EvCəmiyyətBu maskalar sizi xəstəliyə yoluxdura bilər - VİDEO

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər – VİDEO

Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.

Burada isə maraq doğuran bir məqam, sual var – evdə hazırlanan maskalar bizi hər hansı virusdan, xəstəlikdən qoruyurmu? Ümumiyyətlə, həmin maskalar standartlara cavab verirmi?

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil:

“Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa ağzına salfet, yaylıq tutsun. Həmin o maska da salfet, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir”.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı