi qeyd edilir.

  • Президент Ильхам Алиев поздравил азербайджанских женщин с 8 Марта – ОБНОВЛЕНО

    Президент Ильхам Алиев поздравил азербайджанских женщин с Международным женским днем 8 Марта.

    Как сообщает АПА, в поздравлении говорится:

    Уважаемые женщины!

    Сердечно поздравляю вас – всех азербайджанских женщин с Международным женским днем, желаю вам здоровья, счастья и успехов в дальнейших делах.

    Азербайджанские женщины во все периоды нашей истории были моральной опорой общества. Им принадлежат неоценимые заслуги в сохранении сформировавшихся на протяжении веков богатых национально-культурных ценностей нашего народа и передаче из поколения в поколение высших общечеловеческих качеств.

    Усиление общественной активности азербайджанских женщин в условиях строительства нового общества, непосредственное участие в социально-культурной жизни являются ярким проявлением их высокого интеллектуального уровня. Они отличались своей социальной активностью и после восстановления Азербайджаном своей государственной независимости, добились многочисленных успехов в области образования, здравоохранения, науки и культуры. В период, когда волна глобализации подвергает постоянным изменениям систему традиционных ценностей, наши женщины, превратив единство национального и современного в неотъемлемую составную часть своего внутреннего мира, сохраняют принцип преемственности поколений и с честью продолжают путь своих предшественников-просветителей, оставивших след в летописи литературно-общественной, научно-культурной мысли.

    В нашей республике имеется благоприятная почва для реализации инициативными женщинами своего творческого потенциала. Своей деятельностью, направленной на укрепление основ нашей государственности, они играют важную роль в обеспечении гармоничного прогресса нашей обновляющейся страны. Нынешнее общественное положение и деловой авторитет наших женщин являются одной из важных реалий нашего общества, сплоченного вокруг единой идеологии.

    Уважаемые женщины!

    Уверен, что вы и дальше, как всегда, будете уделять большое внимание воспитанию наших детей в духе уважения к национально-духовным ценностям, любви к Родине и впишете яркие страницы в летопись развития Азербайджана.

    С праздником!

    ***

    Президент Ильхам Алиев поздравил азербайджанских женщин с Международным женским днем 8 Марта.

    Как сообщает АПА, информацию об этом распространила пресс-служба президента Азербайджана.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 9-a çatıb

    Gürcüstanda koronavirusa yoluxanların sayı 9-a çatıb.

    APA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən koronavirusla mübarizə çərçivəsində yaradılan internet səhifəsində məlumat verilib.

    Bundan əvvəl ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı cəmi 3 idi. Bildirilir ki, hazırda ölkə üzrə karantində 162 nəfər var.

    Qeyd edək ki, Gürcüstanda ilk koronavirusa yoluxma fevralın 26-d İrandan Azərbaycan vasitəsi ilə qayıdan şəxsdə aşkarlanıb.

  • Ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçisi şəhid olub

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxri­batları davam edir.

    APA Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2020-ci ilin 05 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

    Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

    Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.