Month: April 2020

  • İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq – AÇIQLAMA

    “Məscidlər tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım göstərilib”.

    Bunu Oxu.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

    O bildirib ki, vəziyyətdən asılı olaraq, iftar süfrələri verilməzsə, imkansız ailələrə yardım göstəriləcək:

    “Şübhəsiz ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan fətvada cəmiyyətə çağırış olacaq. Bu çətin günlərdə hər kəs bir-birinə yardım əlini uzatmalıdır. Bu günə qədər də məscidlərimizdə müxtəlif yardım kampaniyaları təşkil olunub.

    Məşədi Dadaş məscidində dini icmamız tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım edilib. Düşünürəm ki, müxtəlif dini icmalar da bu prosesdə yaxından iştirak edəcək. Ramazan ayında maddi imkanı az olan şəxslərin öz evlərində iftar süfrəsi qurmalarına köməklik göstəriləcək”.

    “Bu il Ramazan ayının ilk günü aprelin 25-nə təsadüf edəcək”, – deyə Hacı Şahin əlavə edib.

  • Azərbaycanda polis rəisinin müavini xidməti maşınla qəza törətdi

    Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə ötən gün qeydə alınıb.

    Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.

  • Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

    Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

    AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

    Bakı şəhəri, Sabunçu rayonunun sakini, şair-jurnalist Rauf Alagezov ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyi səylərə görə özünün və ailəsinin, həmçinin on minlərlə oxucusunun adından dövlətimizin başçısına təşəkkür edərək yazır:

    “Hörmətli cənab Prezident, bir yaradıcı şəxs, Prezident təqaüdçüsü, şair-jurnalist olaraq Sizin gördüyünüz işləri diqqətlə izləyir, buna görə Sizə minnətdarlığımı bildirirəm. Hər zaman Sizin xidmətinizdəyəm. Daim var olun, cənab Prezident!”.

    Qazax rayon sakini Akif Əmirov yazır ki, dövlətimizin başçısı Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlər görür və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

    “Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, biz qazaxlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi olduq. Martım 3-də Sizin iştirakınızla Qazax Rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq 10 korpusdan ibarət yeni xəstəxana binasının istifadəyə verilməsi bölgələrimizdə səhiyyəyə olan qayğınızın bariz nümunəsidir. Bu gün düşmənlə 168 kilometr sərhədi olan Qazaxda belə yüksək səviyyəli xəstəxananın inşa olunması dövlətimiz tərəfindən səhiyyə işçilərinə göstərilən qayğı ilə yanaşı, həm də biz sakinlərə olan diqqət deməkdir. Bakıdan 500 kilometr məsafədə yerləşən Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması bir daha göstərir ki, dövlətimiz nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.

    Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram”, – deyə o qeyd edir.

    Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Ağayev yazır:

    “Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

    Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlərin miqyası nə qədər böyük olsa da, əhəmiyyəti illər sonra daha da artacaq. Buna görə xalq Sizi sevir, dəstəkləyir.

    Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”.

    Sumqayıt şəhər sakini Əli Teymurov koronavirusun dünyada geniş yayıldığı bir vaxtda xaricdə təhsil alan tələbələrimizə də diqqət və qayğı ilə yanaşdığına görə dövlətimizin başçısına minnətdarlıq edir.

    O yazır: “Hörmətli cənab Prezident, ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən orada oxuyan tələbələrimizə, o cümlədən İstanbul Texniki Universitetində təhsil alan oğluma göstərilən diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

    Cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz.

    Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun”.

    Sumqayıtın daha bir sakini Azər Rəşidov dövlətimizin başçısının vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmizin koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə apardığını vurğulayaraq yazır:

    “Hörmətli cənab Prezident, tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.

    Əziz Prezidentimiz, qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Hər bir gözəl işinizə görə çox sağ olun!”.

    Salyan rayonunun Şorsulu kəndinin sakini Daşqın Cəbiyev daim xalqımızı düşündüyünə və hər bir vətəndaşın qayğısına qaldığına görə Prezident İlham Əliyevə gənclər adından minnətdarlıq edir.

    O yazır: “Möhtərəm cənab Prezident, mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Hazırda dünyada, eləcə də ölkəmizdə yayılmış koronovirus pandemiyasının qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görürsünüz.

    Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Gördüyünüz bütün bu işlərə görə, cənab Prezident, Sizə Salyan gəncləri adından dərin minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə daim uğurlar arzulayırıq”.

    Bakı şəhəri, Binəqədi rayonunun sakini Nuridə Muradova yazır:

    “Hörmətli cənab Prezident, Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər hamıya bəllidir. Bu günlərdəki fədakarlığınız da göz önündədir və xüsusi qeyd olunmalıdır. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyur, fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Çox sağ olun. Allah Sizi qorusun!”.

    Gəncə şəhər sakini İlqar Əliyev Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayır.

    O yazır: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq”.

    Bakı şəhəri, Yasamal rayonunun sakini Samir İsmayılov koronavirus epidemiyası ilə mübarizədə xalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır:

    “Mən bir vətəndaş kimi Sizin gördüyünüz işlərə könüllü olaraq dəstək verməyə hazıram. Allah Sizi və ailənizi qorusun!”.

    Prezident İlham Əliyevə minnətdarlıq məktubları yazanlar arasında Azərbaycan vətəndaşı olmayan, lakin ölkəmizdə yaşayan şəxslər də var. Onlardan biri də Bakıda yaşayan Oksana Uzbaşovadır.

    O yazır: “Möhtərəm cənab Prezident, xalqınızı qoruduğunuza, koronavirusa operativ reaksiya verdiyinizə görə Sizə minnətdarlıq etmək istəyirəm. Allah Sizə cansağlığı versin. Çox əfsuslar olsun ki, mən Azərbaycan vətəndaşı deyiləm. Lakin Bakıda yaşadığım üçün özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir. Buna görə şəxsən öz adımdan və ailəm adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan vətəndaşı ilə ailə qurmuşam və artıq 5 ildir ki, ölkənizdə yaşayıram. Çox sevinirəm ki, qız övladım müstəqil Azərbaycanda sabit, firavan mühitdə böyüyür. Ailəmiz adından Sizə və ailə üzvlərinizə bir daha təşəkkür edirəm”.

  • Президент Ильхам Алиев выделил Госагентству по ОМС 97 миллионов манатов

    Президент Азербайджана Ильхам Алиев 9 апреля подписал распоряжение о выделении средств на закупку необходимого медицинского оборудования и других медицинских средств в рамках принимаемых в Азербайджане мер против пандемии коронавируса.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях предотвращения распространения пандемии коронавируса и усиления борьбы с ней на закупку необходимого медицинского оборудования и других медицинских средств из резервного фонда Президента Азербайджана, предусмотренного в Государственном бюджете АР на 2020 год, Государственному агентству по обязательному медицинскому страхованию (ОМС) выделяется 97 миллионов манатов.

  • İlham Əliyevdən SƏRƏNCAM – Koronavirusa görə 97 milyon manat ayrıldı

    Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.

  • В Азербайджане еще 38 человек вылечились от коронавируса

    В Азербайджане от коронавируса (COVID-19) вылечились еще 38 человек.

    Об этом говорится в сообщении оперативного штаба при Кабинете министров.

    Все они выписаны домой из медучреждений специального режима.

    Всего в Азербайджане подтверждены 926 случаев инфицирования коронавирусом. Из них 101 человек выздоровел, девять – скончались, 816 продолжают лечение.

  • Azərbaycanda daha 38 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • В Азербайджане еще 104 человека заразились COVID-19, один скончался – ОФИЦИАЛЬНО

    В Азербайджане зарегистрировано 104 новых случая заражения коронавирусом COVID-19, один человек скончался.

    Об этом говорится в сообщении оперативного штаба при Кабинете министров.

    Все инфицированные помещены в медицинские учреждения специального режима, осуществляются мероприятия по их лечению.

    Гражданин (1949 г.р.), у которого тест на коронавирус оказался положительным, из-за наличия сахарного диабета и онкологического заболевания был помещен в отделение реанимации. Однако усилия врачей не дали результатов, и пациент скончался. Контактировавших с ним родных и других лиц поместят на карантин.

    В то же время от коронавируса вылечились и выписаны домой 38 человек.

    В целом на данный момент в Азербайджане подтверждены 926 случаев инфицирования COVID-19. Из них 101 человек выздоровел, девять – скончались, лечение 816 продолжается. Состояние 27 пациентов оценивается как тяжелое, 35 – средней степени тяжести, остальных – как стабильное.

    За прошедший период был проведен 57 371 тест на коронавирус.

  • Azərbaycanda koronavirusdan daha bir nəfər öldü, 104 yeni yoluxma aşkarlandı – RƏSMİ + VİDEO

    Azərbaycanda 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, doqquz nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.

  • Самодельные медмаски не защищают от вирусов – ВИДЕО

    Многие люди, столкнувшиеся с дефицитом медицинских масок в аптеках, вынуждены использовать для защиты от вирусов самодельные, сшитые в домашних условиях.

    При этом возникают вопросы: защищают ли самодельные маски от вирусов и отвечают ли они стандартам?

    Участники программы Günə Doğru на ARB TV попытались найти ответы на эти вопросы.

    Главный инфекционист республики Джалал Исаев, в свою очередь, считает, что сшитые в домашних условиях маски не имеют никаких защитных свойств.

    “Сшитые в домашних условиях маски не отвечают каким-либо стандартам. Рекомендуем вместо этого при кашле, появлении симптомов закрывать рот салфеткой или платком”, – отметил Дж.Исаев.