Month: April 2020

  • Fransada koronavirus qurbanlarının sayı on min nəfəri ötdü

    Fransanın xəstəxanalarında və tibbi-sosial müəssisələrində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin rəhbəri Jerom Salomon bildirib.

    “Xəstəxanalarda 7 091 insan öldü”, – Salomon deyib. O, qeyd edib ki, ötən gün ərzində daha 607 xəstə ölüb.

    Ölkədəki qocalar evlərində epidemiyanın başlanğıcından 3 237 insan xəstəlikdən vəfat edib. Beləliklə, Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 328 nəfər təşkil edib.

  • İşsizlərə sığorta ödənişinin müddəti artırıldı

    Nazirlər Kabineti koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında qərar qəbul edib.

    “Report” xəbər verir ki, qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Göyçay, Ağdaş və Ağsuda karantin rejimini pozanlar cərimələndi

    Göyçay, Ağdaş və Ağsu rayonlarında karantin rejimini kobud şəkildə pozan vətəndaşlar cərimə olunublar.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, gün ərzindən Göyçayda 24, Ağdaşda 6, Ağsuda isə 16 nəfər barəsində karantin rejimi qaydalarını pozduqlarına görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunub.

    Ümumilikdə hər üç rayonda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən karantin rejimini pozduqlarında görə 46 şəxs 100 və 200 manat məbləğində cərimələnib.

    Hazırda polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

  • Fransalı həkimlərin irqçi təklifi rədd edildi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fransalı həkimlərin koronavirus əleyhinə vaksini Afrikada sınaqdan keçirmək təklifini irqçilik kimi qiymətləndirib.

    Xəbər ORF Avstriya radio verilişləri yayım şirkəti tərəfindən dərc edilib.

    Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus bildirib ki, belə irqçi fikirlər müsbət nəticələrə gətirib çıxara bilməz və dünyanın həmrəylik ruhuna ziddir.

    Efiopiyanın sabiq səhiyyə naziri fransalı alimlərin təklifini “müstəmləkə mentalitetinin qalığı” adlandırıb.

    Qeyd edək ki, Fransanın nüfuzlu həkimləri LCI telekanalında koronavirusla bağlı müzakirə zamanı koronavirus peyvəndinin və dərmanlarının Afrikada sınaqdan keçirilməsini təklif ediblər.

  • Новый завод будет производить 120 тыс. медицинских масок в день – ВИДЕОРЕПОРТАЖ

    6 апреля с участием Президента Азербайджана Ильхама Алиева и первой леди Мехрибан Алиевой в Сумгаитском химическом промышленном парке состоялось открытие завода по производству медицинских масок, созданного ООО “Бакинская текстильная фабрика”.

    Как передает Report, на предприятии создано более 30 новых рабочих мест и в течение первых 15 дней планируется покрывать 30-40% ежедневного спроса на маски в стране. Производственный процесс состоит из 3 этапов, и ежедневно производится 120 000 медицинских масок с использованием сырья в соответствии с международными стандартами ISO.

    Отметим, что произведенные здесь медицинские маски поступят в продажу на следующей неделе.

  • Azərbaycanda tibbi maskaların hazırlanması texnologiyası – VİDEOREPORTAJ

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub.

    “Report” xəbər verir ki, müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb və ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. İstehsal prosesi 3 növbəlidir və İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir.

    Qeyd edək ki, istehsal olunan tibbi maskalar gələn həftə satışa çıxarılacaq.

  • Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

    Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.

    “İnterfaks” xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.

    Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər.

    Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər.

    Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

    Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.

    Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

    Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər.

  • Безработные граждане получат единовременную выплату

    Лица, зарегистрированные в подсистеме “Занятость” Централизованной электронной информационной системы Министерства труда и социальной защиты населения, в период действия особого карантинного режима получат единовременную выплату в размере 190 манатов.

    Как передает Report, решение об этом подписал премьер-министр Али Асадов.

    Решение вступает в силу с 1 апреля 2020 года.

  • İşsiz vətəndaşlara birdəfəlik ödəmə veriləcək

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.

    “Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

    Həmçinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilib.

    Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.

  • Azərbaycanda əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı – QƏRAR

    Baş Nazir Əli Əsədov yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə Qərar imzalayıb.

    Qərarda deyilir;

    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılsın.

    2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.