Month: April 2020

  • Bakı sakini dərmandan zəhərlənərək öldü

    Bakıda bir nəfər dərmandan zəhərlənərək ölüb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə aprelin 28-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan 1986-cı il təvəllüdlü Vyaçeslav Kaliniçenko 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və həmin gün axşam orada da ölüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğu araşdırma aparır. Həmin şəxsin intihar etməsi istisna deyil.

  • Bakıda iki nəfər bankdan saxta sənədlə 10 min manat götürdü

    Azərbaycandakı banklardan biri iki nəfərdən saxta sənəd qəbul edərək, onlara 10 min manat kredit verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Bankın əməkdaşları fırıldaqçılıq barədə aprelin 28-də polisə xəbər veriblər. Məlum olub ki, 2019-cu ilin iyun ayında 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini E.Mirzəyev və onun zamini, 1988-ci il təvəllüdlü, Şəki rayon sakini T.Məmmədov maliyyə qurumuna müraciət edib.

    Onlar özlərini hərbi qulluqçu kimi qələmə verərək, banka saxta sənəd təqdim ediblər. Həmin şəxslər 10 min manat kredit götürdükdən sonra yoxa çıxıblar. Şübhəsiz, həmin şəxslər kredit borcunu qaytarmağı ağıllarına belə gətirməyiblər.

    Nəsimi Rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırma aparır, hələlik faktla bağlı tutulan yoxdur.

  • 190 manat ala bilməyən şəxslərə bu formada köməklik ediləcək – Nazirlik rəsmisi açıqladı

    “Bütün müraciət edən vətəndaşlara SMS vasitəsi ilə cavab göndəriləcək”.

    Median.Az day.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi Fazil Talıbov deyib.

    “İmkanı zəif olan həssas təbəqinin məlumatları bizdə var. 600 min insana 190 manat birdəfəlik ödəmə edilir. 600 min insan arasına düşməyən insanlar ki var, onlara da yardım olunacaq. Onlara alternativ iş yerləri təqdim olunacaq, haqqı ödənilən ictimai işlərə cəlb olunacaqlar. Onların məşğulluq məsələsi üzrə proqram hazırlanaraq bizim tərəfimizdən həmin şəxslərə müraciətlər ediləcək, dəvətlər olunacaq”.

  • «Похороны Ким Чен Ына» – взрывоопасная видеозапись в Северной Корее

    Состояние здоровья и все, что связано с жизнью северокорейского лидера Ким Чен Ына, в последние дни вызывает неподдельный интерес медиа в мире.

    Мы уже не раз писали о сплетнях и слухах вокруг 36-летнего диктатора, и опровержениях со стороны Северной Кореи. Тем не менее пока рано говорить о неактуальности новых сообщений о его здоровье.

    Только что стало известно, что в Северной Корее, на границе с Китаем, стала распространяться запись, информирующая о смерти Ким Чен Ына, о чем сообщил сервис Daily NK.

    По данным этого источника, сейчас власти Северной Кореи проводят расследование, каким образом взрывоопасная запись попала в страну.

    Запись стилизована под формат северокорейского телевидения. Пятиминутная запись содержит информацию, что «любимый вождь и верховный руководитель товарищ Ким Чен Ын умер 25 апреля, а его наследником будет сестра Ким Йо Чжон».

    Запись содержит также кадры «похорон Ким Чен Ына» и фотографию несуществующей статьи газеты The People’s Korea. По данным Daily NK запись очень быстро распространилась в Северной Корее. Власти этой страны срочно пытаются идентифицировать источник записи, опасаясь, что она может стать появлением «общественной проблемы».

    Daily NK – сервис, который основали в основном беженцы из КНДР, и находится в Южной Корее, ранее сообщал (мы писали об этом), что 12 апреля Ким Чен Ын перенес приступ, приведший к операции на сердце. Однако в медиа появились новые слухи, что он в действительности не переносил операции, или что состояние его здоровья весьма серьезно.

    Вчера сплетни о смерти северокорейского диктатора опроверг советник президента Южной Кореи Мун Чжо-ин, который в интервью CNN заявил, что «Ким жив и чувствует себя хорошо».

  • Azərbaycanlı xaricə kilosu 6 min manata ilbiz kürüsü satır

    Şamaxı sakini kiloqramı 6 min manata satılan ilbiz kürüsü istehsal edir.

    Bizimyol.info xəbər verir ki, azərbaycanlıların ziyanverici hesab etdiyi ilbiz Avropada ekzotik və bahalı yemək hesab olunur. Bunuyaxşı bilən Şamaxı sakini Akif Əmralı həyətyanı sahəsində ilbiz yetişdirməklə məşğuldur. O ilbiz kürüsünü kilosu 6 min manata xarici bazarlara çıxara bilib.

    Əslində diş həkimi olan Akif Əmralı artıq 20 ildir bu işlə məşğuldur. İlk məhsulunu yerli bazara 1997-ci ildə, xarici bazara isə 2017-ci ildə çıxarıb. Onun sözlərinə görə, dünyada ilbiz ətinə olan tələbat yalnız 30 faiz ödənilib, yəni 70 faizliq bir açıq var.

    “Bu məhsul ilin hər fəslində tapılmır, olmur, ona görə Avropada bir kiloqramı 3 min avroya satılır. 32 min ilbiz növü var, onlardan ölkəmizdə geniş yayılmış tənək ilbizi daha faydalıdır. Bir ilbiz 30-40, ən uzağı 60 kürü verir. Bir ilə 60-70 min ilbiz yetişdrmək olar. Ilbiz 4-5 yaşa çatanda yeməli olur və 4-5 yaşa çatanda kürü verir”,- deyə fermer bildirib.

    İlbiz kürüsündən həm də tibbi vasitə kimi istifadə olunur. O kosmetik cavanlaşdırıcı vasitə, eyni zamanda dərinin yaralanmaları zamanı bərpaedici xüsusiyyətlərə malikdir. Qidalanması ilsə ot və meyvə tərəvəzdir. Yəni böyük məsrəf tələb olunmur. Akif Əmralı Azərbaycanda ilbiz zavodunun açılmasının ölkə üçün faydalı olacağını düşünür.

  • Kafe və restoranların, gözəllik salonlarının fəaliyyəti sual altında – VİDEO

    Karantin rejimi ilə əlaqədar artıq bir müddətdir ki, fəaliyyətinə məhdudiyyət qoyulan restoranlar öz müştərilərini gözləyir. Amma müştərilərin nə vaxt gələcəyi tarix hələ ki, məlum deyil.

    Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. Bu yumşalma daha çox fəaliyyət sahəsini əhatə edəcək.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • В Баку мужчина и женщина покончили с собой

    Два суицида совершено в Ясамальском районе Баку за минувшие сутки.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    28 апреля, в 08:40, на улице Алатава-1 Тарвердиев Натиг Эльхан оглу (1990 г.р.) повесился в собственном доме. Причина, толкнувшая мужчину на самоубийство, пока полностью не установлена. Однако предполагается, что мужчина впал в депрессивное состояние после развода с женой.

    Также 29 апреля, примерно в 11:30, в поселке Ени Ясамал был зарегистрирован предполагаемый суицид. Самедзаде Фаргана Хафиз гызы (1949 г.р.) разбилась насмерть в результате падения с высоты. По предварительным данным, женщина бросилась с девятого этажа дома, в котором проживала.

    В настоящее время на месте происшествия работает следственно-оперативная группа.

    По обоим фактам ведется расследование в прокуратуре Ясамальского района.

  • Bakıda kişi və qadın intihar edib

    Dünən və bu gün Bakının Yasamal rayonunda iki intihar hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Aprelin 28-də, saat 08:40 radələrində 1-ci Alatava küçəsində 1990-cı il təvəllüdlü Tarıverdiyev Natiq Elxan oğlu evində özünü asıb. Onu intihara təhrik edən səbəb hələlik müəyyən edilməyib.

    Bununla yanaşı, N.Tarıverdiyevin arvadından boşanandan sonra depressiyaya düşərək intihar etməsi də istisna olunmur.

    Aprelin 29-da, saat 11:30 radələrində Yeni Yasamal qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

    1949-cu il təvəllüdlü Səmədzadə Fərqanə Hafiz qızı yaşadığı binanın doqquzuncu mərtəbəsindən düşərək ölüb. Onun intihar etdiyi güman edilir. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

    Hər iki faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Вместе с главой ИВ Билясуварского района задержали и его замов – ФОТО

    Спецназ Службы государственной безопасности (СГБ) провел спецоперацию в здании Исполнительной власти (ИВ) Билясуварского района. Вход в здание ИВ перекрыт.

    Как передаёт Median.Az со ссылкой на Unikal.org, в ходе операции наряду с главой ИВ Махиром Гулиевым были задержаны его первый заместитель Ханлар Мамедов, а также заместители – завотделом анализа и прогнозирования социально-экономического развития Эльсевар Гасанов и завотделом по общественно-политическим и гуманитарным вопросам Ляман Юзбашева.

  • İcra başçısı ilə birgə saxlanılan müavinləri – FOTO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

    Unikal.org-un məlumatına görə, əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri – birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Elsevər Cəmil oğlu Həsənov, müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb.