Month: April 2020

  • Özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

    Paytaxtda özünü guya Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək dezinfeksiya işləri üçün insanlardan pul tələb edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.
    Rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub.

    O, ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilinə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.

    Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. Vasif Urşanov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • В Баку при строительстве высотки забетонировали деревья – ФОТОФАКТ

    На улице Ханлара в поселке Баилов Сабаильского района Баку (близ здания Государственной морской администрации, выше пожарной части) забетонировали деревья.

    На представленных EcoKönüllü фотографиях видно, как корни большого количества деревьев вдоль улицы Ханлар забетонированы вровень с асфальтом, что лишает их доступа к воде и однозначно приведет к тому, что они засохнут.

    Как заявила 1news.az глава пресс-службы Министерства экологии и природных ресурсов Азербайджана Ирада Ибрагимова, сотрудники министерства уже выехали на место для разбирательства, общественности будет предоставлена подробная информация об этом инциденте.









  • Bakı-Sumqayıt yolunda tıxaca düşmək istəməyən sürücüdən riskli addım – VİDEO

    Bakıda “Mercedes” markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb.

    Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

    Görüntülərdə “Mercedes” markalı avtomobilin sürücüsünün Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan zaman qarşıda yaranmış tıxaca düşməmək üçün Kənar Dairəvi yola əks istiqamətdən girməsi, digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratması əks olunub.

    Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, faktla bağlı araşdırma aparılır:

    “Sözügedən məsələ ilə bağlı sosial şəbəkədə yayılan görüntülər barəsində araşdırma aparılır. Tərəfimizdən “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyinin müəyyən edilməsi və törətdiyi xəta ilə bağlı qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Araşdırmanın yekun nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

  • Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR

    “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar dəyişdirilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisələrdə, təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyənləşib.

    Xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi 2000, yük avtomobilləri və avtobuslar üçün 1500, Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa) 1500, motosiklet və motorollerlər üçün 500, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 kilometr yürüş həddi müəyyən edilib.

    Hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri isə bu siyahıda nəzərdə tutulan hallara aid edilmir.

    Sənədin əvvəlki variantında yazılır ki, işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycanın I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.

    Baş nazirin yeni qərarı ilə yürüşün aylıq norması Azərbaycanın ali-üçüncü kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılacaq.

    Qərarla fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətləri səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

    Qərarla, həmçinin, iki nömrəli əlavəyə 71-ci hissə artırılıb. Həmin hissəyə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də xidməti minik avtomobilləri veriləcək. Bu quruma cəmi üç, aparat üzrə əlavə üç avtomobil veriləcəyi nəzərdə tutulur.

  • Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA

    Nazirlər Kabinetindən icazəsi olan şəxslərin işdənkənar və qeyri-iş günlərində yaşayış yerini tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

    NK-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, fəaliyyətinə icazə verilmiş obyektlərdə insanların işdənkənar da hərəkətlilik səviyyəsi müşahidə olunub:

    “Bu qərar sui-istifadə hallarının qarşısını almaq üçün verilib. Belə ki, icazəsi olan şəxslərin işdənkənar hallarda yaşayış yerini tərk etməsi üçün SMS xidmətindən istifadəsinin zəruriliyi barədə qərar verilib”.

    Qeyd edək ki, xüsusi karantin rejimi elan edilərkən Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşlarının mağazaya, aptekə gedən zaman icazə üçün SMS-ə ehtiyac olmadığı qeyd edilmişdi.

  • Названа возможная причина проведения спецоперации в ИВ Билясуварского района

    Спецназ Службы государственной безопасности (СГБ) провел операцию в здании Исполнительной власти (ИВ) Билясуварского района.

    Как удалось выяснить BakuPost, она связана с многочисленными обоснованными жалобами на присвоение финансовой помощи, предоставляемой государством населению района в условиях карантинного режима.

    В ходе операции были задержаны глава ИВ Махир Гулиев, а также его первый заместитель, председатель муниципалитета района, главврач центральной больницы, начальник жилищно-эксплуатационного участка и ряд других должностных лиц.

  • Biləsuvar icra başçısının tutulması ilə bağlı YENİ DETALLAR

    Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

    BakuPost əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.

    Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

    Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.

  • В Азербайджане завтра будет до 25 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 30 апреля.

    В Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, утром – слабый туман, умеренный юго-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 10-13, днем – 16-19, в Баку ночью – 10-12, днем – 17-19 градусов тепла.

    Атмосферное давление понизится с 766 до 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В районах Азербайджана завтра ожидается погода без осадков, в горах – грозы, дожди, град, ночью и утром – туман, умеренный западный ветер.

    Температура воздуха составит ночью 7-11, днем – 20-25, в горах ночью – 3-7, днем – 10-15 градусов тепла.

  • Bakıda 19 dərəcə isti olacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

    Aprelin 30-da Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 30-u, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Отменены сертификационные экзамены для медработников

    В Азербайджане отменены запланированные на май сертификационные экзамены для медработников.

    Об этом АПА сообщили в Минздраве.

    Согласно постановлению Кабинета министров, с целью предотвращения распространения коронавируса и его последствий карантинный режим в стране продлен до 4 мая.

    Учитывая это, сертификационные экзамены, запланированные на май, отменены.

    “После подготовки нового графика кандидаты будут проинформированы о датах экзаменов”, – говорится в сообщении.