Month: March 2020

  • Скончался чемпион мира по плаванию

    Чемпион мира по плаванию спорта лиц с поражением опорно-двигательного аппарата Александр Макаров скончался на 24-м году жизни.

    Как передает Median.Az, об этом сообщает пресс-служба Паралимпийского комитета России (ПКР).

    Отмечается, что пловец “был примером мужественности, упорства и воли к победе”.

    В сентябре 2019 года Александр Макаров стал трехкратным чемпионом мира по плаванию среди спортсменов с поражением опорно-двигательного аппарата. Он завоевал золотые медали на первенстве в Лондоне (на дистанциях 50 и 100 м на спине, 200 м вольным стилем).

    Кроме того, он по разу выигрывал серебряную и бронзовую медали мирового первенства 2015 года. На счету Макарова также три серебряные и две бронзовые награды чемпионата Европы 2016 года.

  • Rusiyalı dünya çempionu 24 yaşında dünyasını dəyişdi

    Rusiyalı üzgüçü Aleksandr Makarov dünyasını dəyişib.

    “Report” Rusiya Paralimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, 3 qat dünya çempionu 24 yaşında qəflətən vəfat edib. Gənc paralimpiyaçının ölümünün səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, 2019-cu ildə 3 dəfə dünya çempionu olan idmançı 2015-ci ildə gümüş və bürünc medallara sahib olub. Onun aktivində həmçinin Avropa çempionatının 3 gümüş və 2 bürünc medalı var.

  • Gəncə sakini özünü zəhərlədi

    Gəncə sakini çoxlu sayda dərman içib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, 1989-cu il təvəllüdlü P.İbrahimova yaşadığı evdə dərman qəbul edərək özünü zəhərləyib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. P.İbrahimovanın vəziyyətinin orta ağır olduğu bildirilir.

    Qadının hansı səbəbdən özünü zəhərləməsi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Петербурге под карантин из-за коронавируса поместили 700 студентов вуза

    Более 700 студентов Северо-Западного государственного медицинского университета (СЗГМУ) им. Мечникова в Санкт-Петербурге поместили под карантин.

    Как передает Median.Az, об этом РБК сообщили в пресс-службе вуза.

    Причиной стало заболевание коронавирусом студента из Италии.

    По словам проректора по науке и инновационной деятельности вуза Алексея Силина, под карантин попали те студенты, которые жили в общежитии на проспекте Просвещения с отправленным в больницу имени Боткина участником программы стажировки из Милана.

    Проректор уточнил, что пока не все зарегистрированные в общежитии учащиеся вернулись со смен, а потому число помещенных под карантин будет корректироваться. “Можно сказать, что это примерно 20% студентов вуза”, – добавил он.

    Силин добавил, что карантин был организован по предписанию Роспотребнадзора. При этом ведомство сейчас определяет вероятность контактов итальянца с другими студентами, хотя на занятиях иностранец не появлялся.

    31 декабря 2019 года китайские власти заявили о вспышке пневмонии в городе Ухань. Возбудителем заболевания является новый тип коронавируса, которому присвоено официальное название COVID-2019.

    Накануне Всемирная организация здравоохранения зарегистрировала за сутки 1 922 новых случая заражения коронавирусом по всему миру, 1 792 из них приходится на Китай.

  • Rusiyada xeyli sayda tələbə karantinə alındı

    Rusiyanın Sankt-Peterburq şəhərində Şimal-Qərb Dövlət Tibb Universitetinin 700-dən artıq tələbəsi karantinə alınıb.

    “Report” RBK-ya istinadən xəbər verir ki, ali məktəbin Mətbuat xidmətindən verilən açıqlamaya görə, koronavirus İtaliyadan ixtisas məşğələləri üçün gələn bir tələbədən yayılıb. Hazırda həmin tələbənin başqaları ilə təmasları araşdırılır.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

  • Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edib

    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Suriyanın İdlib bölgəsində üç ayda bir milyona yaxın insanı didərgin salan müharibədə atəşkəs mövzusunu müzakirəsi məqsədi ilə Moskvaya səfər edib.

    “Siyasi diplomatiya bu gün hərbi diplomatiyadan daha çox müəyyənedici olacaq” – deyə, rəsmi bildirib.

    Regionda terrorizmlə mübarizənin fəal iştirakçıları olan Ankara və Moskva İdlibdə qarşıdurmalara yol verilməməsi məqsədi ilə bölgəyə qoşun yerləşdirib.

    Lakin Rusiyanın hava zərbələri Suriya prezidenti Bəşar Əsəd qüvvələrinin şimal-qərbdə üsyançılara məxsus son böyük ərazini geri almağa təkan verib.

    Milli.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, BMT bunun milyonlarla insanı evlərindən didərgin salan və yüz minlərlə insanın ölümünə səbəb olan doqquzillik müharibədə ən ağır humanitar böhran olduğunu deyib.

    Transatlantik NATO ittifaqında ikinci ən böyük orduya sahib olan Türkiyə son həftələrdə Suriya hökumətinin irəliləməsinə mane olmaq və cənub sərhədində qaçqın dalğasının qarşısını almaq üçün bölgəyə əlavə qoşun və texnika göndərib.

    Fevral ayının əvvəlindən bəri döyüşlər zamanı 60-a yaxın türk əsgəri ölüb və Rusiya ilə Türkiyə arasında cəbhə xəttinin qarşı tərəflərində birbaşa toqquşma ehtimalını artırıb.

  • Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarılıb

    Hacıqabul rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarılıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.

  • Azərbaycanda spirt və maskaların satışına nəzarət gücləndirilib

    Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib.

    Median.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb:

    “Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır. İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıblar. Araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir”.

    Nazirlikdən bildirilib ki, sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb:

    “Qeyd edək ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır. İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək”.

  • Biləsuvarda iki “VAZ” toqquşub: 1 nəfər ölüb

    Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Prezidentdən muzeydəki xəritəyə irad: “O vaxt Sisian adı yox idi, bunu kimsə uydurub”

    “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev deyib.

    Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı eksponatlarla tanış olan ölkə başçısı xəritələrdən bir neçəsinə irad bildirib:

    “Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan – bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.

    Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.