Gəncədə yaşlı qadın döyülərək xəsarət aldı

Gəncədə döyülmə hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər. Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.