Month: April 2020

  • Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi – FOTO

    Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat zamanı rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd kibrit qutusunda çəkisi 1.5 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Kazımov ifadəsində narkotik maddəni Quba rayonu Xaroşa kənd sakini İntiqam Zeynalovdan aldığını bildirib.

    Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan İ.Zeynalov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərindən bir ədəd kibrit qutusunda çəkisi 6.47 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

    Keçirilmiş tədbirlərlə İ.Zeynalovun narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən gecə saatlarında həyata keçirilən təxirəsalınmaz tədbirlərlə ona satış üçün narkotik vasitəni verən həmkəndlisi Yafət Balayev də tutularaq istintaqa cəlb olunub.

    Saxlanılan zaman Y.Balayevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 7.76 qram, yaşadığı evdən isə ümumi çəkisi iki kiloqrama yaxın olan plastmas qablarda və sellofan torbalarda, həmçinin, kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana, eləcə də, çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

    Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

  • В Гусаре задержаны нарушители карантинного режима

    Несмотря на действующий на территории Азербайджана особый карантинный режим, некоторые лица продолжают его нарушать.

    Об этом говорится в сообщении Губинской региональной группы пресс-службы МВД.

    Сотрудники Гусарского районного управления полиции выявили, что жители села Суваджал играют в азартные игры, собираясь в старом неиспользуемом строении.

    Нарушители карантинного режима были задержаны и доставлены в управление полиции.

    В отношении каждого был составлен протокол по соответствующей статье Кодекса об административных проступках АР.

  • Karantin rejimini pozub qumar oynamağa getdilər – VİDEO

    Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi kənd sakininin qumar oynadığı aşkar edilib.

    Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq, polis şöbəsinə gətirilib.

    Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.

  • Almaniyada “mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək

    Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı “mühacir alveri” qurbanlarının işinə yenidən baxılır.

    Report-un məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn Şəhər İdarə Məhkəməsində keçirilib.

    2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən beş nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.

    BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq onlar Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

    Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda “mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

    Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

    Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtaranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılması qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

    Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrında Almaniyanın altı əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir.

  • В Балакене задержаны наркоторговцы – ФОТО

    Сотрудники Балакенского РУП провели очередную операцию против наркоторговцев.

    Информацию об этом распространила Шекинская региональная группа пресс-службы МВД.

    Сообщается, что в результате оперативных мероприятий был задержан подозреваемый в распространении наркотических средств 22-летний житель города Балакен Ислам Алекберов.

    В ходе личного досмотра у него было обнаружено и изъято 1 кг 680 г марихуаны в целлофановом пакете.

    Как установили правоохранители, И.Алекберов приобрел наркотики у 50-летнего жителя села Махамалар Эльшана Адалова, ранее судимого по различным статьям УК АР, который также был задержан в качестве подозреваемого.

    Во время осмотра его автомобиля ВАЗ-21011 было обнаружено и изъято 14,22 г марихуаны.

    По данным фактам в отношении задержанных возбуждено уголовное дело по соответствующим статьям УК АР.

  • Balakəndə narkotacir tutuldu – FOTO

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini, 22 yaşlı İslam Ələkbərov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan sellofan torbada, ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib.

    O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman 14,22 qram qurudulmuş marixuana aşkar olunub.

    Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq aparılır.

  • В Москве за сутки умерло рекордное число пациентов c коронавирусом

    За последние сутки в Москве зафиксировали новый антирекорд по числу смертей пациентов с коронавирусной инфекцией.

    Как сообщает РЕН ТВ, скончались 67 человек, у которых был подтвержден диагноз “пневмония” и получен положительный результат тестов на коронавирус.

    Общее число летальных исходов в столице с момента начала распространения коронавируса возросло до 546.

  • Moskvada koronavirusdan rekord sayda insan vəfat etdi

    Ötən gün ərzində Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan rekord sayda insan vəfat edib.

    “Ren TV” xəbər verir ki, dünən ölən 67 nəfərdə pnevmoniya və koronavirus təsbit edilib.

    Qeyd etmək lazımdır ki, Moskvada koronavirusdan ümumi olaraq 546 nəfər vəfat edib.

  • Azərbaycanda turistlərlə bağlı yenilik olacaq

    Azərbaycanda turistlərə elektron vizaların verilməsi qaydası dəyişdirilir.

    Oxu.Az-ın məlumatına görə, bu barədə “Turizm haqqında” qanunun 7.1.6-cı maddəsinə dəyişiklik təklif edilir.

    Mövcud varianta görə, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci üç saat müddətində baxılır.

    İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək, müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

    Qanun layihəsində isə həmin maddə tamamilə yeni redaksiyada verilir.

    Layihədə bildirilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü müddətində baxılır. Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə, ən geci üç saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə, real vaxt rejimində baxılır.

    İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.

    Qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • Обнародована последняя мировая статистика по COVID-19

    По данным на утро 29 апреля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 3 138 895.

    Как свидетельствует онлайн-статистика Oxu.Az, из них вылечились 956 070 человек, скончались – 218 010.

    Среди континентов по наибольшему числу заболевших (1 322 784) и погибших (126 431) лидирует Европа.

    В первую тройку стран с наибольшим количеством случаев заражения COVID-19 входят США (1 035 764), Испания (232 128) и Италия (201 505).

    Среди соседних с Азербайджаном стран наиболее высокий уровень заболеваемости наблюдается в Турции (114 653), смертности – в Иране (5 877).