Month: March 2020

  • Fransada koronavirusa yolxanların sayı 377-yə çatıb

    Fransada COVID-19 koronavirusa yoluxanların sayı 377-yə çatıb ki, onlardan 15-i reanimasiyadadır.

    Hökumətin sözçüsü bildirib ki, hökumət epidemiya ilə bağlı fəal hazırlıq işləri aparır. Ölkədə bu gün 2 nəfərin (73 və 64 yaşlı) ölməsi ilə koronavirusdan ölənlərin ümumi sayı 6-ya çatıb.

    Bu gün paytaxt metrosunda yeni yoluxma halı aşkarlansa da, ictimai nəqliyyatın bağlanmayacağı elan edilib.

  • В Баку дезинфицируют такси – ВИДЕО

    Обеспечивается проведение ежедневной дезинфекции автомобильных средств ООО «Бакинская служба такси» в подчинении Министерства транспорта, связи и высоких технологий, оказывающего услуги в столице. Необходимые профилактические меры и дезинфекционные работы в такси, оказывающих услуги в Аэропорту Гейдар Алиев, также носят регулярный характер, санитарно-гигиеническая ситуация держится под контролем.

    Все такси, принадлежащие «Бакинской службе такси», функционирующие в аэропорту, дезинфицируются в порядке очереди.

    Автомобили дневной смены дезинфицируются ночью, автомобили ночной смены – днем.

    В целях предотвращения случаев заражения вирусом и повышения эффективности проводимых в этой области соответствующих мер водители снабжаются антисептическими растворами и необходимыми средствами профилактики.

  • Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq

    Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən iki bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi müsbət qiymətləndirir.

    Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirb.

    Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib.

    Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

    Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.

  • Azərbaycanda koronavirusla bağlı məlumat bazası yaradılır

    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib. Toplantıda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışılıb. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

    Bu barədə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

    İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verib. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulanıb ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

    Materiallara əlçatanlığın təmin edilməsi məqsədilə İSİM-in sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronavirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.

  • Bakıda dilənçilərin biabırçılığı – turistlərə yaxınlaşıb… – VİDEO

    Kimisi özü dilənir, kimi isə bu işə azyaşlıları vadar edir. Kimisi də xırda ticarət adı altında insanlardan pul tələb edir.

    ARB TV Bakının mərkəzindəki dilənçilərlə bağlı reportaj hazırlayıb.

    Paytaxtın mərkəzində olan dilənçilərin əsas hədəfləri əcnəbilər, xüsusən də ərəblərdir.

    Hətta onların ayağından, əlindən yapışıb xırda pul yox, kağız əskinas tələb edirlər. Yazıq, məzlum kimi dil tökən bu dilənçilərin əsl üzləri isə istədikləri məbləği əldə etmədikdə üzə çıxır.

    Yalvardıqları insanlar pul vermədikdə söyüş və təhqirlərə tuş gəlirlər.

    “Düşmüsüz dilənçilərin dalınca, bunu özünüzə iş bilmisiz? Gedin …”, – deyə dilənçiliklə məşğul olan qadın jurnalisti təhqir edib.

    Dilənçilər bildiriblər ki, polis onlara göz açmağa imkan vermir. Lakin bunun da faydası olmur. Polisin təsirli tədbirlərinə baxmayaraq, bu insanlar hələ də küçələrdədir.

    Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsindən bildirildi ki, bu işi həyat tərzinə çevirən, ətrafdakı insanlara narahatlıq yaradan dilənçilərlə mübarizə üçün vaxtaşırı reydlər keçirilir.

  • Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü? – RƏSMİ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib.

    Onun sözlərinə görə, bütün hallarda ÜST-ün tövsiyələrinə riayət etməyə çalışırlar: “Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar”.

    Y.Qarayeva kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə də münasibət bildirib:

    “Əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir. Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır”.

    Baş infeksionist Cəlal İsayev isə vurğulayıb ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: “Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur”.

  • İranda koronavirusdan ölənlərin sayı artdı – RƏSMİ

    “İranda yeni koronavirus (COVID 19) nəticəsində indiyədək 107 nəfər dünyasını dəyişib”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

    K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 15 nəfər bu virus nəticəsində ölüb.

    Cahanpur bildirib ki, ötən sutka ərzində 591 nəfər yeni koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 3 513-yə yüksəlib.

    Nazirlik rəsmisi 739 nəfərin sağaldığını əlavə edib.

    Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün (4 mart) 2 922 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini, 552 nəfərin sağaldığını bildirmişdi.

  • Rusiyada koronavirusa yoluxmuş İtaliya vətəndaşı xəstəxanaya yerləşdirildi

    Rusiyada koronavirusa yoluxmuş İtaliya vətəndaşı xəstəxanaya yerləşdirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, onun vəziyyəti qənaətbəxş hesab olunur.

    Qeyd olunur ki, fevralın 29-da İtaliyadan Rusiyaya gəlmiş şəxs, martın 2-də həkimə müraciət edib.

    Koronavirus aşkar olunan xəstə infeksiya boksuna yerləşdirilib.

  • İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə inkişafından məmnunluq ifadə olunub.

    Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulanıb, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edilib.

    Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib.

  • Prospektdə qəza tıxaca səbəb oldu – FOTO

    Bakıda daha bir qəza baş verib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Qara Qarayev prospekti istiqamətində baş vermiş qəza tıxaca səbəb olub.

    Hazırda adıçəkilən yolda avtomobillərin sıxlığı müşahidə olunur. Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.