Month: April 2020

  • Премьер-министр подписал Решение в связи с единовременными выплатами

    Кабинет министров утвердил “Условия и порядок выдачи единовременной выплаты лицам, зарегистрированным в качестве безработных в связи с введением особого карантинного режима во время пандемии коронавируса (COVID-19)”.

    Решение было подписано премьер-министром Али Асадовым.

    Согласно документу, обеспечивается единовременная выплата 190 манатов в месяц лицам, зарегистрированным в качестве безработных в подсистеме “Занятость” Централизованной электронной информационной системы Министерства труда и социальной защиты Азербайджанской Республики в период применения двух карантинных режимов в связи с пандемией коронавируса (COVID-19).

    Решение вступает в силу с 1 апреля 2020 года.

  • Baş nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı QƏRAR

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edib.

    Bu barədə Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi 2 karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin.

    2. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilsin (əlavə olunur).

    3. Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.

  • Sahil Babayev: “İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var”

    Ailələrdəki işsiz olan övladların birdəfəlik ödəniş almaq hüququ ilə bağlı məsələyə aydınlıq gətirilib.

    “Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

    O, qeyd edib ki, ailələrdə işsiz olan övladların birdəfəlik ödəniş almaq üçün ayrıca müraciət etmək hüququ var.

    Nazir xatırladıb ki, ər və ya həyat yoldaşı əmək müqaviləsi üzrə işləyirsə, dövlət artıq onlara yardım edir: “Eyni ailəyə ikinci yardımın edilməsi hər halda düzgün olmazdı. Ancaq həmin ailənin övladlarına bu hal şamil edilmir. Çünki hər bir övlad ayrıca ailə hesab olunur.

    Misal olaraq, 4 nəfərlik ailədə ata, ana və 18 yaşı keçən əmək qabiliyyətli iki övlad varsa, ata və ananın biri hər hansı yardım alırsa, o zaman digərinə vəsait ödənilmir. Amma övladların ayrıca müraciət etmək hüququ var”.

  • “Bu, Qərbdə yaradılmış süni virusdur, yayın axırına kimi…”- Zirəddin Rzayevdən koronavirusla bağlı yeni PROQNOZ

    Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusla bağlı maraqlı fikirlər söyləyib.
    Median.Az
    medicina.az-a istinadən bildirir ki, “Baku Life” verilişində ekstrasens koronavirusun yayın sonu, payızın əvvəlinə qədər öz gücünü itirəcəyini bildirib.

    O, bu müddət ərzində virusa yoluxan şəxslərin sayının da azalmağa doğru gedəcəyini deyib.

    ” Mən hələ 2017-ci ildə demişdim ki, bu Qərbdə yaradılmış süni virus olacaq. Bunun baş verməsi gözlənilməz deyildi. Amma yoluxma və ölüm azalmağa doğru gedir. Yayın sonuna yaxın virus tam zəifləyəcək. Bunu deyə bilərəm.”

    Ekstrasens eyni zamanda 5 il əvvəlki proqnozunun da olacağını bildirib. Müxtəlif yeni su və quru heyvanlar, qəribə mıəxluqlar yaradılıb okeana buraxılacaq.
    Daha bir virus olacaq, amma o kronavirus qədər qorxulu olmayacaq.

  • Bakıda cibgirlik edən şəxs tutulub

    Qobustan rayon sakini oğurluqda şübhəli bilinərək saxlanılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.

  • Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi

    Türkiyədə daha 76 nəfər pandemiyanın qurbanı olub.

    “Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 725 nəfərə çatıb.

    “Bu gün 20 023 test keçirilib, 3 892 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 34 109 nəfərdir. Bu gün daha 256 pasiyent sağaldı, ümumi say 1 582 nəfərdir”, – nazir deyib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 071 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı

    ABŞ-ın Nyu-York şəhərində son sutkada daha 731 nəfər pandemiyanın qurbanı olub.

    “Report” “Aksam”a istinadən xəbər verir ki, bu barədə Nyu-York şəhərinin qubernatoru Endryu Kumo (Andrew Cuomo) məlumat verib.

    Onun sözlərinə görə, bununla da ştatda koronavirusdan ölənlərin sayı 5 479 nəfərə çatıb: “Bu, ştatda bir gündə ən çox ölümün qeydə alındığı rəqəmdir”.

    Qubernator həmçinin Nyu-Yorkda infeksiya daşıyıcılarının sayının 138 836 nəfərə yüksəldiyini də bildirib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Число жертв пандемии в Италии превысило 17 тыс. человек

    Число умерших вследствие заражения коронавирусом в Италии за последние сутки составило 604 человека, снизившись незначительно по сравнению с понедельником.

    Как передает Median.Az со ссылкой на ТАСС, такие данные содержатся в распространенной во вторник сводке Департамента гражданской защиты.

    Количество новых случаев инфицирования уменьшилось до 880 человек (при среднем показателе последних дней выше 2 тыс.). Число вылечившихся достигло 24 392 – на 1 555 больше, чем накануне.

    Количество умерших от коронавируса в Италии составило 17 127 человек

    Общее число заразившихся с начала эпидемии, включая выздоровевших и умерших, составило 135 586 человек.

  • İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

    İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.

    O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.

    Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • “8103”dən gələn razılıq SMS-inin tarixini proqramla dəyişdirən şəxs həbs edilib – VİDEO – YENİLƏNİB

    “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsi ilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozan şəxs saxlanılıb. Keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.

    Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

    Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

    Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.