Month: April 2020

  • Bu maskalar sizi xəstəliyə yoluxdura bilər – VİDEO

    Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.

    Burada isə maraq doğuran bir məqam, sual var – evdə hazırlanan maskalar bizi hər hansı virusdan, xəstəlikdən qoruyurmu? Ümumiyyətlə, həmin maskalar standartlara cavab verirmi?

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

    Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil:

    “Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa ağzına salfet, yaylıq tutsun. Həmin o maska da salfet, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir”.

  • Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ

    Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

    Bu barədə “ASAN Xidmət” məlumat yayıb:

    “Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “3” kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

    Bir daha xatırladırıq ki, “3” kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qadağan olunub.

    Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək”.

  • Bakıda karantin rejimini pozan “play station” salonu aşkarlandı – VİDEO

    Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq “play station” salonu işlətdiyi məlum olub.

    Obyektə baxış zamanı aralarında yetkinlik yaşına çatmayan şəxs də olan üç nəfərin xüsusi karantin qaydalarını pozaraq, oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və üç nəfər müştəri saxlanılaraq, Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə gətiriliblər.

    Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək, 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifovun qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.

    Qeyd edək ki, “play station” salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.



  • В Азербайджане предложено установить камеры наблюдения в рабочих кабинетах депутатов

    В рабочих кабинетах депутатов необходимо установить камеры видеонаблюдения.

    Об этом на пленарном заседании Милли Меджлиса (парламента) 9 апреля сказал депутат Рази Нуруллаев.

    “Полномочия депутатов необходимо расширить. Так им будет проще решать проблемы избирателей”, – сказал Р.Нуруллаев.

  • Razi Nurullayev: “Deputatların iş otağında kamera quraşdırılmalıdır”

    “Hər bir deputatın iş otağında kameralar quraşdırılmalıdır”.

    Bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

    O bildirib ki, cəmiyyətdə bir sual var – “deputat hara baxır?”

    R.Nurullayev onu da qeyd edib ki, deputatların səlahiyyətləri artırılmalıdır.

    “Deputatların səlahiyyətləri artırılsa, onlar seçicilərin problemlərini daha asan şəkildə həll edə bilərlər”, – deyə R.Nurullayev əlavə edib.

  • Cinayətdə ittiham olunan FHN zabiti məhkəmə qarşısında

    Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti Orxan Oruclunun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılacaq.

    İclas hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək.

    Məhkəmə iclasının qapalı olacağı bildirilir.

    Qeyd edək ki, O.Oruclu Cinayət Məcəlləsinin 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilir.

  • В Баку пропала 24-летняя женщина

    В Сабаильском районе Баку пропала женщина.

    Как сообщили Oxu.Az в правоохранительных органах, С.Гусейнзаде (1996 г.р.) вышла днем 8 апреля из дома, расположенного на улице М.Магомаева, и не вернулась.

    Об этом в полицию сообщил ее супруг.

    По данному факту проводится расследование.

  • Bakıda 24 yaşlı qadın itkin düşdü

    Səbail rayonu ərazisində qadın itkin düşüb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumata görə, ötən gün paytaxtın Səbail rayonu M.Maqomayev küçəsində yaşayan, 1996-cı il təvəllüdlü S.Hüseynzadə günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

    Bu barədə polisə onun həyat yoldaşı məlumat verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Зарегистрированы ли в Азербайджане случаи гибели животных от коронавируса?

    В Азербайджане не зафиксировано случаев гибели животных от коронавируса.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил директор Бакинского зоопарка Азер Гусейнов.

    По его словам, в зоопарке соблюдаются все правила карантина.

  • Azərbaycanda koronavirusdan heyvan ölümü qeydə alınıb? – AÇIQLAMA

    “Koronavirus pandemiyası ilə bağlı heyvanlar arasında ölüm faktları qeydə alınmayıb”.

    Bu barədə oxu.az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

    Onun sözlərinə görə, Bakı Zooloji Parkında da karantin qaydalarına riayət olunur:

    “Bir ildən çoxdur zoopark ərazisinin genişləndirilməsi işləri ilə bağlı fəaliyyətini dayandırıb. Təmir-bərpa prosesi yekunlaşana qədər zooparkda məskunlaşan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu, Salyan şosesi yaxınlığında yerləşən sığınacaqda saxlanılır. Bu köçürülmə prosesi koronavirus pandemiyasından əvvəl baş verib.

    Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminə riayət olunur. Ay ərzində heyvanların saxlanıldığı ərazidə pandemiyaya qarşı altı dəfə dezinfeksiya işləri aparılır. Bundan başqa, hər zaman olduğu kimi, birə və gənələrə qarşı da dezinfeksiya işlərimiz davam etdirilir. Yaz mövsümü ilə əlaqədar zəruri tədbirlər görülür”.

    A.Hüseynov karantinlə bağlı yalnız heyvanlara baxan əməkdaşların işə çıxdığını deyib:

    “Karantin qaydalarına görə, məhdud sayda əməkdaşımız işə gəlir. Yalnız heyvanlara baxan işçilərimiz fəaliyyətini davam etdirir. Onların ictimai nəqliyyatdan istifadə etməmələri, insanlarla minimum ünsiyyətdə olmaları üçün iş saatları xüsusi qrafiklə tənzimlənib. Əməkdaşlarımız işə xüsusi avtomobillərimizlə gəlib-gedirlər. Onların təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görülür”.

    “Heyvanlar arasında xəstələnmə və ya ölüm faktları qeydə alınmayıb. Əksinə, Qarabağ atı, dəvəquşu, meymun bala verib. Hazırda problem müşahidə edilmir”, – deyə direktor qeyd edib.

    Xatırladaq ki, Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma halları aşkarlayıblar. İlkin məlumatlara görə, COVID-19 heyvandan insana keçib. Çində bioloqların apardıqları araşdırmalar isə COVID-19 pandemiyasının yenidən heyvanlar arasında yayıla biləcəyi ehtimalını gündəmə gətirir.