Month: April 2020

  • Koronavirus bu ölkədə havanın təmizlənməsinə səbəb oldu – VİDEO

    Hindistanda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq edilib.

    “HaberGlobal” məlumat verir ki, avtomobillərdən atmosferə atılan zərəli maddələrin miqdarı azaldığından ekoloji vəziyyət gözlə görünəcək dərəcədə müsbətə doğru dəyişib.

    Məlumat üçün qeyd edək ki, Hindistanda 4 858 nəfərin koronavirusa yoluxduğu aşkar edilib, 137 şəxs virusun qurbanı olub.

  • İran ordusunun 54 əsgəri koronavirusa yoluxdu

    İranda 54 əsgərə COVID-19 diaqnozu qoyulub.

    “Mehr” agentliyinin xəbərinə görə, bu barədə İran Baş Qərargahının Kadrlar şöbəsinin müdiri Nahuda Rahmanipur açıqlama verib.

    O, ölkədə ilk koronavirusa yoluxma hadisəsi aşkar edilən andan etibarən hərbi təşkilatlarda lazımlı bütün tədbirlərin alındığını bildirib və hazırda virusa yoluxan əsgərlərin bir çoxunun yaxşılaşdığını vurğulayıb.

    Rahmanipur Silahlı Qüvvələrdə bu günə qədər koronavirusdan ölümün halının olmadığını qeyd edib.

  • “Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

    Aprelin 7-dək 150 min şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçib.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb.

    Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək.

    Qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq, portalda qeydiyyat prosesi müvəqqəti dayandırılacaq. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq.

    Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

    “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur.

    “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər

  • Daha bir yarış koronavirusa görə təxirə salınır

    “Tour de France” çoxgünlük veloyürüşü koronavirus pandemiyasına görə təxirə salına bilər.

    “Report” Fransa mətbuatına istinadən xəbər verir ki, Təşkilat Komitəsi iyunun 27-nə planlaşdırılan yarışın növbəti aya keçirilməsi ilə bağlı yerli idarəçilərlə danışıqlara başlayıb.

    “Tour de France”nin direktoru Kristian Pryudomm isə bildirib ki, məsələ ilə bağlı yekun qərar mayın 15-dək veriləcək.

  • Hamilə qalan məktəbli sığınacağa yerləşdiriləcək

    Aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi.

    “Report” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb.

    A.Vəliməmmədova hadisənin rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib.

    Məlumatda məktəbli və anasının rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.

    Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pisləyir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırır. Karantin günlərini uşaqlara bir qədər də yaxın olub dost mühitinin yaradılması üçün bir fürsət kimi dəyərləndirməyi və onları belə hallardan qorumaq üçün məlumatlandırıcı söhbətlər etməyi tövsiyə edir. Bu qayğılı günlərdə bir-birimizlə münasibətdə tolerant, sayğılı olaq, məsələlərə daha həssas və məsuliyyətlə yanaşaq.

  • Dövlət Komitəsi Gəncədə ərinin benzin tökərək yandırdığı qadını nəzarətə götürüb

    Bir neçə gün öncə Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Məhbubə Vaqif qızı Abbasovanın həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək yandırıldığı xəbəri verilmişdi.

    “Report” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat əldə etmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

    Məlum olub ki, M.Abbasovanın boşanmaq üçün məhkəməyə müraciət etməsi tərəflər arasında mühabisəyə səbəb olub. Qeyd edilib ki, M.Abbasova uzun müddətdir yoldaşından ayrılıb və ata evində yaşayır. Aprelin 4-ü S.Abbasov həmin ünvana gələrək M.Abbasovanın üzərinə benzin tökərək yandırıb. 34 yaşlı qadının müxtəlif nahiyələrdən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin kafi olduğu bildirilib. Hadisəni törədən S.Abbasov istintaqa cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

    Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin təyin etdiyi mütəxəssis və psixoloq nənələrinin himayəsində olan uşaqların vəziyyətini qiymətləndirmək üçün ailəyə səfər edib. Məlum olub ki, uşaqların psixoloji durumları normaldır və qohumları ilə birgə analarını xəstəxanada ziyarət ediblər. Onların bildirdiyinə görə, anaları əvvəllər də S.Abbasov tərəfindən zorakılığa məruz qalıb.

    Ailə hazırda Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin nəzarətindədir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir, cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır.

  • 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib – FOTO – VİDEO – YENİLƏNİB

    Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz SMS-lər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

    DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın SMS göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib. Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu, 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən SMS-lər göndərildiyini bildirib.

    Məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

    Qeyd edək ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin 8103-ə yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir. Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

  • По прогнозам, в Грузии число больных коронавирусом не превысит 1 000 человек

    В Грузии число инфицированных коронавирусом не превысит 1 000 человек.

    Как сообщает Report, об этом заявил директор Тбилисской инфекционной больницы Тенгиз Церцвадзе.

    По его словам, через 2-3 недели распространение вируса в стране достигнет пика: “Грузия выйдет из этой ситуации с минимальными потерями”.

    Отметим, что на сегодняшний день число инфицированных в стране достигает 195 человек. Из них 45 человек выздоровели, 3 скончались.

  • Gürcüstan koronavirus xəstələrinin sayının 1 000-i ötməyəcəyini proqnozlaşdırır

    Gürcüstanda koronavirusa yoluxacaq şəxslərin sayı 1 000 nəfəri ötməyəcək.

    “Report”un xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

    Onun sözlərinə görə, iki-üç həftədən sonra ölkədə virusun yayılması pik həddə çatacaq: “Gürcüstan bu vəziyyətdən minimal itkilərlə çıxacaq”.

    Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 195 nəfər virusa yoluxub. Onların 45-i sağalıb, 3-ü isə ölüb.

  • Министр объяснил причины увеличения количества трудовых договоров в последние дни

    С начала этого года безработное население Азербайджана составляло пять процентов, что составляло 250 тысяч человек. 90 тысяч из них были зарегистрированы в декабре прошлого года. По данным на 1 января, зарегистрировались в качестве безработного 101 тыс. человек”.

    Как передает Oxu.Az, об этом министр труда и социальной защиты населения Сахиль Бабаев сказал в ходе пресс-конференции на тему мероприятий, направленных на поддержку занятости и социального благосостояния в соответствии с распоряжением Президента Ильхама Алиева от 18 марта 2020 года.

    По его словам, согласно расчетам, 50 тысяч из этих 250 тысяч человек будут направлены на оплачиваемые рабочие места:

    “Мы сможем поддержать около 200 тысяч человек. Но анализ обращений покажет, сколько из этих людей не получают социальных выплат. По мере того, как они будут зарегистрированы, окажется, что они получат какие-то льготы, пенсии, субсидии или другие выплаты.

    Только после этого мы сможем назвать реальную цифру. Сегодня мы не знаем, кто где работает. Мы знаем только тех, кто работает по трудовому договору”, – отметил С.Бабаев.

    Министр подчеркнул, что есть две причины, по которым количество трудовых договоров за последние 10 дней увеличилось на 30 тысяч:

    “Первая причина заключается в предоставлении государственной поддержки за фонд заработной платы. Вторая причина связана с получением разрешения на выход из дома работников”.